"Rusiya Avrasiya İttifaqının əvəzinə Azərbaycandan xərac istəyir"
rəsmi Bakıdan Ermənistanın Avrasiya İttifaqına daxil olmasına maneə
yaradan məktubunu geri götürməsini istəyib. Rəsmi Bakının bununla
razılaşdığı iddia olunur. Siz necə düşünürsünüz?
– Bunları şayiələrdir. Məktub var, bunu geri götürmək mümkün deyil.
Rusiya da, Ermənistan da bəyan edib ki, İrəvan Avrasiya İttifaqında BMT
tərəfindən tanınmış sərhədlər çərçivəsində iştirak edəcək. Bunun
hamısını bizim üçün məqbul hesab etmirəm. Çünki faktiki olaraq
Ermənistan Dağlıq Qarabağı özünə birləşdirib. Avrasiya İttifaqına daxil
olanda da Dağlıq Qarabağla birgə gedəcək. Halbuki Dağlıq Qarabağ azad
olunmamış, yaxud statusu təyin olunmamış Ermənistan heç bir ittifaqa
qəbul edilə bilməz. Məsələnin məğzi budur. İndi kim bunu hansı formada
təqdim etmək istəyirsə, bu başqa məsələdir.
– Yəni Ermənistan ittifaqa qəbul edilməyəcək?
– Niyə edilməsin ki. Məgər Ermənistan Qarabağı qanuni surətdə işğal
edib, yaxud Rusiya qanuni surətdə təcavüzkar dövlətlərlə hərbi ittifaq
bağlayıb?
Rusiya-Ermənistan əlaqələri qanunsuzluğa, Azərbaycanın ərazi
bütövlüyünün pozulmasına əsaslanır. Həmçinin bu, Azərbaycan torpağında
əlavə erməni dövləti yaratmağa hesablanmış əlaqələrdir. Tarixdə hər şey
ədalətli olmur, əksinə, ədalətsizliklər daha çoxdur
– Rusiyanın Dağlıq Qarabağ məsələsində son vaxtlar
aktivləşməsini necə qiymətləndirirsiniz? Hansı ki, Vladimir Putin
Prezident İlham Əliyevlə bu məsələni telefonda müzakirə etdi.
– Mən Rusiyanın bu məsələdə bizə kömək etməsinə inanmıram. Rusiya ya
Azərbaycanı Avrasiya İttifaqına qəbul etmək istəyir, ya da bunun
qarşılığında Azərbaycanda böyük məbləğdə xərac istəyir. Görüntü yaratmaq
üçün Azərbaycanla Ermənistanı dilə gətirib nəsə etmək kimi addımlar
atırlar. Amma vaxtilə də belə görüntü olmuşdu. Heydər Əliyev Levon
Ter-Petrosyanla Moskvada görüşdü və birgə bəyanat verdilər ki, tezliklə
münaqişə həll ediləcək. Bu Rusiyanın köməyi ilə verilən bəyanat idi.
Bəs nə oldu, o bəyanat hara getdi? Ortada hələ də bir şey yoxdur.
– Yəni buna ümid etməyə dəyməz?
– Mən ümid etmirəm. Kim ümid edirsə, özü bilər.
– Bu addımın həm də ABŞ-ın prosesdən kənarlaşdırılması, eləcə də regionda təsirlərinin azaldılması məqsədilə atıldığı da deyilir.
– Bilirsiniz, hamı oyun oynayır. ABŞ Rusiyanın Avropaya təsirini
azaltmaq, Rusiya da ABŞ-ın Cənubi Qafqaza təsirini azaltmaq istəyirlər.
Bunların hamısı oyundur. Dünyada belə mübarizələr həmişə olub, bundan
sonra da olacaq.
Publika.az
Short URL: http://www.cumhuriyyet.net/?p=16380