Əli Kərimli Azərbaycan qvardiyasından yazdı

11.10.2014 - 00:20

AXCP sədri Əli Kərimli facebookda xalqı 12 oktyabr mitinqinə çağıran yeni status paylaşıb. Əli Kərimli yazır:

Viktor Hüqo məşhur “Səfillər” əsərində
Napoleonun Avropanın birləşmiş orduları tərəfindən sonuncu dəfə və tam
olaraq məğlub edildiyi Vaterloo döyüşünü çox məharətlə təsvir edir.
Viktor Hüqonun olduqca istedadlı bir yazar, söz sərrafı olduğunu dünya
çoxdan qəbul edib. Böyük yazıçının mükəmməl təsvirləri də yaratdığı
parlaq obrazlar qədər yaddaqalandır.

Napoleonun hərbi dühası Fransa
ordusunu dünyanın ən güclü ordusu etmişdi. Fransız ordusu onu
qələbədən-qələbəyə aparmış imperatoruna çox bağlı idi. У?ldə olunmuş
qələbələrdən özgüvəni daha da artmış Fransa ordusu Vaterloo döyüşündə də
çox böyük ürəklə, cəsarətlə vuruşurdu. Amma ingilis və almanlar başda
olmaqla, az qala bütün Avropanın Napoleona qarşı birləşməsi öz sözünü
deməli idi və dedi. Döyüşə təzə qüvvə ilə yenicə qoşulmuş Prussiya
ordusunun hücumları qüvvələr nisbətini fransızların əleyhinə dəyişdi.
Fransızlar əvvəlcə pərakəndə şəkildə geri çəkilməyə, sonra da qaçmağa
başladılar. Qorxu bir an içində bütün orduya sirayət etdi. Döyüşün
əvvəlində “Yaşasın imperator!” hayqırtısı ilə ölümün üstünə şığıyan
əsgərlər bir neçə saat sonra “Kimin imkanı var, qaçıb canını qurtarsın!”
qışqıraraq, döyüş meydanından qaçırdılar.

Məhz belə bir kütləvi panika şəraitində Napoleonun qvardiyası Avropanın birləşmiş qüvvələrinə qarşı hücuma atıldı.

Sözsüz ki, onların qalib gəlmək şansı
yox idi. Lakin qvardiya rüsvayçı məğlubiyyətdənsə, sonuncu nəfərinə
qədər döyüşərək ölməyi seçdi. Çox təsirli səhnədir. Çalışın siz də bu
səhnəni gözünüzün qabağına gətirəsiniz: Ümumi sayının yarısını döyuş
meydanında ölü olaraq itirmiş, qalan yarısı da qaçıb canını qurtarmaq
hayında olan 70 min nəfərlik Fransa ordusunun qaçhaqaçı fonunda heç nə
olmamış kimi, sayca özündən 20-30 dəfə çox olan düşmənə qarşı hücuma
atılan bir neçə min nəfərlik qvardiya. У?trafdakı 10 minlərlə insanın
isterik qaçhaqaçının təsirinə düşməyən o mərd döyüşçüləri təsəvvür
etdinizmi? Böyük yazıçı bütün orduya sirayət etmiş qorxunu, panikanı
özünə yaxın buraxmamış o cəsarətli insanları təxminən belə (hər halda
yadımda belə qalıb) təsvir edir: “Bunlar o cəsur insanlardan idi ki,
sıraları seyrəldikcə cəsarətləri daha da artır”. Dostlar, çox gözəl
ifadə edib, deyilmi?

Son vaxtlar Azərbaycanda repressiyalar
gücləndikcə böyük yazıçının yuxarıda qeyd etdiyim sözləri yadıma
tez-tez düşür. “Sıraları seyrəldikcə cəsarətləri daha da artan”
insanları düşünürəm. У?lbəttə, hər bir müqayisə qüsurludur. Fərqindəyəm
ki, indi 19- cu yox, 21-ci əsrdir, bizlər də əsgər yox, demokratiya
uğrunda dinc mübarizə iştirakçılarıyıq. Bu yolda ölüm istisna olmasa da,
ehtimalı olduqca azdır. Üstəlik bu yolun sonunda labüd qələbə də var.
Amma onu da nəzərə alaq ki, hər dövrün cəsarət və qəhrəmanlıq
anlayışları da fərqlidir. Kütləvi repressiyaların davam etdiyi, qorxunun
cəmiyyətin böyük bir hissəsini əhatə etdiyi indiki Azərbaycan
şəraitində məhbəsdə belə öz mübarizəsini davam etdirən, hər cür
təzyiqlərə rəğmən şux duruşunu qoruyub saxlayan, nisbi azadlıqda olsa
da, hər gün həbs olunmaq ehtimalı ola-ola rejimlə mübarizəsini bir an da
dayandırmayan, xalqın həqiqətləri bilməsi üçün bu ağır şəraitdə
müstəqil qəzet, internet televiziyası, informasiya agentliyi, sayt
yaşadan, cəmiyyətdə özünəsenzura yaranmasın deyə acı və təhlükəli
həqiqətləri sosial şəbəkələrdə hər gün yazan, min bir çətinliklə
prinspial müxalifət mövqeyini qoruyub saxlayan, üstəlik qorxunun,
biganəliyin meydan suladığı indiki günlərdə rejimə qarşı mitinqə
hazırlaşan insanlar cəsur, mərd insanlar deyilmi?

Nə gizlədim, millətimizin qızıl fondu
saydığım bu adamların əksəriyyəti ilə şəxsən yaxın olduğum üçün fəxr
edirəm. Dostlar, siz də ətrafınıza göz gəzdirin. Görün, bu ölkədə nə
qədər fədakar, ləyaqətli insan var? Onlar bu ölkənin daha aydın
sabahlara qovuşması üçün özlərini hər cür rıskə atırlar.

Əziz həmvətənlər, 12 oktyabrda Milli
Şuranın mitinqinə qoşulun! Haqsızlığa, zülmə məruz qalanlara arxa
durmaq, zalımın qarşısında sipər olmaq bir ləyaqət məsələsidir.
Azərbaycan qvardiyasını meydanda tək qoymayın!

Short URL: http://www.cumhuriyyet.net/?p=16502

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728