İran adlanan yerin prezident adlanan zatına TÜRK hatqırtısı

04.03.2015 - 23:09

İran Azərbaycanı şəhərlərinin universitetlərində təhsil alan 1811
tələbə İran prezidenti Həsən Ruhaniyə müraciət edərək “türkcənin İranda
rəsmiləşdirilməsi” və türk dilində təhsilin yolunun açılmasını tələb
edib. Urmiyə, Təbriz, Zəncan, Marağa, Xiyav və Kəleybər şəhərlərinin
universitetlərində imzalanan müraciətin mətni və imzaların təsvirini
nəşr edən Oyan News veb səhifəsi imzaların toplanmasında əməkdaşlıq edən
bəzi tələbələrin təhlükəsizlik qüvvələrinin basqısı ilə üzləşdiyini
bildirib.
Həsən Ruhaniyə iki il öncə seçki kampaniyası zamanı Türk Dili Qurumunun
təsisinə dair verdiyi sözlərini xatırladan məktubda “türkcənin
rəsmiləşdirilməsi”, “məktəblər və universitetlərdə oxudulması”, “Türk
Dil Qurumunun bu dilin uzmanları və sevənlərinin yardımı ilə tez zamanda
qurulması”, eləcə də mövcud ayrı-seçkilikləri ortadan götürmək üçün
konstitusiyanın icra olunmamış maddələrinin həyata keçirilməsi tələb
edilir.
Yayılan məlumata istinadən Urmiyə, Sulduz (Nəğədə) və Parsabad
şəhərlərinin Payame Noor universitetlərində toplanan imza vərəqələri
universitetlərin təhlükəsizlik bölməsi tərəfindən müsadirə olunub. Oyan News Ərdəbil vilayətinin Muğan bölgəsində prezidentə məktub
kampaniyasının əməkdaşı Atabək Sepehrinin təhlükəsizlik məmurları
tərəfindən nəzarət altına alındığına dair məlumat aldığını yazıb.
(amerikaninsesi.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930