Qidalarımızla bizə böcək qanı yedirdilir: dondurma, şokalad, tort, kolbasa məhsuları, içkilər…

04.03.2015 - 23:33

 

Son
günlərdə qida sektorunda arxa-arxaya gələn mənfi xəbərlər,
istehlakçıların narahatlığına səbəb olur. Qida skandallarına çox az
adamın bildiyi daha biri əlavə olunub. Bizimyol.info helal-gidalar.com saytına istinadən xəbər verir ki, bəzi məhsullarda
“Cochineal” adlı böcəyin qanından istifadə edilir. Maddə əsasən
dondurma, şokalad, tortlarda, kolbasa məhsularında, bəzi içkilərdə
istifadə edilir. “Cochineal” adlı böcəkdən əldə edilən “karmin” adlı
rəngləndirici maddə allergiya yaradır. İnsan üçün başqa hansı
zərərlərinin olması hələ ki, məlum deyil. Üzərində olan etiketdən
məhsulun tərkibini oxuyarkən E 120-Karmin maddəsinin adına rast gəlmək
olar. Bu maddə böcəklərdən hazırlanır, rəng yaratmaq üçün istifadə
olunur. E 120 maddəsi “koşineal”, “karminik turşu” və ya “həqiqi karmin”
adları ilə yazılır.

Karmin maddəsi Meksika,
Boliviya, Çili və Peru kimi ölkələrdə yetişən bir növ tikanlı kaktus
bitkisinin üstündə yaşayan və elmi adı “dactylopius coccus” olan böcəyin
yumurtaları və qurumuş qabıqlarının suda qaynadılması yolu ilə əldə
olunur. Belə ki, bu məhlul bir sıra kimyəvi
əməliyyatlardan sonra qurudulur. Sonra alınmış kütlə üyüdülür, nəticədə E
120 maddəsi alınır. 140 min böcəkdən 1 kq boya (rəng) götürülür.
Özündə “Karmin” maddəsini ehtiva edən bəzi məhsullar aşağıdakılardır: Danone, Coca-Cola, Pepsi, Algida, Unilever, P&G, Capy, Panda, Nestle, Kraft, Saqqızlar (Mentos, Vivident, Big babol,) və.s (bizimyol.info)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930