Rusiyanın Azərbaycana qarşı Ukrayna varinatı

04.02.2015 - 00:51

Erməni hakimiyyəti Avropanın enerji mənbəyi kimi
baxdığı Azərbaycana qarşı Kremldən açıq təhdiddir

 
Bu günlərdə Ukraynadan qayıdan dostum ona doğma olan bu ölkə
haqqında dəhşət içində danışırdı. Deyir, o gözəl ölkədən əsər-əlamət
qalmayıb, nəticəsinin necə olacağını heç kimin bilmədiyi müharibə gedir.
Hər gün hərbçilər, dinc vətəndaşlar ölür, qaçqınların, dağılıb viran
qalan kəndlərin sayı artır…
Bu mənzərəni Azərbaycanda
televiziyaya baxan, internetə çıxış imkanı olan hər kəs görür. Bir
zamanlar postsovet məkanının örnəyi olan ölkə indi rus tanklarının
tırtılları, raket mərmilərinin vahiməli gurultusu altında can verir.
Ökənin bir hissəsi az qala de-yuri itirilib, bir hissəsi də xarabazara
çevrilib, vətəndaş müharibəsi getdikcə Ukraynanın qəlbində daha böyük
yaralar açır.
Niyə belə oldu? İndi bu sualın cavabını, əlbəttə
Ukraynada axtarırlar, amma aktual deyil, gündəmdə Rusiyanın təcavüzünü
durdurmaq, müharibə qanunlarının tələbinə uyğun həyat şəraiti qurmaqdır.
Amma buna şübhəm yoxdur ki, axan qanlar artdıqca bu sual daha ucadan və
tez-tez səslənəcək, ola bilsin, ölkənin gələcəyi elə bundan asılıdır.
Mən
bu müharibəyə ötən ilin 90-cı illərinə qədər davam etmiş “soyuq
savaş”ın davamı kimi baxıram. İkinci Dünya Müharibəsi bitdikdən sonra
Qərblə Sovet İttifaqı arasında bu savaş dünyanın bir çox nöqtələrində
yaşanıb. Cənub-Şərqi Asiyadakı qanlı müharibələrdən tutmuş dünyanı nüvə
müharibəsinin bir addımlığına gətirmiş Karib böhranına qədər tarixin
səhifələrində “soyuq” və “isti” müharibələrin izləri həkk olunub.
Bu
gün Ukraynada vuruşan tərəflər həmin iki qütbün nümayəndələridir,
forma, təmsilçilər dəyişsə də, məzmun, məqsəd tamamilə eynidir. Ötən 11
ildə onların Ukraynaya yaşatdıqları: “narıncı inqilab”, onu həyata
keçirmiş qüvvələri seçki ilə devirən və avtoritarizm qurmağa çalışan
rusiyayönlü hakimiyyət, arxasınca Maydana qədər uzanan siyasi böhran və
qanlı müharibə…
Nəticənin belə olacağı gözlənilirdi, çünki
bu qarşıdurmada bir sadə həqiqət var. Ukrayna xalqı öz iradəsi ilə
gələcəyini müəyyənləşdirmək hüququndan məhrumdur. Onun gələcəyini Qərb
və Rusiya özlərinə sərfəli formada müəyyənləşdirməyə çalışırlar və bu
üzdən Ukraynada toqquşublar. Hər iki qüvvə Avropanın bu böyük ölkəsini
öz nüfuz dairəsində görür, bu səbəbdən seçim imkanını Ukrayna xalqına
buraxmaq istəmirlər.
İki gün əvvəl ABŞ və Avropa rəsmiləri
Ukrayna ordusunun silahlandırılacağını bəyan etdi. Bu işi Rusiya Donetsk
və Luqanskda çoxdan görür, rus hərbi arsenalının ən müsair silahları
Ukrayna ordusuna qarşı müharibə aparan silahlı qurpların əlindədir. Qərb
bir ucdan Ukraynaya kredit verir, çünki ölkə iqtisadiyyatı dağılıb,
xəzinə boşdur, ÜDM dəfələrlə aşağı düşüb, bu şəraitdə Rusiyaya qarşı
müharibə aparmaq imkanları yoxdur. Ukrayna kreditlərin sayəsində tab
gətirir, bir də Rusiyaya qarşı iqtisadi embarqoların yaxın gələcəkdə
nəticə verəcyinə böyük ümidlər var. 
Əlbəttə, Ukrayna böhranı
Rusiyaya böyük problemlər yaradıb, neftin qiymətinin ucuzlaşması,
ticarət əlaqələrinə qoyulan sanksiyalar ölkənin az qala dizini yerə
qoyub. Rəsmi rəqəmlərə görə, ölkə 250 milyard dollar itirib, rubl
uczlaşıb, əhalinin iqtisadi mənafelərinə ağır zərbə dəyib. Hökumət
Ukrayna böhranın girovuna düşmüş kimi görünür, çünki geriyə addım atmağı
faciə sayır. Bilir ki, geriyə addım siyasi iflası şərtləndirəcək. Ona
görə Qərbin dəstəkldəiyi Kiyev hökumətini çökdürmək, siyasi iflasına
nail olmaq üçün müharibəni davam etdirir. Kremldə ümid edirlər ki,
Ukraynanın şərqində tökülən qanların məsuliyyəti həm də Poroşenko
hakimiyyətinin üzərində qalır, bir gün iqtisadi fəlakətdən, ağır
müharibədən cana gələn Ukrayna cəmiyyəti hökumətə qarşı çıxacaq. Yəqin
ki, rus kəşfiyyatı da bu istiqamətdə ölkəninin bütün regionlarında fəal
iş aparır.
Azərbaycan da regionda cərəyan edən qarşıdurmanın
mənfi təsirlərini getdikcə daha çox hiss edir. Müharibə edən hər iki
ölkə-Rusiyada 2 milyon, Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və
işləyir. Onların Azərbaycandakı ailələrinə göndərdiyi vəsaitlər indi
çox azalıb. Nəticədə ölkədə pul qıtlığı və bahalaşma yaşanır, rublun
dəyərdən düşməsi, dolların möhkəmlənməsi, neftin kəskin ucuzlaşması
Azərbaycanın milli valyutasına təzyiqləri gücləndirib. Bu günlərdə
hökumət manatın kursunun ucuzlaşdırılması ilə bağlı kifayət qədər riskli
qərar qəbul edib.
Ökənin valyuta ehtiyyatları var, rəsmilər
əhalini narahat olmamağa çağırır, bununla belə işsizliyin səviyyəsi,
qiymətlərin artması davam edir.
Ən böyük təhlükə isə
hərbi-siyasi müstəvidədir, son bir ayda Ermənistanla təmas xəttində baş
verən toqquşmalar hər an regionda irimqyaslı müharibənin fitilini
alovlandıra bilər. Erməni hakimiyyəti bütövlükdə Rusiya hərbi sənaye
kompleksindən asılı vəziyyətdədir, bu üzdən döyüş bölgəsindəki
fitnəkarlığın geosiyasi səbəbləri var. Bu, Avropanın enerji mənbəyi kimi
baxdığı Azərbaycana qarşı Kremldən açıq təhdiddir.
Beynəlxalq
təhlükəsizlik sisteminin darmadağın olduğu, beynəlxalq qanunların
işləmədiyi hazırki şəraitdə Azərbaycanın müharibəyə cəlb olunması ağır
nəticələrə səbəb ola bilər. Səbəb Ukraynadakı ilə tamamilə eynidir:
supergüclər müdaxilə edəcəklər, tərəf tutacaqlar, nəticədə zərbələr
Azərbaycana dəyəcək. Bizim üçün ikiqat çətindir, ona görə ki, Rusiyanın
ölkəmiz üçün nə olduğunu 25 ildə yaxşı bilirik. Qərbin də nələrə qadir
olduğunu Ukraynada görürük. 
Bu günlərdə Azərbaycanla bağlı
danışan ABŞ Xarici Siyasət Şurasının rəsmilərindən bir deyib ki, “bu
ölkə daha bizim üçün o qədər də vacib əhəmiyyət kəsb etmir. Çünki
Əfqanıstanda işlərimiz başa çatır, Azərbaycanın verdiyi dəhliz
əhəmiyyətini itirir. Eyni zamanda ABŞ nəhəng neft istehsalçısına
çevrilir, enerji bazarından asılılığına son verir”. Bu sözlərin ardınca
hədə-qorxu gəlir: “haqq-hesab çəkərik, İran və Rusiya sizi əzməyə
başlasa, biz köməyə gəlməyəcəyik”. 
Beləliklə Azərbaycan
Ukraynada döyüşən hər iki gücdən təhdidlər alır. Bu hədə-qorxuların
əməli işə keçməməsi üçün hökumətin çox ağır məsuliyyəti var. Ona görə
Avropa Şurasında Rusiyanı dəstəkləməklə bərabər, Vaşinqtonda
Azərbaycanın önəmini izah etmək kimi ziddiyətli, cəmiyyətdə birmənalı
qarşılanmayan addımlar atılır. Vəziyyət çox gərgindir, dünya düzələnədək
ölkəni bu vurhavurdan salamat çıxarmaq lazımdır.(bizimyol.info

Elçin Rüstəmli

Short URL: http://www.cumhuriyyet.net/?p=16986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728