XİN-dən Qarabağ açıqlaması
torpaqlarda konsert təşkil etmək sülhə deyil, işğal və təcavüzün
təşviqinə xidmətdir”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” (“Sülh
naminə musiqi”) adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral
tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş
ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh
edərkən bildirib.
O qeyd edib ki, “Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi
adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var.
“Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz
qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə
deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının
təşviqinə xidmət edir. “Music for peace” adlı təşkilat öz məsuliyyətini
dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə,
işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan
Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək”, – deyə
H. Hacıyev vurğulayıb.
O əlavə edib ki, eyni zamanda UNESCO-nun loqosundan hansı əsasla
layihənin rəsmi saytında istifadə edilməsi məsələsi də adıkeçən
beynəlxalq təşkilat qarşısında qaldırılacaq: “Azərbaycanın UNESCO-dakı
daimi nümayəndəliyinə bu barədə təlimat verilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=17002