Hakim komandada ələnmə təşvişi
Qərib Məmmədovdan sonra yeni nazirlər hədəfə gələcək?
Hesablama Palatası ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
kütləvi maliyyə pozuntuları aşkarlayıb. Bu barədə qurumun saytında
məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Hesablama Palatası 5
fevral tarixli Kollegiya iclasında bütün materialları hüquq mühafizə
orqanları və Milli Məclisə təqdim etməyi qərara alıb.
Ökə başçısı Ilham Əliyev fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən ləğv
edilmiş komitənin funksiyası Dövlət Əmlak Məsələləri Komitəsi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölünüb.
Komitənin sədri Qərib Məmmədov Prezident Administrasiyasının (PA)
rəhbəri Ramiz Mehdiyevin komandasının üzvü olduğu üçün Ilham Əliyevin bu
fərmanı bəzi mülahizələrə səbəb olub. Belə ehtimallar var ki, artıq PA
rəhbərinin komandasının zərərsizləşdirilməsinə start verilib. Ramiz
Mehdiyevin səhhətindəki problemlərlə bağlı ortalıqda görünməməsi
hakimiyyətdaxili rəqiblərini hərəkətə gətirib. Və ilk olaraq Qərib
Məmmədov hədəfə gəlib.
“Azadlıq”a daxil olan məlumatlardan görünür ki, mülahizələrin əsassız
deyil. Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyevin səhhətində yaranmış
problemlər üzündən proseslərdən kənarda qalması komandasında ciddi
narahatlıq yaradıb. Çünki hakimiyyət dəhlizlərində PA rəhbərinə yaxın
kadrların “vurulması” müzakirə mövzusudur. Iddialara görə, Qərib
Məmmədovdan sonra Ramiz Mehdiyevin komandasında olan digər nazirlərə də “əlvida” deyilə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=17037