ABŞ səfirindən əvvəl “qara küləyi” gəldi
İki gün sonra cənab
Sekuta öz missiyasına başlayacaq; eyni vaxtda isə Konqresdə ölkəmizdə
insan haqlarına dair dinləmələr nəzərdə tutulub…
Bu
həftə Azərbaycan-ABŞ münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək
iki hadisə gözlənilir. Onlardan birinin anonsu artıq verilib. Biri odur
ki, fevralın 12-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert
Sekuta Bakıya gələcək və öz diplomatik missiyasına başlayacaq. Qeyd edək ki, Sekuta hələ ötən yay öz
postunu vaxtından əvvəl tərk eləmiş, həm də qalmaqallı açıqlama ilə
tərk eləmiş sələfi Riçard Morninqstarı əvəzləməlidir. Təkcə əvəz
eləməməli, eyni zamanda ikitərəfli münasibətlərdə həmin açıqlamadan
dolayı yaranmış soyuqluğu aradan qaldırmağa nail olmalıdır.
barışla gəlir və bunu da ən əvvəl onunla əsaslandırmağa çalışmışdıq ki,
hazırda Birləşmiş Ştatlar və Azərbaycan bir-birinə heç vaxt olmadığı
qədər ehtiyac duyur, bu ehtiyac fonunda isə universal dəyərlər bir az da
ikinci plana sürüşmüş kimidir. Hər halda, səfirin gəlişi Azərbaycan da daxil, bütövlükdə Cənubi
Qafqaz ətrafında kifayət qədər qəliz proseslərin getdiyi dönəmə təsadüf
edir. Sekutanın səfirlik dövrü (nəzəri olaraq 3 il) heç şübhəsiz, iki
ölkə münasibətləri tarixinə həlledici müddət kimi düşəcək. Önümüzdəki
bir neçə ildə, mümkündür ki, hətta 2015-ci il Azərbaycanın xarici
siyasət oriyentasiyasında mühüm dəyişiklik baş versin. Bu dəyişikliyi
diktə edən ən önəmli faktor ABŞ-Rusiya münasibətlərinin Ukrayna böhranı
səbəbindən sürətli inkişaf dinamikasıdır, Qərbin getdikcə sərtləşən
sanksiyalar siyasəti və yeni “soyuq savaş”ın cari ildə pik nöqtəyə çatma
ehtimalının reallığıdır.
tutacaq. Deməli, Azərbaycana, onun daxili və xarici siyasətinə, strateji
seçim məsələsinə Birləşmiş Ştatların yanaşmasında həmin amillərdən
doğan özünəməxsus ştrixlərin vurulmasının şahidi ola bilərik. O sırada
Dağlıq Qarabağ ixtilafının həll perspektivi üçün Ukrayna kontekstində
təzə və optimal bir geosiyasi müstəvinin cızılacağı istisna deyil.
Azərbaycandakı təzə səfir Sekuta ilə eyni vaxtda Ermənistana yola
düşməyə hazırlaşması da diqqət çəkir. O da bu həftə öz missiyasına
başlayacaq. Sözgəlişi, cənab Maylz yola düşməzdən qabaq ABŞ
Konqresindəki andiçmə zamanı Ermənistandakı fəaliyyətində prioritet
məsələ kimi amerikalı həmsədr Ceyms Uorliklə koordinasiyalı şəkildə
Qarabağ probleminin həllinə böyük diqqət ayıracağını bəyan edib.
ölkəmizdə insan haqlarına dair keçiriləcək dinləmələr olacaq.
Dinləmələr Konqresin Nümayəndələr palatasının xarici əlaqələr
komitəsinin xarici siyasət altkomitəsində keçiriləcək. “Azərbaycan-ABŞ:
təhlükəsizlik, energetika və insan haqları” mövzusunda reallaşacaq bu
dinləmələrdə tanınmış ekspertlər, diplomatlar və təhlilçilər iştirak
edəcək. “Turan”ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, məruzəçilər
sırasında ABŞ-ın Bakıdakı sabiq səfiri, hakimiyyətin sərt
tənqidçilərindən sayılan Riçard Kozlariç, Con Hopkins Universitetinin
Mərkəzi Asiya və Qafqaz institutunun eksperti Odri Olştad və başqaları
olacaq.
siyasi effekti haradasa azaldacaq bir tədbirdən gedir. Dinləmələrin
vaxtının məhz bu həftəyə təyin edilməsinin təsadüf olub-olmadığını
söyləmək çətindir, ancaq Bakı-Vaşinqton münasibətlərində yaranmaqda olan
ilıqlaşma tendensiyası ilə o, ziddiyyət təşkil edir.
dərəcəli sayıla bilərdi. Ancaq bu, Konqresin alt komitəsinin rəsmi
tədbiridir. Ola bilsin, bununla Konqres Obama hökumətinin təmsilçisi
kimi səfir Sekutaya Azərbaycana səfər öncəsi konkret mesaj ünvanlamaq
istəyir. O mənada ki, yeni səfir öz fəaliyyətində Azərbaycanda insan
haqlarını xüsusi diqqətdə saxlasın.
radiolarını maliyyələşdirir və heç şübhə yox ki, dinləmələrdə konkret
olaraq “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması, onun rəhbəri
Xədicə İsmayılın həbsi kimi məsələlər də müzakirə ediləcək – özü də
Xədicə İsmayılın həbsindən, radionun Bakı bürosunun bağlanmasından sonra
ilk dəfə olaraq. Səfirin səfər ərəfəsi təsadüfmü? (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=17054