Prezident Administrasiyasından məxfi tapşırıq

12.02.2015 - 01:00

Rayon icra hakimiyyətlərinə
ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb. Konkret
desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi
xərclənməmiş qalmalıdır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki
mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, iri
şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur: “Prezident
Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar
adı olmadan aparılmalıdır. Çünki ixtisar sözü kütləvi psixoz vəziyyəti
yaradır. Ona görə də yaşlı işçiləri pensiya və s. bəhanələrlə işdən
çıxartmaq, yerlərinə isə heç kimi götürməmək tapşırılıb. Eyni də qənaət
zamanda təsərrüfat xərclərinə də qənaət etmək təlimatda əksini tapıb”. 
Mənbə
bildirir ki, hakimiyyət təşviş yaratmamaq üçün bu məsələni
rəsmiləşdirməyəcək: “Neftin qiyməti azalmaqda və yaxud indiki həddə
qalmaqda davam edəcəksə, böyük ehtimalla may ayında büdcəyə yenidən
baxılacaq. Ancaq icra hakimiyyətlərinin büdcəsi formal olaraq
dəyişməyəcək. İxtisarlar başqa adla qeyri-rəsmi həyata keçiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=17122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930