Emin Hüseynovun sığınacaq olayında şok iddia – saçını rəngləyib

12.02.2015 - 11:05
Nə Əliyev hökuməti, nə də İsveçrə səfirliyi faktı etiraf etməyib, ancaq
səfirlik hökumətlə Hüseynovun ölkədən təhlükəsiz çıxması üçün danışıqlar
aparır

 
Fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi
Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat
yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan В«RundschauВ» verilişi
ortaya çıxarıb. 
Hogan deyib “Kömək edə bilməz”
Michael
Weiss В«Foreign PolicyВ» dərgisində yazır ki, Bakıdakı ABŞ səfirliyi
В«amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina
edibВ». Müəllif Emin Hüseynovun uzun müddət
hakimiyyətin təqibinə məruz qalmasından, ötən il hüquq müdafiəçilərinin
vergidən yayınma, səlahiyyətdən istifadə, casusluq ittihamları ilə həbsə
atılmasından yazır: В«Rəsul Cəfərov həbs
olunandan sonra Hüseynov torun ona yaxınlaşdığını hiss edirdi. Avqustun
əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və
səfirliyin müvəqqəti işlər vəkili Dereck Hogan-la tək qalır. Səfir
Richard Morningstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyir
ki, Emin Hogan-a bir kağız ötürür: В«Mənə necə kömək də bilərsiniz? Həbs
oluna bilərəmВ». Hogan deyir ki, kömək edə bilməzВ».
Səfirliklərlə münasibət pis olmayıb
В«Hüseynovun
Dereck-lə münasibəti pis deyildi, heç vaxt səfirliyi tənqid etməmişdi,
hətta ABŞ-ın Azərbaycana münasibəti tənqid edəndə də diplomatik
davranırdıВ», – anonim qalmaq istəyən mənbə deyir. В«Foreign
PolicyВ» Hogan-la əlaqə saxlayır, ona Dövlət Departamentinə müraciət
etmək məsləhət görülür. Departament sorğuları cavablandırmayıb. Daha
sonra Hüseynov Türkiyəyə müalicəyə getməyə çalışır, sərhəddən geri
qaytarılır. RATİ-nin ofisində axtarış aparılır. Hüseynov gizlənməyə
çalışır. Mətbuat onun ABŞ səfirliyinə sığındığını yazsa da, səfirlik
avqustun 12-də təkzib yayır. В«Özü ABŞ vətəndaşı
olmasa da, Hüseynovun həyat yoldaşı amerikalıdır, bu fakt onun işini
Dövlət Departamenti üçün önə çəkməliydiВ»,- insan haqları fəalları belə
düşünürlər. В«O, xarici görkəmini tam dəyişdi,
saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu
tanıyıb- tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdıВ», – bir
mənbə deyir.
Beşcə saniyə
Nəhayət,
avqustun 18-də azərbaycanlı tanışı onu İsveçrə səfirliyi yaxınlığında
maşından düşürür. Hakimiyyət Bakıdakı səfirliklərin qabağında keşik
çəkirdi, onun xarici ölkədə sığınacaq almaq istəməsindən xəbərdar idi.
В«Emin səfirlik ətrafında mülkigeyimlilərin olduğunu anladı. Onunla
danışmağa başladılar. O, ingiliscə birtəhər danışıb onları aldatmağa
çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir.
Onu əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır.
Kimsə qapını açır və onu içəri dartır. Beşcə saniyə yubanma olsaydı,
Emin həbs oluna bilərdiВ», – mənbə danışır.
FP
yazır ki, aylardır İsveçrə səfirliyinin ətrafını polis kordonu qoruyur.
Nə Əliyev hökuməti, nə də İsveçrə səfirliyi faktı etiraf etməyib, ancaq
səfirlik hökumətlə Hüseynovun ölkədən təhlükəsiz çıxması üçün danışıqlar
aparır.
В«Human Rights WatchВ» təşkilatının Cənubi Qafqaz üzrə mütəxəssisi Giorgi Gogia deyir: В«Bilirəm
ki, İsveçrə hökuməti Azərbaycanla ən yüksək səviyyədə danışıqlar
aparır. Bilirəm ki, hökumət Eminin çıxmasına qarşıdır. Hələ də bu
prosesin getməsi ağılsızlıqdırВ».
Azadliq Radiosu

Short URL: http://www.cumhuriyyet.net/?p=17128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930