ABŞ -Azərbaycan münasibətlərində kritik gün: Yeni səfirin gəlişi və dinləmələr…
ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekuta bu gün Bakıya gələcək.Səfirlikdən azvision.az-a daxil olan məlumata görə, səfir bu gün axşam saat 20-21 arası Bakıda olacaq. Eyni zamanda, səfirlikdən qeyd edilib ki, Robert Cekuta Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərlə görüşəcək. Qeyd edək ki, Cekuta dövlət katibinin Enerji Resursları üzrə
Bürosunda çalışıb. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı
işlərinə nəzarət edib. Robert Cekuta diplomat kimi Tokioda və Berlində xidmət edib. Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird
Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr
dərəcələri alıb.
Bu gün həmçinin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin
Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində
Azərbaycanla bağlı dinləmələr keçiriləcək. APA-nın məlumatına
görə, “Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları
maraqları” mövzusunda təşkil olunacaq dinləmələrdə ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri Riçard Kozlariç, Vudro Vilson Beynəlxalq Araşdırmalar
Mərkəzinin tədqiqatçısı Odri Alştadt və Cons Hopkins Universitetinin
Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel çıxış
edəcəklər. Dinləmələrə Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun sədrlik edəcəyi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=17133