Azərbaycanda məmurlara yeni və sensasion cəza üsulu

13.02.2015 - 01:25

Milli Məclisin hazırladığı yeni qanun çox özündənrazı vəzifəliləri “sındıracaq”Milli Məclisin hazırladığı yeni qanun çox özündənrazı vəzifəliləri “sındıracaq”

İndi
məmurlardan edilən vətəndaş şikayətlərini araşdırmaq üçün çox vaxt
şikayət olunan məmurun üzərinə göndərirlər. Vətəndaş hüququnu pozmuş
məmur isə məsələni “araşdıraraq” özünün aydan arı, sudan duru olduğunu
“isbatlayır”. “ans press”in əməkdaşına Şəmkirdən bu yaxınlarda
müraciət edən vətəndaşın da şikayəti bununla bağlı olub. Dövlət
qurumlarından birində işləyən idarəyə başqa rayondan yeni rəhbər təyin
olunub və o da hədə-qorxu ilə işçilərin hamısından işdən çıxmaq üçün
ərizə alıb. Yeni olduğuna görə rayonu heç tanımayan rəhbər “xoşuna
gələn” işçiləri geri qaytarıb, amma bir neçə işçi göyərtədən kənara
atılıb. Gec də olsa ayılan işçilər Bakıya şikayət ediblər, onların
məsələsini yoxlamaq elə onları işdən ellikcə çıxaran yeni rəhbərə
tapşırılıb. O isə Bakıya “öz ərizələri ilə işdən gediblər” cavabını
verib. Yəni məmur özbaşınalığının qurbanı olmuş dövlət qulluqçularının
haqqı tapdanmış qalıb, hüquqları təmin edilməyib.
Milli Məclisin
İnsan hüquqları komitəsində hazırlanmış yeni “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında” qanun layihəsi qəbul
edildikdən sonra bu cür özbaşınalıqların səviyyəsinin xeyli azalacağı
güman edilir. Qanun layihəsinin işlənməsində iştirak etmiş millət
vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın
dediyinə görə, yeni qanun layihəsi bu cür halların qarşısını alacaq.
“Yəni hansısa məmurdan edilmiş şikayəti yoxlamaq üçün onun özünə
göndərilməsi yasaq edilir”,- deyə Fazil Mustafa bildirib.
Onun
sözlərinə görə, yeni qanunda həm də korrupsiya ilə bağlı edilmiş
şikayətlərin dərhal baxılması nəzərədə tutulur. Bundan əvvəlki qanunda
isə araşdırma tələb edən şikayətlərə 1 ay ərzində, araşdırma tələb
etməyən şikayətlərə isə 15 gün ərzində baxılması nəzərdə tutulurdu.
Fazil Mustafanın sözlərinə görə, yeni qanun layihəsində həm də elektron
müraciətlər, mobil telefonla göndərilən ismarışlar barədə də müddəalar
yer alıb. Həmçinin yeni qanun layihəsində terminlərin izahı nəzərdə
tutulur. Məsələn, elektron müraciət, yazılı müraciət və s. kimi ifadələr
populyar dillə izah edilir.
Qanun layihəsi parlamentin İnsan
haqları komitəsinə ölkə başçısı tərəfindən göndərilib və 1997-ci ildə
qəbul edilmiş eyni adlı qanunun əvəzlənməsini nəzərdə tutur.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, sabiq millət vəkili Əlimməd
Nuriyev mövcud “Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında” qanunun yenisi ilə əvəzlənməsini çox vacib sayır. “Əvvəla
qanunun hazırkı variantı çox köhnəlib. İndiki qanun 1997-ci ildə qəbul
edilib. Köhnə qanunda müraciətlərin kollektiv qaydada, elektron qaydada
təqdim edilməsi nəzərdə tutulmur. Həmçinin müraciətlərə vaxtında
baxılmaması, yaxud heç baxılmamasına görə cəzanı müəyyən edən müddəa
yoxdur. Həm də qanundakı normalar təminatlı normalar deyil, hüquq
verilib, amma hüququn təmin edilməsinin mexanizmi yoxdur. Həm də
elektron hökumətə keçilməsi ilə bağlı müraciətlərə baxılmasının
konsepsiyası dəyişdirilməlidir. Bəzi dövlət saytlarında elektron
müraciətlərlə bağlı forma müəyyən edilsə də, əksər dövlət qurumlarının
saytında belə imkanlar yoxdur. Bu cür addımlar inzibati üsullarla
tənzimlənsə də, qanunverici əsası yoxdur”,- deyə Əliməmməd Nuriyev
bildirib. Onun sözlərinə görə, yeni qanunun qəbul edilməsində parlament
bü cür məsələləri nəzərə almalıdır.
Əldə edilən məlumata görə,
qüvvədə olan qanunda olduğu kimi yeni qanun layihəsində də vətəndaşların
anonim müraciətlərinə baxılması nəzərdə tutulmayıb. Əslində, qanun
layihəsinə bu müddəanın əlavə edilməsi ölkədə korrupsiyanın səviyyəsinin
aşağı salınmasına imkan yaradardı. Dünyanın əksər ölkələrində
korrupsiyaya qarşı mübarizədə anonim informasiya ötürülməsindən
yararlanırlar.
“Bu, Azərbaycanda da mümkündür. Amma ilk növbədə
anonim müraciətlərə baxılmasının elə prosedur qaydası müəyyən
edilməlidir ki, bu, dövlət qurumlarının işinə maneçilik törətməsin”,-
deyə Fazil Mustafa vurğulayıb.
Bir sözlə, Azərbaycanda məmurlara
yeni cəza üsulunun tətbiqinə hazırlaşılır. İnanaq ki, Milli Məclisin
hazırladığı yeni qanun layihəsinin qüvvəyə minməsi və tətbiqi bir çox
özündənrazı məmurları “sındıracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=17166

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728