“Azərbaycanın lider (lidersizlik) problemi”
Heydər Əliyevdən sonra millət yetim qalıb
sevən var, nə də Heydər Əliyev kimi idarə etməyi bacaran
Heydər Əliyevdən sonra millət yetim qalıb
sevən var, nə də Heydər Əliyev kimi idarə etməyi bacaran
lider (lidersizlik) problemi” adlı analitik yazısında seçmələr paylaşıb.
Oxucularımız üçün maraqlı ola bilcəyini nəzərə alıb həmin seçmələri bir
yerə yığaraq təqdim edirik:
– Əbülfəz Elçibəydən və
Heydər Əliyevdən sonra millət yetim qalıb. İndi bu xalqı nə Elçibəy kimi
sevən var, nə də Heydər Əliyev kimi idarə etməyi bacaran. Hər iki
cəbhədə boşluq yaranıb. YAP funksionerlərinin “Layiqli davamçı”
adlandırdıqları İlham Əliyev “Heydər Əliyevin oğlu” statusundan artığını
bacarmadı. Bundan sonraya da ümid yox artıq. Müxalifətçilərin
“Rəsulzadə irsinin varisi” adlandırdığı Elçibəyin “layiqli davamçısı”
statusuna iddia edənlərin sayı isə hələ də müəyyən olunmayıb.
Beləliklə
də, uzun illərdən sonra müstəqilliyinə qovuşan Azərbaycan xalqı ən yeni
tarixinin ən məsuliyyətli dövründə lidersizlik (lider) problemi ilə
üz-üzə qalıb.
Xalq lider axtarışındadır, LİDER! Xalq lidersizlikdən əziyyət çəkir, LİDERSİZLİKDƏN!..
– “Musavatçılıq” ideologiyası bazasında və üç rəngli bayrağımız
altında ərsəyə gələn, say tərkibinə görə birinci partiya kimi qəbul
edilən Yeni Azərbaycan Partiyası Heydər Əliyevdən sonrakı dövrdə sözün
əsil mənasınada ölkənin ən böyük QHT-sinə çevrilib. Nə vaxtsa Naxçıvanda
yaşamış 5-10 nəfər bir yerə toplaşıb birlik yaradıblar. Deyilənlərə
görə, nizamnamə, məramnamə filan da qəbul ediblər. “YAP” markası altında
da əl altdan işlərini görürlər. Öz “nizamnamələrinin” əsas məqsədlər
qrafasında isə bu ifadələri yazıblar: “Ölkənin yeraltı və yerüstü
sərvətlərinə sahib çıxmaq, neft və qazdan gələn gəlirləri qrant kimi
xalqdan alıb mənimsəmək”. Aydındır ki, kiçik qrant alan QHT-lər öz
məqsədlərinə doğru kiçik addımlarla irəliləyir, böyük qrantlar alan
QHT-lər koalisiyalar yaradaraq daha iddialı görünür, “super qrantlara”
sahib çıxan YAP kimi “QHT-lər” isə nəhəng addımlarla uçuruma doğru
diyirlənirlər. Qrant olan yerdə də ki, maşallah, nəinki üzvlərin sayı,
həm də müstəqil həyata yenicə qədəm qoyan valantyorların sayı sürətlə
artır, eynən YAP-da olduğu kimi. Təbii, burada milli mentalitetimizə
hopmuş bir çox xüsusiyyətlər də az əhəmiyyət kəsb eləmir.
Doğrusu, bu yeni partiyanın hansı yeni ideologiya üzərində “inkişaf” etdiyini mən hələ dərk edə bilməmişəm…
– Bir sıra tənqidçilərdən tez-tez eşidirik ki, bu müxalifət siyasi
səhnədən getməyincə heç nəyi dəyişmək mümkün olmayacaq, onlar xalqın
etimadını itiriblər. Özlərini yeni siyasi qüvvə kimi təqdim edın
REAL-çılar da Milli Şura ideyasının müəllifi və ilk sədri Rüstəm
İbrahimbəyovu “2013-cü ilin ən pis siyasətçisi” adlandırdılar. İlk
baxışdan avtoritarizmdən cana doymuş müəlliflərin bu cəlbedici iradları
obyektiv görünür. Amma Milli Şura fəaliyyətə başladıqdan sonra ölkədə
baş verən dəyişiklikləri təhlil edəndə bunun əksi ortaya çıxır. Və biz
“2013-cü ilin ən uğurlu siyasətçisi Rüstəm İbrahimbəyovdur” deyənlərin
də fikirlərinə diqqət yetirmək məcburiyyətində qalırıq.
Ümumiyyətlə,
“hər şeyi sıfırdan başlamaq lazımdır”, “7-dən 77-yə hamı dəyişməlidir”,
“ənənəvi müxalifət getməsə…”, “yeni qüvvələr gəlməsə…” və sair bu
kimi pessimizmə yol açan fikirlərlə bağlı başqa yanaşmalar da var. Mənim
yanaşmam isə belədir:
Ənənəvi müxalifət hakimiyyətə gəlməyənədək
ölkədəki vəziyyətə təsir göstərə biləcək yeni qüvvələrin ortaya çıxması
istisnadır. Çünki, rəqabətə dözümlü yeni qüvvələrin ortaya çıxması üçün
real şərait ictimai şüurda “ölkənin siyasi müxalifəti” kimi qəbul olunan
qüvvələrin hakimiyyətə gəlməsindən sonra yarana bilər. Sosiologiya
elminin qanunauyğunluqlarına görə bu aksiomdur.
Hörmətli gənc
siyasətçilər və yeni siyasi qüvvə təmsilçiləri, gəlin unutmayaq ki,
ənənəvi müxalifət real narazı elektorata malikdir, strukturlaşıb,
ziyalılarla, ağsaqqallarla, nüfuzlu ictimai xadimlərlə, vətəndaş
cəmiyyətinin demokratik kəsimi ilə işləməkdə və onları öz tərəfdaşına
çevirməkdə uğurlu təcrübə toplayıb, gəncləri öz sıralarına cəlb edə
bilir, “pis” də olsa idarə olunurlar və artıq sistem işləyir. Başqa cür
ifadə etsək, çoxlarının bəyənmədiyi ənənəvi müxalifət real qüvvədir. 20
il ərzində bu real qüvvəni dağıtmaq, sındırmaq, əqidəsindən döndərmək,
“məhv etmək”, “yandırıb külə dündərmək” siyasəti heç bir nəticə vermədi.
Hakimiyyəti zorla əlində saxlayan qüvvələr artıq bunun fərqindədirlər.
2013-cü
ildə İlham Əliyevi üçüncü dəfə prezident kürsüsündə saxlamağa nail
olmaq “YAP qruplaşmasına” milyardlar hesabına başa gəldi. Əslində, bu
“bəyənmədiyimiz” ənənəvi müxalifətin bazasında formaşmış Demokratik
Qüvvələrin Milli Şurasının real gücünün göstəricisidir.
Buradan belə
nəticəyə gəlmək olar ki, avtoritarizmdən demokratiyaya keçid
mərhələsində gənc siyasətçilər və yeni siyasi qüvvə adına iddiaçılar da
ənənəvi müxalifətlə, indiki şəraitə uyğun ifadə ilə desək Demokratik
Qüvvələrin Milli Şurası ilə sıx əməkdaşlıqdan qaçmamalıdırlar. Əksinə,
Milli Şuranın yanında olub, ideyalarının reallaşdırılması üçün münbit
şəraitin yaranması ilə nəticələnən proseslərə dəstək verməlidirlər.
– Mill Müqavimət Hərakatı formatında fəaliyyət göstərmədən vəziyyəti
dəyişmək mümkün olmayacaq. Bnu hər birimiz dərk edirik. Bu ideyanı qəbul
edən və bu amala xidmət edən irili-xırdalı bütün qüvvələrin yumruq kimi
birləşməsi zamanadır! Qıraqda yeyib ortada gəzən “nüfuzluların”
xidmətindən və maskalanmış qüvvələrlə əməkdaşlıqdan imtina etmək
lazımdır. Bunu vəziyyət özü diqtə edir! Xalq Demokratik Qüvvələrdən bunu
gözləyir…
Short URL: http://www.cumhuriyyet.net/?p=3096