Türkiyədən hakimiyyətə şok “sürpriz”

05.01.2014 - 05:49

Cumhuriyyət prokurorluğu
Ömər Lütfi Topal işində yeni məhkəmə tələb edib

Türkiyədə
yaxın keçmişin daha bir səs-küylü cinayətinə dair yeni məhkəmə qurula bilər.Türkiyə qaynaqları xəbər verir ki, Ankara Cümhuriyyət Prokurorluğu
1996-cı ildə öldürülən məşhur kazinolar kralı Ömər Lütfi Topal cinayətində yeni
məhkəmə qurulması üçün vəsatət qaldırıb. Prokurorluq aralarında keçmiş daxili
işlər naziri Mehmet Ağar, xüsusi təyinatlı polis komandiri İbrahim Şahin və
Korkut Eken də olmaqla “Susurluq” işində adı keçənlərin yenidən mühakimə
olunmasını istəyir.

Kazinolar kralı Ömər Lütfi Topal 1996-cı ildə öldürülüb. Onun ölümünə görə
Abdullah Çatlı, Mustafa Altınok və digər şəxslərlə birlikdə xüsusi təyinatlı
polislər mühakimə olunub. Məhkəmə şübhəlilərin barəsində yetərli dəlil olmadığını
əsas gətirərək onların azadlığa buraxılmasına qərar verib. İşdə adı keçən
məşhur ülküçü Abdullah Çatlı Susurluq qəzasında həlak olduğu üçün onun
barəsindəki işə xitam verilib.

Xatırladaq ki, Ömər Lütfi Topal işində bu gün hakimiyyət
başında olan şəxslərin də adı hallanırdı. Süleyman Dəmrəl hakimiyyəti dönəmində
rəsmi Bakı bu məsələləri pırdələyə bildi. İndi isə olayın yenidən məkəmə müstəvisinə
çəkilməsi şok faktları üzə çıxara bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=3171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031