Milli Şura gizli siyahı xəbərin rəsmən təkzib etdi

06.01.2014 - 23:00

“İdarəetmə qurumunun adı, tərkibi, sayı və s.- lə
bağlı hər hansı gizli siyahı yoxdur və ola da bilməz

“Sessiyalar arası dövrdə Milli Şuranın işlərini
koordinasiya edəcək qurumun tərkibi ilə bağlı hər hansı gizli siyahı yoxdur. Bu
iqstiqamətdə bəzi KİV- lərdə gedən məlumatlar reallığı əks etdirmir”. Bu sözləri cumhuriyyet.az saytına verdiyi
açıqlamada Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib.

O bildirib ki, hələ Milli Şura yeni yaradılan mərhələdə
Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən Tiflis görüşündə razılıq əldə olunmuşdu
ki, fəaliyyəti koordinasiya etmək üçün Sədrin yanında Məşvərət Şurası və ya
Koordinasiya Şurası yaradılsın və bu quruma Milli Şuraya daxil olan partiya sədrləri
və komissiya rəhbərləri daxil edilsin; “O zaman bu istiqamətdə ümumi razılıq
olsa da razılığı reallaşdırmaq mümkün olmadı. Hazırda Milli Şuranın fəaliyyətinin
güclənməsi istiqamətində müəyyən müzakirələr aparılır. Müzakirələrin predimetlərindən
biri də qurumun idarəetməsi ilə bağlıdır. İdarəetmə qurumunun formalaşması ilə
bağlı variantlardan biri də yuxarıda qeyd olunan variantdır. Başqa variantlar
da mümkündür. Amma idarəetmə qurumunun adı, tərkibi, sayı və s.- lə bağlı hər
hansı gizli siyahı yoxdur və ola da bilməz. Milli Şura demokratik bir qurumdur
və demokratik qaydada idarə olunur. Bütün məsələlər isə Milli Şuranın qarşıdan
gələn sessiyalarında müzakirə olunub qurum üzvlərinin iradəsi ilə həll
olunacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31