Sevindik Hətəmovun viran qoyduğu Yardımlı

20.01.2014 - 01:59

Bakıdan ayrılan büdcə talan edilir, rayon biznes müəsisəsinə çevrilib

Yardımlı rayonu icra
hakimiyyətinin başçısı Sevindik Hətəmovun fəaliyyəti ilə bağlı mediada mütəmadi
materiallar dərc edilir, onun qanunsuz əməlləri ilə bağlı iddialar irəli
sürülür. Bir müddət deputat kimi fəaliyyət göstərən Sevindik Hətəmova qarşı
irəli sürülən əsas ittiham isə onun rayonu rüşvət mexanizimi ilə idarə
etməsidir.

Yardımlı sakinlərinin
redaksiyamıza verdiyi məlumata görə, icra başçısının idarəçiliyindən bezən
əhali zaman-zaman doğma yurd-yuvasını tərk etməyə məcbur qalır. Məhz Sevindik
Hətəmovun yaratdığı idarəetmə mexanizmi nəticəsində Yardımlı sürətlə boşalır.
İcra başçısının qəddarlığı o həddə çatıb ki, artıq əhalinin şəxsi əmlakları
zorakılıqla əlindən alınır, torpaq sahələri zəbt edilir, dükan-mağazaları
yağmalanır.

Yardımlıdan əhali köçü

Yardımlı
rayonu ilə bağlı redaksiyamızalı məlumat daxil oldu. Məlumatda göstərilir
ki, rayonun təhsil, səhiyyə, meşə təsərüfatı,mədəniyyət və başqa dövlət
qurumları birbaşa RİHB-sı Sevindik Hətəmov tərfindən manapoliyaya çevrilmişdir.
Belə ki, rayonda idarə müdirləri “aylıq hasabat” varmekle məsuliyyətdən
yayınmağı bacarırlar. Əldə etdiyimiz son məlumata görə Yardımlı Rayon İcra
Hakimiyyətinin Başçısı Sevundik Hətəmov sahibi olduğu daş karxanalarılnda dövlət
büdcəsinə milyonlarla ziyan vurmuş və tabeçiliyində olan işçi quvəsini günəmuz
işlədərək onlarla əmək müqaviləsini bağlamamışdır. Mənbənin dediyinə inansaq
hal -hazirda Yardımlı rayonunda da Sevindik müəllim öz idarəçiliyini bu qeyd
etdiyimiz biznes üzərində qurmuşdur. Buna subut olaraq rayonda baş alıb gedən
özbaşınalıqlar və xaos rayon sakinlərini haqlı narazılıqlarına səbəb olmuşdur.
Rayon sakinlərinin verdiyi məlumta görə yuxarıda qeyd etdiyimiz idarələrdə həqiqətən
də giddi şəkildə alver gedir. Sevindik Hətəmov rayona icra başçısı təyin olunan
gündən keşmiş icra başçısının atasına rəhmət oxutdurur. Çünki həmən idarə rəhbərləridir
ki, çayxanalarda narazılıq edərək onların üzərinə qoyulan aylıq faizləri
müzakirə edib talehlərini Ulu Tanrınin ixtiyarına buraxıblar. Bizə müraciət edəm
məmurların yaxınları çıxış yollarını ölkə başçısının köməkliyində görürlər.

Şikayətlərin əsas
qayəsini isə problemlərin günü-gündən çoxalması təşkil edir. Yerli əhali
bildirir ki, rayona rəhbər gələn Sevindik Hətəmov qısa müddət normal işləsə də,
sonradan rüşvət və korrupsiya mexanizmi, özbaşınalıq işə düşdü. Yardımlı rayon
İH-dakı mənbənin verdiyi məlumatda isə qeyd edilir ki, Sevindik Hətəmov Bakıdan
rayona ayrılan büdcəni talan etməklə məşğuldur. Başçı özünü bu sahədə çox
“güclü biznesmen” kimi tanıdıb. Hələ sahibi olduğu daş karxanalarının vergidən
yayınmasını demirik. Həmin karxanalarda günəmuz işlədilən insanlar heç bir
hüquqi sənədə imza atmır. Eləcə də gizlədilən çox məqamlardan hələ də müvafiq
orqanlarının xəbəri yoxdur.

Digər problem isə
Sevindik Hətəmovun əlbir olduğu şəxs, Mahir Mirzəyevdir. Mahir Mirzəyev hər il
yeni MMC-lər yaradaraq, budcə vəsaitlərini ora yönəldir. Sonra isə, onları təcili
ləğv etdirir ki, vergidən yayınsın. Rayonun bütün pulları öz şəxsi
müəssisələrinə axıdır. Onun-bunun adına açdıgı müəsisələrlə həm öz cibini
doldurur, həm də Sevindik müəllimi sevindirir.

İcra başçısının biznesi

Bəzi məlumatlarda
göstərilir ki, Yardımlıya icra başçısı təyin olunan Sevindik Hətəmov elə
gəldiyi gündən artıq rayonda 200-yaxın dükanı darmadağın edib və neçə ailəni
çörəksiz qoyub. Qeyd olunur ki, Yardımlıda bü gün vəziyyət dözülməzdir.
Sevindik Hətəmovun amansızlığı son həddə çatıb. Onun Yardımlıda nə işlə məşğul olduğunu
və hansı vəzifələri icra etdiyini kimsə bilmir.

Bundan başqa,
aldığımız məlumata görə, icra başçısı Yardımlıdakı 80-dən artıq məktəbin
direktorlarından 2000-2500 manat pul tələb edib. Bu tələb direktorlara
rayon təhsil şöbəsinin müdiri Manaf Balaşov tərəfindən çatdırılıb və bəzi
direktorlar buna etiraz ediblər. Bundan sonra etiraz edən direktorların
məktəblərində icra başçısının tapşırığı ilə yoxlamalar başlayıb. Mənbənin
məlumatına görə, bu cür yoxlamalar qanuna ziddir, çünki təhsil ocaqlarını Təhsil
Nazirliyinin müvafiq qurumları yoxlaya bilər. Amma icra başçısı qanunun bu
qadağa və tələblərinə məhəl qoymur, əksinə, etiraz edən təhsil işçilərini
cəzalandırmaqla hədələyir.

Hazırda rayonda yaranmış ən yayğın fikir ondan ibarətidr ki, keçmiş polis və
hazırki karxana direktoru özünü icra başçısı kürsüsündə biznesmen kimi aparır.
Sevindik Hətəmovun qəbuluna gələn insanlar yalnız pul hesabına nəyisə həll edə
bilərlər. Əks halda icra başçısının hədə-qorxuları insanların əl-qolunun
bağlnaması ilə nəticələnir.

Təhsil korrupsiyası

Redaksiyamıza daxil olan
məlumatlarda Yardımlı rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin
müdiri Manaf Balışovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir
sıra faktlar öz əksini tapmışdır. Məlumatlarda bildirilir ki, RTŞ müdiri rayon
məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaitləri
mənimsəyir. Hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına
çıxarıb satdırır. Aldığımız şikayət məktublarından birində iddia olunur ki,
Manaf Balışov müəllimlərin may-iyun əmək haqqlarından 25-30 manat toplanmagına
sərəncam verib. Bundan başqa da məzuniyyət pullarından da 50 manat tutulmasını
tapşırıb: “Biz sizin vasitənizlə Təhsil Naziri Mikayıl Cabbarova uz tutub
yardım diləyirik. Cənab nazir, bizə yardım edin və bu bəlanı bizim üzərimizdən
götürün. Bütün bunlara səbəb Maliyyə Nazirliyinin RTŞ-də apardığı yoxlamanın
nəticələridir. Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində külli miqdarda
mənimsəmə aşkar olunub. Manaf Balışov isə bunun müqabilində yoxlamanı bizim
hesabımıza “bağlamaq” istəyir. Müəllimlərə nə əmək haqqı veririlər ki,
pulumuzun bir hissəsini də onlara verək? İl boyu Manaf Balışov isə təhsili
yeyib dağıdiı və kimsəni də saymır…”

Lakin Yardımlıdan bu
məzmunda şikayət ərizələri təkcə bizim qəzetə daxil olmur. Digər mətbu
orqanlarında dərc olunmuş materiallarda oxuyuruq: “Möhtərəm Prezidentin 14
yanvar 2011-ci ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin
gücləndirilməsi sərəncamından sonra, bizim rayonda rüşvətxorluq daha da inkişaf
edərək görünməmiş həddə çatıb. Təsəvvür edin ki, müəllimlərdən alınan rüşvət
beş-altı dəfə artırılıb. Bu gün işə düzəlmək üçün 2000-dən 4000 manatadək pul
tələb olunur. Bütün rayon bilir ki, bu məbləği verə bilməyənlərə təhsil
şöbəsində hər-hansı bir bəhanə ilə mane olurlar. Doğrudur, söyləyə bilərsiniz
ki, işə götürülən müəllimlərin əmri Təhsil Nazirliyində verilir, bunun rayon
Təhsil şöbəsinə heç bir aidiyyatı yoxdur. Amma bu da bir həqiqətdir ki, kəndimizdə,
lap elə qonşu kəndlərdə də, elə insanlar vardır ki, ali pedaqoji təhsil alıb,
əsgəri xidmətini başa vursa da, hətta Təhsil Nazirliyinin test imtahanlarından
keçsə də, Təhsil şöbəsində tələb olunan pulu verə bilmədikləri üçün işsiz
qalıblar. Amma əvəzində hansısa kolleci çətinliklə bitirən, hərbi xidmətdə belə
olmayan (pul gücünə hərbi bilet alan), Təhsil Nazirliyinin test imtahanlarından
şəxsən keçməyən adamlar verdikləri rüşvətin hesabına bu gün müəllim
işləyirlər…” Yerli mənbələrin, rayon ziyalılarının yekdil rəyinə görə bu gün
Yardımlıda təhsil adına heç bir şey qalmayıb. Gözdən uzaq olan Yardımlı
rayonunda təhsil şöbəsinin müdiri Manaf Balışov rayonda təhsili məhv eləmək
üçün hər şeyi edir.

Bu barədə Yardımlıdan
müxtəlif instansiyalara ünvanlanan çoxsaylı şikayət məktublarında bildirilir.
Qeyd olunur ki, bu gün Yardımlı məktəblərində demək olar ki, dərs keçilmir.
Şagirdlərin dərslərə davamiyyəti çox aşağı səviyyədədir. Müəllimlər isə öz
çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olurlar. Amma elə
müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs
saatları yazılır və maaşları direktorlarlatəhsil şöbəsinin müdiri Manaf Balışov tərəfindən götürülür. Manaf
Balışov isə məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır.
Taarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan şöbə müdiri bu yolla
büdcədən ayrılan dövlət vəsaitlərini də mənimsəyir…

Short URL: http://www.cumhuriyyet.net/?p=3244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930