Milli Şurada fövqəladə gecə toplantısı

08.01.2014 - 01:23

Milli Şuraya
daxil olan partiya rəhbərləri və bəzi ziyalılar bir araya gəldi: məkan AXCP

Musavat partiyasının Milli Şuradan getməsi gözlənilən
olsa da bir sıra suallara yol açdı. Bu gediş ərəfəsində Milli Şuranın İdarə Heyətinin
tərkibi ilə bağlı gizlin siyahı adı ilə bir neçə nəfərin təxəyyül məhsulunun
Musavat partiyasına yaxın qəzet və saytlar tərəfindən ictimailəşməsi və bəzi şəxslərin
həmin siyahıda olmaması qurum daxilində müəyyən gərginliyə yol açıb.

Əldə etdiyimiz məlumata görə Musavat partiyasının
istefa qərarından sonra Milli Şuraya daxil olan partiya rəhbərləri və bəzi ziyalıların
iştirakı ilə fövqəladə toplantı keçirilib. Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran
mənbənin sözlərinə görə axşam saatlarında başlanan toplantı AXCP- nın mənzil qərargahında
baş tutub və bir neçə saat davam edib. Toplantının əsas müzakirə mövzusu
Musavat partiyasının Mili Şuradan istefa verməsi və qurumun bundan sonrakı fəaliyyəti
barədə olub. İştirakçıların əksəriyyəti Musavatın bu qərarını tənqid edərək
Milli Şuranın qorunub saxlanması və inkişaf etdirilməsi təklifi ilə çıxış ediblər.
Qərara alınıb ki, yaxın günlərdə Milli Şuranın sessiyası keçirilsin. Məlumatlı
mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə iclasda Musavatın son qərarından
partiyada olan narazılıqlar və bunun kütləvi istefalara yol açacağı da müzakirə
olunub.

Milli Şuranın toplantısı gecə saatlarında başa
çatdığından əlavə bilgi əldə edə bilmədik. Mövzunu diqqətdə saxlayacayıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031