Prezident Admistrasiyasından süni “qadın islahatı” göstərişi
“İcra başçılarının bir müavini xanım olmalıdır”
üzrə müavinlərinin qadın mütəxəssis olması barədə Prezident
Administrasiyasından tapşırıq verilib”. Bu barədə axar.az-ı bu barədə
bilgiləndirən mənbənin sözlərinə görə, qadın mütəxəsisin göstəriciləri
də nəzərdə tutulub: gənc, ailəli, intellektli və ictimaiyyət arasında
savadı, əxlaqı ilə tanınan ziyalı, adı heç vaxt hər hansı korrupsiya və
ya rüşvət məsələsində hallanmayan, təmiz imicli kadr olmalıdır.
İcra
strukturunda çalışan və adının açıqlanmasını istəməyən mənbənin
sözlərinə görə, rayon icra hakimiyyətlərində artıq bununla bağlı
araşdırmalara başlanılıb: “Doğrusu, Administrasiyanın göstərişində
başçının humanitar məsələlər üzrə müavin vəzifəsinə nəzərdə tutulan gənc
qadın kadrların parametrləri çox yüksəkdir; nəzərə alın ki, bu
keyfiyyətlərlə bərabər, gənc kadr həm də siyasi baxımdan səbatlı,
əqidəli və işgüzar olmalıdır. Ona görə də xüsusilə bölgələrdə bu
parametrlərə uyğun seçim imkanları o qədər də geniş deyil. Ancaq
təkliflər hazırlanır və Prezident Administrasiyasına təqdim edilir.
Təyinat isə rəhbərliyin səlahiyyətindədir, qərarı da onlar verəcək”.
Xatırladaq ki, artıq dekabr ayında Binəqədi və Sabunçu rayon icra başçılarına gənc qadın mütəxəsislər müavin təyin ediliblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3266