Cəmil Həsənlidən Milli Şuraya qarşı olanlara sərt bəyanat

08.01.2014 - 02:05

“Milli Şura əsas birlik modeli olacaq”
 
“Hamı Milli Şuranın qorunub saxlanması, daha da inkişaf etdirilməsi, daha
da gücləndirilməsi, Azərbaycan müxalifətinin əsas birlik modelinə
çevirilməsi istiqamətində davam etdirilməsində tərədardır”

 
Milli Şura sədri Cəmil Həsənli dünən keçirdiyi görüşlərlə bağlı məlumat
verib. Onun sözlərinə görə, quruma daxil olan partiya və hərəkatlar,
vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə qurumun qorunmasının,
fəaliyyətinin daha da genişləndirilməsinin, strukturlaşmasının vacibliyi
vurğulanıb. Bütün bu məsələlər isə Milli Şuranın qarşıda keçiriləcək
sessiyasında müzakirə olunacaq.
“Bu gün mən Milli Şuraya daxil olan
partiya və hərəkatların rəhbərləriylə görüşlər keçirdim, telefon
danışıqlarımız oldu. Vətəndaş cəmiyyəti hərəkatından olan Milli Şura
nümayəndələri ilə də görüşlərimiz oldu. Əsas müzakirələr Milli Şuranın
taleyi, onun sonrakı fəaliyyəti ilə bağlı oldu və yaranmış stuasiya,
ondan çıxış yolları müzakirə olundu. Hər halda indiyədək olan
müzakirələrin ilkin nəticəsi olaraq deyərdim ki, hamı Milli Şuranın
qorunub saxlanması, daha da inkişaf etdirilməsi, daha da
gücləndirilməsi, Azərbaycan müxalifətinin əsas birlik modelinə
çevirilməsi istiqamətində davam etdirilməsində tərədardılar.
Qərarlıdılar ki, Milli Şuranın strukturlaşması məsələsi başa
çatdırılsın. Milli Şuranın qarşıdakı sessiyasında onun fəaliyyət
proqramı, təşkilat mexanizmi, bütövlükdə iş prinsipləri
müəyyənləşdirilsin və fəaliyyət davam etdirilsin. Bütün bu məsələlər
Milli Şuranın növbəti sessiyasında daha geniş müzakirə olunacaq və
təşkilatlarının formalaşması istiqamətində ciddi addımlar gözlənilir.
Sessiya hansı istiqamətdə qərar versə, o istiqamətdə getməyə davam
edəcəyik”- deyə Milli Şura sədri bildirib.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3267

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930