Müsavat tamam, Milli Şura davam dedi

08.01.2014 - 03:14

MŞ-nın sonrakı taleyi
onun üzvlərinin birgə fəaliyyət arzusundan və hazırlığından asılı
olacaq

Müxalifətin əsas birliyinin taleyi
onun üzvlərinin birgə fəaliyyət arzusundan və hazırlığından asılı
olacaq
 
Müsavat Partiyasının Milli Şuradan çıxmasını bir sıra KİV-lər sensasiya, müxalifətin faciəsi və hakim rejimin qələbəsi kimi qiymətləndirməyə cəhd edir. Bu qərarın qəbul edilməsini spontan saymaq olmaz. Axı partiyanın Milli
Şura layihəsində bütün iştirak müddəti göstərdi ki, Müsavat Azərbaycan
cəmiyyətində nüfuzunu və çəkisini anlayıb bu addımı ata bilər.

MŞ ideyası yaranandan Müsavat Partiyası onun həyat qabiliyyətinə və
layihənin təşəbbüskarlarının prezident seçkilərində qalib gəlib
Azərbaycanı demokratik dövlətə çevirmək arzusuna şübhə ilə yanaşıb. Ona
görə preventiv tədbir kimi 4 yanvar 2013-cü ildə partiya İsa Qəmbərin
prezidentliyə namizədliyini irəli sürmüşdü. Bu, Rüstəm İbrahimbəyovun MŞ
ideyasını irəli sürməsindən iki həftə əvvəl baş vermişdi.  

Sonralar Müsavat MŞ yaradılmasında həvəssiz iştirak etdi və nəticədə
destruktiv hərəkətlərdə ittiham olunmamaq üçün 28 mayda bu quruma
qoşuldu.

Milli Şura 28 may 2013-cü ildə Azərbaycanı demokratik dövlətə çevirmək
üçün yaradıldı. Prezident seçkilərinə bu mübarizədə aralıq mərhələ kimi
baxılırdı.

MŞ-nın fəaliyyəti dövründə bir neçə böhranlı vəziyyət yarandı.
Müsavatın mövqeyi bir sıra siyasi qrupların mövqeyi ilə toqquşdu. İlk
belə böhran Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı üzündən
prezidentliyə vahid namizəd kimi qeydiyyatı mümküm olmayanda başladı. O
vaxt Müsavat israr etdi ki, seçkilərdə başqa namizədlə iştirak edilsin,
əks təqdirdə Qəmbərin qeydiyyatı prosesinə başlanılacaq. Bu zaman
Liberal qrupu, Açıq Cəmiyyət Partiyası, “El” hərəkatı MŞ-nın
İbrahimbəyovsuz iştirakına qarşı çıxdı. Amma Müsavatın prinsipial
mövqeyi MŞ-ı məcbur etdi ki, Cəmil Həsənlinin namizədliyini irəli sürüb
boykotdan qaçsın. 

MŞ-da ikinci böhran seçki kampaniyası vaxtı oldu. Bu zaman boykot tələb
edən partiyalar kənara çəkildi və əsas ağırlıq Müsavat və AXCP-nin
üzərinə düşdü.

Üçüncü böhran seçkilərdən sonra başladı və bu zaman Liberal qrupu və
Açıq Cəmiyyət Partiyası seçkiləri saxtalaşdıran hakimiyyəti kənara
qoyub, aparıcı müxalif güclərə kobud hücumlar etdilər. 

Nəhayət, dördüncü böhran ilin sonunda yetişdi. Bu zaman Müsavat Rüstəm
İbrahimbəyovun MŞ sədrliyindən getməsi məsələsini qoydu. Partiya bunu
onunla əsaslandırırdı ki, MŞ öz sədrinin olmaması və Rusiya vətəndaşlığı
ilə bağlı idarəedilməz struktura çevrilib. Yekunda Müsavat Rüstəm
İbrahimbəyovun MŞ-dan getməsinə nail oldu. İbrahimbəyov MŞ-ı qorumaq
üçün özünü qurban verdi, əvvəlcə sədrlikdən, sonra fəxri sədrlikdən
getdi. Amma bu, Müsavatın 7 ay üzvlükdən sonra bu təşkilatı tərk
etməsinə mane olmadı.

Müsavatın hərəkətini MŞ-da üzvlük tarixçəsinin məntiqi nəticəsi saymaq
olar. Amma bunu keçmiş tərəfdaşlarla münasibətlərin kəsilməsi
adlandırmaq olmaz. Partiya çıxandan sonra qapını çırpmadı. 7 yanvarda
verilən bəyanatda Müsavat MŞ-da təmsil olunan bütün qüvvələrə uğurlar
arzuladı və əməkdaşlığa hazır olduğunu bəyan etdi. MŞ-nın sonrakı taleyi
onun üzvlərinin birgə fəaliyyət arzusundan və hazırlığından asılı
olacaq. Bu suala yaxın vaxtlarda cavab verilməlidir (Turan Analitik Xidməti).

Artıq Müsavatın “Tamam” qərarından sonra əksər müxalif güclərin “Milli Şura ilə yola davam” qərarında israrlı olduğu özünü göstərməkdədir. Dünən Müsavatın qərarından dərhal sonra Milli Şura sədri Cəmil Həsənli bir sıra mühüm görüşlər keçirib və Milli Şura üzvləri bir araya gəlib. C.Həsənlinin  sözlərinə görə, quruma daxil olan partiya və hərəkatlar,
vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə qurumun qorunmasının,
fəaliyyətinin daha da genişləndirilməsinin, strukturlaşmasının vacibliyi
vurğulanıb. Bütün bu məsələlər isə Milli Şuranın qarşıda keçiriləcək
sessiyasında müzakirə olunacaq.
“Bu gün mən Milli Şuraya daxil olan
partiya və hərəkatların rəhbərləriylə görüşlər keçirdim, telefon
danışıqlarımız oldu. Vətəndaş cəmiyyəti hərəkatından olan Milli Şura
nümayəndələri ilə də görüşlərimiz oldu. Əsas müzakirələr Milli Şuranın
taleyi, onun sonrakı fəaliyyəti ilə bağlı oldu və yaranmış stuasiya,
ondan çıxış yolları müzakirə olundu. Hər halda indiyədək olan
müzakirələrin ilkin nəticəsi olaraq deyərdim ki, hamı Milli Şuranın
qorunub saxlanması, daha da inkişaf etdirilməsi, daha da
gücləndirilməsi, Azərbaycan müxalifətinin əsas birlik modelinə
çevirilməsi istiqamətində davam etdirilməsində tərədardılar.
Qərarlıdılar ki, Milli Şuranın strukturlaşması məsələsi başa
çatdırılsın. Milli Şuranın qarşıdakı sessiyasında onun fəaliyyət
proqramı, təşkilat mexanizmi, bütövlükdə iş prinsipləri
müəyyənləşdirilsin və fəaliyyət davam etdirilsin. Bütün bu məsələlər
Milli Şuranın növbəti sessiyasında daha geniş müzakirə olunacaq və
təşkilatlarının formalaşması istiqamətində ciddi addımlar gözlənilir.
Sessiya hansı istiqamətdə qərar versə, o istiqamətdə getməyə davam
edəcəyik”- deyə Milli Şura sədri bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3270

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31