ABŞ Əliyevə nə demək istəyir?!

08.01.2014 - 21:44

ABŞ Əliyevə nə demək istəyir?! Demokratik dəyərlərə hörmət olmasa, Azərbaycanın ABŞ-la münasibətləri həddsiz pisləşə bilər

ABŞ Əliyevə nə demək istəyir?!
Demokratik dəyərlərə hörmət olmasa, Azərbaycanın ABŞ-la münasibətləri həddsiz pisləşə bilər
 

Bir neçə gün əvvəl ABŞ-dan Azərbaycana iki mühüm mesaj gəldi. Birinci
mühüm məqam ABŞ-ın dövlət katibi Con Kerrinin “Şahdəniz” təbii qaz
hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə
bağlı təbrik məktubudur. Azərbaycanı uğurlu müqavilə münasibəti ilə
təbrik edən Kerrinin məktubunda diqqət çəkən bir sıra detallar var.
Kerrinin fikrincə, müqavilənin imzalanması Azərbaycan tarixində mühüm
mərhələnin rəmzidir: “Özünün Avropa ilə birləşdirilməsi istiqamətində
ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni
mənbəyinə çevrilir… “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun
çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də
Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə
baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə
davamlı dəstəyimizi vəd edirəm”. Göründüyü kimi məktubda açıq mətnlə ona
işarə vurulur ki, imzalanan müqavilə Azərbaycanı Avropaya bir qədər
yaxınlaşdırır. Və Azərbaycan Avrointeqrasiya istiqamətində addımlarını
gücləndirdikcə, ABŞ-ın dəstəyinə arxalana bilər. 

Daha bir maraqlı məqam ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard
Kozlariçin söylədiyi fikirlərdir. Kerrinin məktubunun fonunda keçmiş
səfirin dedikləri də maraq doğurur. Azərbaycanda insan haqları ilə bağlı
vəziyyətin yaxşılaşmayacağı təqdirdə, rəsmi Bakının ABŞ-la strateji
partnyorluğunun mümkün olmayacağını deyən R.Kozlariç Azərbaycanın Avropa
Birliyi ilə əməkdaşlıqda nümayiş etdirdiyi qeyri-müəyyən mövqeyə də
toxunub. Onun fikrincə, Bakının AB ilə assosiasiya sazişini imzalamaq
istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar
qarşısındakı qorxudur. Hər iki bəyanatı təhlil edərkən Kozlariçin
söylədiklərinin üzərində xüsusilə dayanmaq lazımdır. Əslində ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Kozlariç təcrübəli diplomat kimi
ölkəmizdəki vəziyyətdən və Vaşinqntonun əhval-ruhiyyəsindən yaxşı
xəbərdardır. Total saxtakarlıq şəraitində keçən 2013-cü il seçkilərindən
sonra ABŞ Dövlət Departamentinin bəyanatının tonu Vaşinqtonun
Azərbaycan hökuməti ilə münasibətlərdə yumuşaq xətdən imtinasının
göstəricisidir. 

Obamanın seçkidən sonra İlham Əliyevə məktubunda da ABŞ-ın
demokratiya sahəsində Azərbaycan hökuməti ilə işləməyə hazır olduğu açıq
aşkar bildirilmişdi. Bu baxımdan təsadüfi deyil ki, ABŞ dövlət
katibinin İlham Əliyevə məktubunda da Azərbaycanın təkcə iqtisadi deyil,
həm də siyasi cəhətdən Avropaya inteqrasiyasının vacibliyi
vurğulanır. Obamanın məktubunda təklif olunan istiqamətlər üzrə ABŞ-la
ciddi əməkdaşlıq olmayacağı halda münasibətlərin həddsiz pisləşəcəyi
anonsu Kozlariçsin açıqlamasında ifadə olunub. Rusiyanın 2014-cü ildə
Gömrük və Avrasiya İttifaqı ilə bağlı Azərbaycana da təzyiqlərinin ciddi
şəkildə artacağı heç kimdə şübhə doğurmur. Azərbaycan hökumətinə mesaj
verilir ki, ümumbəşəri dəyərlərə hörmətə əsaslanan münasibət
sərgilənməsə, o halda Rusiya ilə ciddi təzyiqlərlə üz-üzə qalan
Azərbaycan hökuməti ABŞ-ın da dəstəyindən məhrum ola bilər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=3285

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031