“The Washington Post” Azərbaycan hakimiyyətini vurdu

12.01.2014 - 12:30

Avtoritar rejimlər gərək həmişə öz
siyasi elitaları barəsində düşünsünlər, onların qayğılarına qalsınlar

Avtoritar rejimlər gərək həmişə öz
siyasi elitaları barəsində düşünsünlər, onların qayğılarına qalsınlar 

 

“The Washington Post” qəzeti Azərbaycan hakimiyyətini tənqid edən
növbəti məqalə ilə çıxış edib. Məqalədə postsovet məkanındakı avtoritar
rejimlərin mahiyyəti təhlil edilərək, onların ömürlərini uzatmaq üçün
atdığı addımlara toxunulub. Qəzetdə dərc olunan məqaləyə görə, belə
addımlardan biri avtoritar rejimlərin media strategiyasıdır. Beləliklə
tanınmış yazarlar Robert Orttunq və Kristofer Uolkerin “avtoritar
rejimlər media strategiyalarını gücləndirirlər” başlıqlı birgə
araşdırmasını azadlıq.info-ya istinadən diqqətinizə çatdırırıq:

Putinin sərt media siyasəti

“Dekabrın 9-da Rusiyanın dövlət başçısı Vladimir Putin “RİA Novosti”
İnformasiya Agentliyini ləğv edərək, bu istiqamətdəki siyasətinə ciddi
korrektələr etdi. Kreml son dəyişikliyi Rusiyanın daxili siyasəti,
cəmiyyəti barədə məlumatları xaricə daha effektiv çatdırmaq niyyəti ilə
izah edir. Amma bu “silkələnmə” daha çox Rusiya hakimiyyətinin daxili
informasiya resursları üzərində nəzarəti gücləndirməsi kimi qəbul
olunmalıdır. Çünki ötən müddət ərzində “RİA Novosti” analitik və
müstəqil hesabatları ilə cəmiyyətdə böyük rəğbət qazanmışdı. Bütün
bunlara Putinin səbri artıq dözmürdü. Putin Rusiyası elə avtoritar
dövlətlərdəndir ki, media üzərində nəzarətə xüsusi önəm verir.

Azərbaycan hakimiyyəti gələcəyi üçün medianı nəzarətdə saxlayır

Sosial medianın və internetin sürətli inkişafına baxmayaraq Çin,
Azərbaycan, Vyetnam, İran, Zimbabve kimi ölkələrdəki hakimiyyətlər
siyasi iqtidarı əldən verməmək üçün medianı nəzarətdə saxlayırlar. Bu
nəzarət ölkədə siyasi senzuranın tətbiqi və dövlət mətbuatının geniş
kütlələrə təsiri vasitəsilə həyata keirilir.

Kuba, Şimali Koreya və Türkmənistan kimi rejimlər istisna olmaqla,
avtoritar ölkələrin əksəriyyəti media üzərində tam nəzarətə nail olmağa
çalışmırlar. Bunun əvəzinə onlar media üzərində effektiv nəzarətə can
atırlar. Onlar məhz bu yol ilə potensial alternativlərinə qarşı mübarizə
aparmağa çalışırlar. Eyni zamanda hakimiyyət nəzarətində olan mətbuatla
öz siyasətinin tənqidini də özünə sərf edəcək şəkildə təşkil edir.
Beləliklə avtoritar rejimlərin mətbuat orqanları 4 əsas auditoriyaya
nüfuz etməyə çalışır.

Avtoritar medianın 4 əsas təsir istiqaməti

Birinci istiqamət hakim elitadır. Avtoritar rejimlər gərək həmişə öz
siyasi elitaları barəsində düşünsünlər, onların qayğılarına qalsınlar.
Çünki siyasi elitadakı istənilən parçalanma siyasi rejimin çöküşünə
səbəb ola bilər. Rejimin dayaqlarının qorunması missiyasını dövlət
KİV-ləri həyata keçirir.

Məsələn, Çində iqtidar mediadakı dominantlığını hakim partiyada
mövqelərini nəzarətdə saxlamaq, möhkəmləndirmək üçün istifadə edir.
Putin isə media üzərindəki nəzarətindən gücünü nümayiş etdirmək üçün
istifadə edir. Rusiyadakı idarəetmənin başlıca hissəsi hüquq-mühafizə
orqanları, hərbçilərdir.

İkinci mühüm istiqamət əhalidir. Dövlət mətbuatı əhaliyə hakim rejimə
hörmət və qorxunu aşılamağa çalışır. Eyni zamanda cəmiyyətdə
passivliyin dərinləşməsinə çalışılır. Çünki hakimiyyətdə qalması üçün
avtoritar rejimlər xeyli sayda insanı siyasətdən kənarda tutmalıdır.
Hakimiyyətin nəzarətində olan dövlət televiziyası bu istiqamətdə başlıca
alətdir. Çünki avtoritar rejimlərdə alternativ informasiya mənbəyləri
sıxışdırıldığından əhalinin böyük əksəriyyəti informasiyanı məhz
telekanallardan alır.

Siyasi alternativsizlik görüntüsü yaratmaq

Hakimiyyətin nəzarətində olan KİV-lərin üçüncü istiqaməti müxalifət
və vətəndaş cəmiyyətinin təmsilçiləridir. Demokratik ölkələrdə açıq
media siyasətin həyatverici qüvvəsidir. Avtoritar ölkələrdə isə media
vətəndaş cəmiyyətinin fəallarını izolyasiya etməyə çalışır. Burada
məqsəd vətəndaş cəmiyyətinin biraraya gəlməsinə, təşkilatlanmasına mane
olmaqdır. Ona görə də dövlət mətbuatı ictimai fikirdə “siyasi
alternativ” anlayışının möhkəmlənməməsi üçün əlindən gələni edir.
Hakimiyyətin müstəqil mediayaya hücumu, müxalifət və vətəndaş
cəmiyyətinin təmsilçilərinə qarşı repressiv addımları adi hal alır.
İqtidar digər represiv tədbirlərin görünməsinə yol açmaq üçün müxalifəti
ölkədə siyasi sabitliyi pozmağa cəhd etməkdə, xaos yaratmaq istəyində
suçlayır.

İnternet üzərində nəzarət

Nəhayət sonuncu istiqamət internet istifadəçilərinə yönəlib. İnternet
istifadəçilərinin sayının sürətlə artması avtoritar hakimiyyətləri bu
barədə düşünməyə vadar edir. Hakimiyyət ona görə internet resurslara da
nəzarət etməyə çalışır. Amma bu elə də asan deyil. Buna rəğmən avtoritar
rejimlər bu hədəfə çatmaq üçün əzm nümayiş etdirirlər. Çində internet
üzərində yayımlanan informasiyalara müəyyən senzura tətbiq olunmaqdadır.
Ötən ilin sentybr ayından Pekin ölkədə ictimai fikri formalaşdıran
bloggerlərə qarşı hücuma keçib. Azərbaycan hakimiyyəti nəzarətində olan
gənclər təşkilatlarının vasitəsilə internetdə müxalifətə qarşı sərt
şəkildə nüfuzdan salma kampaniyası aparır. Avtoritar rəhbərlər bilirlər
onlara iqtidarın nəzarətində olan media gərəkdir. Çünki açıq informasiya
avtoritar rejimin sonu deməkdir. SSRİ-nin prezidenti Mixail Qorbaçov
etiraf etmişdi ki, həyata keçirdiyi islahatlarla dövləti xilas etdiyini
düşünürmüş. Amma aparılan islahatlar idarəçiliyi əksinə məhv etdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3294

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930