1969- cu ildə Azərbaycanda hakimiyyət başına kim gəlməli idi?

12.01.2014 - 13:37

Şıxəli
Qurbanovla Maqsud Əlizadənin müəmmalı ölümü…

Şıxəli
Qurbanovla Maqsud Əlizadənin müəmmalı ölümü…

 

 

12 dekabr Azərbaycan
tarixinin ötən 60 illik dövründə böyük rol oynamış Heydər Əliyevin həm də rəsmi
vəfat günüdür. Bu ərəfədə bir daha onun kimliyi, keçdiyi həyat yolu, fəaliyyəti,
indiyə qədər haqqında deyilən və deyilməyənləri, bildiklərimizi və bilmədiklərimizi
ümumiləşdirib bu günün prizmasından yaxın tariximizə işıq salmaq istədik. Qəzetimizin
bir neçə sayında bu barədə yazılar dərc etdik. Mövzunu yalnız sabiq dövlət
başçsının ölüm günü ilə bağlı olduğundan yekunlaşdırmaq istədik. Amma…
Redaksiyamıza müraciət edən çoxsaylı oxucular mövzunun davam etdirilməsini
xahiş etdilər. Oxucularımızın istəyi ilə mövzuya “davam” dedik. Yazıda qeyd
olunanlarla bağlı maraqlı şəxslərin, adı keçənlərin yaxınlarının,
oxucularımızın da fikirlərinə yer ayırmağa hazırıq. Yeganə məqsədimiz yaxın
tariximizə işıq tutmaqdır…

Vəli
Axundovun Heydər Əliyevsiz 16 nəfərlik namizəd siyahısı

 

Moskva Şıxəli Qurbanovu rəhbər göstərir

Leonid Iliç
Brejnevin Sov.IKP MK baş katibi seçilməsindən sonra sabiq baş katib Nikita
Xruşşovun adamı sayılan Azərbaycan KP MK- nın 1- ci katibi Vəli Axundovun əvəz
olunacağı gözlənilirdi. L.I.Brejnev isə onu yaxşı tanıdığından, etimad
göstərərək xahiş edir ki, birinci katib vəzifəsinə layiq bildiyi şəxslərin
siyahısını tərtib edib Moskvaya göndərsin.

V. Axundov tərəfindən 16 nəfərdən ibarət
tərtib olunmuş siyahıda AKP MK-nın ideologiya üzrə katibi, 41 yaşlıŞıxəli Qurbanovun
adı birinci göstərilir. Siyahıdasonrakı
yerlərdə Məmməd Isgəndərovun (Ali Sovetinin sədri),Ənvər Əlixanovun
(Nazirlər Sovetinin sədri),Maqsud Əlizadənin (Komsomolun 1-ci katibi),Əli Kərimovun
(Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi),Rəhman Məmmədovun (Kürdəmir Rayon Partiya
Komitəsinin 1-ci katibi) və başqalarının adları göstərilir. Eyni zamanda da bu
adamları Moskvada da çox yaxşı tanıyırlar. Maraqlıdır ki, bu siyahıda Heydər
Əliyevin adı olmur və onun Azərbaycana rəhbər təyin olunacağı heç kimin ağlına
belə gəlmir və gözlənilmir də. 1967-ci ilin aprel ayında Şıxəli Qurbanov
Moskvaya çağırılır və o Sov.IKP-nin MK-nın ideologiya üzrə katibi Suslovun
kabinetində Sov.IKP MK-nın kadr işləri üzrə katibi Kapitonovun iştirakı ilə
Azərbaycan KP MK-nin birinci katibi seçilməsi ilə əlaqədar söhbətdən keçdi.
Keçmiş sovet quruluşu dövründə bir qayda olaraq respublikaların birinci katibi
vəzifəsinə namizəd görülmüş şəxs Moskvaya Sov.IKP MK-ya çağırılıb yoxlama
söhbətindən keçməli idi. Moskvanı qane edirdisə, deyirdilər söhbətdən keçdi.
Sonra isə formal olaraq respublika KP MK-nın plenumu çağrılır və o rəhbər
seçilir. Moskvada
keçirdiyi görüşlər SSRİ rəhbərliyində Şıxəli Qurbanov barədə daha yüksək rəy
formalaşdırılmasına yol açdı. Moskvada onun simasında parlaq gələcəyi olan
istedadlı bir siyasətçi görməyə başladılar. Onun iyun ayında keçiriləcək
Azərbaycan KP MK-nın növbəti plenumunda Vəli Axındovun yerinə respublikamıza
rəhbər təyin edilməsi tövsiyə edildi. Necə deyərlər, Şıxəli Qurbanov Moskvadan
Bakıya əsl qəhrəman kimi qayıtdı. Xalq daŞıxəli Qurbanovun Azərbaycan KP MK birinci katibi
“seçiləcəyini” gözləyirdi. Lakin heç də xalqın gözlədiyi kimi olmadı.

Şıxəli Qurbanov kim olub?

… Şıxəli Qurbanovun adı gələndə
xalqımız birinci növbədə keçmiş sovet quruluşu dövründə yasaq edilmiş Novruz
bayramının 1967-ci ildə ilk dəfə olaraq rəsmi, dövlət səviyyəsində, yüksək
təntənə ilə keçirilməsini, onun faciəli ölümünü və xoş xatirələrini yada salır.

Şıxəli Qurbanova qədər
Azərbaycanın ali dairələrində belə bir fədakarlıq göstərən, milli təəssübkeşlik
nümayiş etdirən, milli varlığımızı bütün ittifaq səviyyəsində müdafiə edən,
“Biz min illər tarixi olan və bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini
verən Novruz kimi ən qədim bir bayramın sahibi olan millətik”, -deyə var gücü
ilə nəinki Moskvaya, həm də bütün dünyaya hayqıra bilən bir rəhbər olmamışdı.
Şıxəli Qurbanov bu addımları ilə SSRİ subyektlərini təşkil edən bütün
respublikalarda şok effekti əmələ gətirmişdi.

Orta və yaşlı
nəsli 1967-ci ildə Azərbaycan Sovetlər Birliyinin tərkibində olan zaman ilk
dəfə ölkəmizdə Novruz bayramının rəsmi qaydada ən yüksək səviyyədə təntənəli
qeyd olunduğunun şahidi olmuşdur. Bu doğrudan da əsl ümumxalq bayramı idi.
Sovetlər dövründə ilk dəfə Qız Qalasının üstündə məşəl alovlanırdı. Bütün şəhər
bayramsayağı bəzənmişdi. Qız Qalasının ətrafında şənliklər təşkil olunmuşdu.
Dənizkənarı park, küçə və meydanlar adamlarla dolu idi. Hamı sevinirdi, hamı
bayram əhval-ruhiyyəsində idi və hər kəs biri-birini təbrik edirdi.

O dövrdə uşaqlı-böyüklü hamı bilirdi ki, bu
ümumxalq bayramının təşkilatçısı və həyata keçirilməsinə məsul bir adam var ki,
o da AKP MK-nın ideologiya üzrə katibi, böyük alimŞıxəli Qurbanovdur.Təbii
ki, Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd olunması Moskvada böyük
həyəcanla qarşılanmışdı.

Bu hadisədən sonra onu təqib
edir, hər addımını nəzarətdə saxlayırdılar. Hətta bəzi adamlar buna görə Şıxəli
Qurbanovun tezliklə həbs edilə biləcəyi barədə şayiələr yaymışdılar. Bir sözlə,
imperiya nökərləri olan bəzi rəhbər işçilər hər vasitə ilə Şıxəli Qurbanovu
sındırmağa, onu mənən məhv etməyə çalışırdılar. Həmin dövrdə Şıxəli Qurbanov
özünə qarşı atılan bu böhtan və iftiralara mətanətlə sinə gərir, öz dərdini
yalnız ailəsi ilə bölüşdürə bilirdi. Çünki hiss edirdi ki, totalitar rejimin
zülmü altında inləyən və canından artıq sevdiyi milləti onu dar ayaqda müdafiə
edə bilməyəcək.

Amma o, ümidini də itirməmişdi
və bir dəfə həyat yoldaşına: “Mənim başıma bir iş gətirsələr, xalqım qatilləri
tikə-tikə edərək qapımıza atar”,-demişdi.

Yeri gəlmişkən, onu da deyək ki,
Şıxəli Qurbanovun həyat yoldaşı Xavər xanım ərinin təşəbbüsü ilə Novruz
bayramı ilə əlaqədar həyata keçirilən hazırlıq işləri barədə ailə üzvlərinin
xəbəri olmadığını söyləyib. Xavər xanım: “Bilirdi ki, mənim xəbərim olsa,
həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq çox
təhlükəli idi… Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu
istəyinə nail oldu”,-deyib.

Lakin həmişə olduğu kimi, yenə də sapı
özümüzdən olan baltalar altdan-altdan öz işlərini görürlər. Azərbaycan xalqının
tarixi və ən qədim bayramlarından biri olan Novruzu dini bayram adlandırıb,
Moskvaya çoxlu sayda anonim məktublar yazırlar.Onlar Novruz bayramı ilə
əlaqədar Moskvaya donos yazaraq, bu bayramın təşkilatçısı olan Şıxəli Qurbanovu
millətçilikdə, sovet rejiminə qarşı çıxmaqda, sosializmə zidd olan
adət-ənənələri yenidən dirçəltməkdə, dini bayrama milli don geydirməkdə
günahlandırmışdılar.

 

Şıxəli Qurbanov:“NOVRUZ PASPORT ALDI”

 

Sonradan məlum oldu ki, bu məktubların bir
hissəsi DTK- nın xətti ilə təşkil edilməklə əsas məqsəd heç də bayramı suçlamaq
deyil, Ş. Qurbanovun AKP MK-nın birinci katibi
seçilməsinin qarşısını almaq üçün onu Moskvanın gözdən salmaq və Moskva vasitəsilə
cəzalanmasına nail olmaq imiş. Bununla əlaqədar bayramdan sonraŞ. QurbanovMoskvaya çağırılır. O, burada Sov. İKP
MK-nin din şöbəsində 22 vərəqdən ibarət izahat yazır və özü alim olduğu üçün
Novruz bayramının dini bayram olmadığını sübut və dəlillərlə şərh edir. Izahat
qəbul olunmuş və hər şey öz yerini tutmuşdu.

Ş.Qurbanovhəm də yaxın dostu
olan tanınmış şərqşünas Iosif Samuiloviç Braginskiyə müraciət edir ki, o, rus
sovet alimi kimi Novruz bayramının dinlə əlaqəsi olmadığını geniş və əsaslı surətdə
öz məqaləsində əks etdirsin. Həqiqətən də belə bir məqalə “Pravda” qəzetində
çap olundu. Bir qədər sonra həmin yazı Azərbaycan dilində 20 may 1967-ci il
tarixli “Ədəbiyyat və incəsənət” qəzetində dərc edildi. Bu məqalə dərc
edildikdən sonraŞıxəli Qurbanov
deyir:
“NOVRUZ PASPORT
ALDI”
.

 

Lakin heç də xalqın gözlədiyi kimi olmadı. Həmin
vaxt Sov.IKP MK-nın Baş katibi L.I.Brejnevin bacanağı Semyon Sviqun Azərbaycan
DTK-nın sədri, Heydər Əliyev isə onun 1-ci müavini idi. 1967-ci ildə
L.I.Brejnev özünün ən yaxın və etibar etdiyi adamı kimi S.Sviqunu SSRI DTK
sədrinin 1-ci müavini vəzifəsinə təyin etdi.S.Sviqunun
etibarnaməsinə əsasən isə Heydər Əliyev Azərbaycan DTK-nın sədri oldu.
O dövr üçün bu, çox gözlənilməz və həm
də müəmmalı bir hadisə idi.Çünki müsəlman
respublikalarında DTK sədri heç vaxt həmən respublikanın vətəndaşı təyin
edilmirdi və müsəlman millətinə mənsub olan hər hansı bir şəxs heç bir
respublikaya DTK sədri göndərilmirdi.

 

(ardı var)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031