Milli Şuradan hakimiyyətə sərt tələb

14.01.2014 - 03:19

“Yadigar Sadıqlı başda olmaqla bütün siyasi
məhbuslar dərhal və qeyd şərtsiz azadlığa buraxılsın”

 

Musavat
partiyası başqanının müşaviri Yadigar Sadıqlı haqqında bu gün Lənkəran rayon
məhkəməsinin çıxardığı qanunsuz qərarla bağlı Demokratik Qüvvələrin Milli
Şurası etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda deyilir:

“Bu gün Lənkəran
Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar
Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Milli Şura olaraq məhkəmənin
qərarını qətiyyətlə pisləyirik. Hesab
edirik ki, bu addım hüquqa və məntiqə ziddir. 09 oktyabr seçkilərini
saxtalaşdıraraq hakimiyyəti zəbt etmiş mövcud iqtidar öz rəqiblərindən qisas
almaq üçün insanları şərləmək və həbsə atmaq siyasətini davam etdirir. Məqsəd
insanların gözünü qorxutmaq, onları siyasi fəaliyyətlə məşğul olmaqdan çəkindirməkdir.
Milli Şura hesab edir ki, Yadigar Sadıqlının qanunsuz həbsi fərqli siyasi
düşüncəyə malik insanlara qarşı aparılan repressiyanın tərkib hissə olmaqla yanaşı onun
haqqında çıxarılan bu günkü məhkəmə hökmü də absurd və külüncdür. Bu qərar
Azərbaycan məhkəmələrində hüquq nihilzimin baş alıb getdiyini göstərir. Eyni
zamanda, bu gün Lənkəranda çıxarılan qanunsuz hökm Azərbaycanda məhkəmə
sisteminin icra hakimiyyətinin əlavəsinə çevrildiyinin əyani təzahürüdür.
Yalnız siyasi sifarişlə işləyən məhkəmə Yadigar Sadıqlı kimi qurama ittihamla
həbsə alınmış bir şəxs haqqında belə cəfəng bir qərar çıxara bilərdi. Bu hökm
bir daha təsdiq etdi ki, Azərbaycan məhkəmələri ədalət mühakiməsindən daha çox
represiya funksiyasını yerinə yetirir.

 

Milli
Şura Yadigar Sadıqlı başda olmaqla qanunsuz həbsdə olan bütün siyasi
məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını bir daha tələb edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930