“Yaxın illər avtoritar hakimiyyətlər üçün rahat keçməyəcək”

14.01.2014 - 12:09

Gültəkin Hacıbəyli: “AŞPA-nın yeni prezidentinin sərt tənqidi mövqeyi onun yüksək statuslu fəaliyyətində hiss olunacaq”

 

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) bundan sonra
Liberal-demokrat Alyansı fraksiyasının rəhbəri An Brasser sədrlik
edəcək. Onu da bildirək ki, yeni sədr Azərbaycana qarşı tənqidi
münasibəti ilə tanınır. Hökumət nümayəndələri Brasserin sədr olmasıyla
bağlı narahatlıqlarını gizlətməyiblər.

Milli Məclisin deputatı Aydın Abbasov modern.az-a açıqlamasında
A.Brasserin Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi mövqeyinin bundan
sonra da davam edəcəyini istisna etməyib. Onun sözlərinə görə A.Brasser
qərəzli mövqelərini təkrar etsə, lazımi cavabını alacaq. 

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə
heyətinin keçmiş üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının
sədri Gültəkin Hacıbəyli “?Azadlıq”a açıqlamasında bildirib ki, Avropa
Liberalları bir çox məqamlarda Azərbaycanla bağlı daha açıq tənqidi
mövqedən çıxış ediblər: “Bu özünü istər Avropa Parlamentində
 müzakirələrdə, istərsə də son prezident seçkilərilə bağlı
dəyərləndirilmələrdə büruzə verib. Sözsüz ki, AŞPA-nın yeni
prezidentinin sərt tənqidi mövqeyi onun yüksək statuslu fəaliyyətində
hiss olunacaq. Ancaq daha önəmli olan məsələ ümumi tendensiyadır. Bu
tendensiya isə yaxın bir neçə ilin avtoritar hakimiyyətlər üçün heç də
rahat keçməyəcəyindən xəbər verir. Soçi Olimpiadasını Qərb liderləri
faktiki olaraq boykot etmələri və Rusiyada baş verən son proseslər bu
tendensiyanın anonsudur. Qərb demokratları, əlbəttə, AŞPA-da Rusiyanın
mövqelərini zəiflətməyə çalışacaqlar və bu Azərbaycana da təsirsiz
ötüşməyəcək. Digər tərəfdən, son illərdə Azərbaycanda insan haqları
sahəsində vəziyyət çox ağırlaşıb. Azərbaycan 2014-cü ilə 142 siyasi
məhbusla qədəm qoyur. Müstəqil seçki müşahidəçisi Anar Məmmədli,
jurnalistlər Əvəz Zeynallı, Pərviz Həşimli və başqaları həbsdədir. Təbii
ki, AŞPA ilə mükalimənin dili sərtləşəcək. Qarşıdan may ayında
başlayacaq Avropa Şurası Nazirlər Komitəsində sədrliyin və 2015-ci il
Avropa Olimpiadasının gəldiyini nəzərə alsaq, gələn iki il ərzində
Azərbaycan hakimiyyətini ciddi sınaq gözlədiyini deyə bilərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930