EL Milli Şuranı tərk etməyəcək

14.01.2014 - 18:10

“El” Hərəkatı Milli Şura ilə bağlı qərar verib

 
Milli Şurada qalıb-qalmamaqla bağlı qərar vermək “El” Hərəkatının Milli Şurada olan üzvlərinin ixtiyarına buraxılıb.

Bu gün “El” Hərəkatı İdarə Heyətinin iclası keçirilməsə də, bu
razılaşma “El” Hərəkatının sədri Eldar Namazovun “El” Hərəkatı İdarə
Heyətinin üzvləri ilə ayrılıqda apardığı müzakirələr nəticəsində əldə
olunub. Bu barədə qərarı açıqlamaq da E. Namazova həvalə edilib.

“EL” Hərəkatı İdarə Heyətinin üzvü Zəfər Quliyev  açıqlamalarında
deyib ki, İdarə Heyətinin ötən həftə keçirilən iclasında belə razılığa
gəlinib ki, İdarə Heyətinin iclasını hansısa səbəbdən keçirmək mümkün
olmasa, E. Namazov sədr kimi “El” Hərəkatının məsələ ilə bağlı mövqeyini
bildirə bilər. O, Milli Şura ilə bağlı seçimin “El” Hərəkatının qurumda
təmsil olunan üzvlərinin ixtiyarına buraxıldığı barədə xəbəri nə
təsdiq, nə təkzib edib.

“El” Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Əhmədli isə 
açıqlamasında deyib ki, Milli Şuraya hər kəs fərd şəklində daxil olub,
qurumu tərk edib-etməmək də hər bir fərdin öz hüququdur. Onun sözlərinə
görə, Milli Şura partiyaların, hərəkatların deyil, fərdlərin birgə təsis
etdiyi qurumdur, Milli Şuranı tərk edib-etməmək barədə qərarı da
fərdlər özləri verməlidirlər.

E. Namazov isə qərarı sabah açıqlayacağını söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3394

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31