Ukraynada qanlı toqquşma

hələ də davam edir

hələ də davam edir
gün yerli vaxtla saat 18:00 radələrindən etibarən avrointeqrasiya
tərəfdarları ilə polisin “Berkut” xüsusi təyinatlıları arasında
qarşıdurma olub. Qarşıdurma paytaxtın mərkəzi küçələrində başlayıb və
hələ də davam edir. Bununla bağlı müsavat.com-a
istinadən xəbər verir ki, axşam saatlarında Ukraynanın müxalifət
liderlərinin Maydanda çıxışları başlayan zaman da insident yaranıb,
onlara naməlum şəxslər tərəfindən hücum olub. “UDAR” Partiyasının lideri
Vitali Kliçko çıxışı zamanı aksiyalarda hökumət tərəfindən
qarşıdurmanın yaradılması ilə bağlı təxribat olacağı barədə xəbərlər
aldığını deyib və etirazçıları təxribata getməməyə çağırıb. O, çıxışını
bitirib tribunadan enəndə hücumə məruz qalıb. Onun tərəfdarları ilə
hücum edənlər arasında əlbəyaxa dava düşüb.
nümayişçiləri dağıtmaq üçün dəyənəkdən, qaz qumbarasından və su
şırnaklarından istifadə edib. Aksiya iştirakçıları misilin mühasirəsini
qırmaq üçün yandırılmış avtobusu qaldırmağa çalışırlar. Etirazçılara
qarşı su şırnaqlarından istifadə edilir. Hadisə nəticəsində çoxlu sayda
yaralının olduğu bildirilir. V.Kliçkonun və digər müxalif
liderlərlərinin yüngül xəsarət aldığı da bildirilir. Kiyevdə xüsusi
təhlükəsizlik tədbirləri görülüb, Nazirlər Kabineti, Ali Rada və
Prezident Administrasiyası xüsusi təyinatlılar tərəfindən ciddi nəzarətə
götürülüb.
tərəfindən polis kordonları qarşısında isə minlərlə mitinqçi toplaşıb.
Etirazçılar polis istehkamını yarıb hökumət məhəlləsinə girməyə
çalışırlar. Vişnikov rəhbərliyi altında polislər evvelki günlərə
nisbətən daha gücləndirilib. Mitinqçilər artıq bir neçə saatdır Marrinsk
parkına keçməyə çalışırlar. Bu plan Avromaydanın təşkilatçıları
tərəfindən düşünülüb. Bundan başqa mitinqçilər Ali Radaya (Ukrayna
parlamenti) aşağı tərəfdən də yaxınlaşmaq istəyirlər. Parka keçməyə
icazə almayan aksiyaçılar yolu kəsən texnikanı yoldan tərpədərək yolu
açıblar. Daha sonra daxili qoşunlara aid avtobuslar və ağır texnikalar
oradan uzaqlaşdırılıb.
həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu
haqda AzadlıqRadiosunun müxbiri xəbər verir. UDAR parlament
fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə,
təxribatlara yol verrməməyə çağırır. Qeyd
edək ki, Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət
liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib. Plana
görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə
tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa
Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni
Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukovichə
inamsızlıq göstərməyi nəzərdə tutur.
yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və
azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini “hakimiyyətin
qəsbi” adlandırıb. Yeni qanuna görə, yüksək
məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100
mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada
olublar. Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər. Yanvarın
17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların
keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb. ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3421