Cəmil Həsənli: “Şok yaşadıq”

20.01.2014 - 21:45

Milli Şura sədri bu gün Şəhidlər Xiyabanında baş
verənləri nadanlıq adlandırıb

 

Bu gün Milli
Şura üzvləri Şəhidlər xiyabanını ziyarət edən zaman bir qrup YAP üzvü və polislər
tərəfindən basqına və zorakalığa məruz qalıblar. Baş vermiş xoşagəlməz zorakı
hərəkətlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli Facebook- da öz profil
səhifəsində münasibət bildirib. Açıqlamada deyilir;

 

– Bu gün
Milli Şuranın Şəhidlər xiyabanını ziyarəti zamanı hakimiyyətin yeni bir
rəzaləti ilə qarşılaşdıq. Milli Şura adından şəhid ruhuna hazırlanmış əklili xiyabana buraxmaq
istəmirdilər. Azərbaycan müstəqilliyi uğrunda canını fəda etmiş insanların
abidəsi önünə əklil qadağası qoyulmuşdu. Şəhidlərin ruhuna bundan böyük həqarət
ola bilməzdi. Korrupsiya içərisində boğulan, pul və sərvət yığmaqdan başqa ayrı
bir amalı olmayan
anti- milli hakimiyyətdən bundan artıq nə
gözləmək olardı. Ziyarətə gələnlərin çoxu məşum 20
yanvar gecəsində şəhid məzarlarında yata biləcək istiqlal qəhrəmanları idi. Bu
adamların gücü, xüsusilə gənclərimizin iradəsi qarşısında geri çəkilməli
oldular. Biz Milli Şura adından şəhid ruhlarına ərmağan olan əklilimizi abidə
önünə qoyduq. Amma şok yaşadıq. Bu adamların nadanlığı, çılızlığı, milli-mənəvi
dəyərlərdən uzaq olmaları o şoku yaşatdı bizə. Görünür, Azərbaycan hakimiyyəti
ölkənin bütün milli-mənəvi dəyərlərini öz düşük düşüncə çərçivəsinə sığışdırmaq
istəyir. Xalqın milli mücadiləyə qalxdığı, millətin azadlıq uğrunda canını fəda
etdiyi dövrüdə başını küncdə-bucaqda girləyən bu adamların başına bundan daha
“ağıllı” bir fikrin gələcəyini düşünmürəm.

Bir vaxtlar Xiyabanı ziyarət zamanı heç olmasa sağ
tərəfdə Qarabağ şəhidlərinin baş daşından boylanan igidlərin mübarək simalarını
görə bilirdik. Hansı “ağıllısa” sıx kollar əkərək canını vətən
uğrunda fəda etmiş bu qəhrəmanları ziyarətçilərdən gizlətdilər. Bilmirəm milli
qürur yerimiz olan Qarabağ döyüşçülərinin məzarlarını xalqdan gizlətməkdə bu
hakimiyyətin mənzuru nədir. Bacarıqsız adamların günahından 1994-cü ildə Murov
əməliyyatında şəhid olmuş 400 Azərbaycan gəncinin yurd yeri də “İkinci
Fəxri Xiyabanın” arxasında, gözdən-qulaqdan uzaq dalda bir yerdə
salınmışdır. Bütün dünya xalqları öz şəhid övladları ilə fəxr etdiyi halda,
Azərbaycan iqtidarının şəhid ruhlarından bu qədər qorxusu, onların məzarlarını
dalda yerlərdə saxlamasının ağlabatan bir izahı yoxdur. Bu, bir çoxlarında
olmayan əxlaq və mənəviyyat məsələsidir. Qoy Mehmet Akif Ərsoyun şəhid ruhuna
yazılmış bu təkrarsız ağısı yatmış vicdanları oyatsın və Azərbaycan qəhrəmanlarının
ruhlarınna ərmağan olsun.

Ey bu topraklar için toprağa düşmüş əsgər,

Göydən
əcdad enərək öpsə o pak alnı dəyər!

Ey
şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə
ağuşunu açmış duruyor peyqəmbər!

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30