Tanınmış iqtisadçıdan AXCP və Müsavata müraciət

20.01.2014 - 23:08

“Bu “savaş”da
qalib yoxdur, olsa belə, o Pir qələbəsi heç bir tərəfə lazım deyil!”

 
Müsavat Partiyasının Divan üzvü, tanınmış iqtisadçı Qubad İbadoğlu bu gün Cəbhəçi və Müsavatçılara müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik: 

“Dəyərli Müsavatçı və Cəbhəçi dostlarım!

Azərbaycan tarixinin bu şərəfli günündə şəhidlərimizi ziyarət
etdikdən sonra Sizə müraciət emək qərarına gəldim. Əsla kiməsə nəsihət
vermək niyyətində deyiləm! Əksinə, Müsavatçı və AXCP-çi dostlarıma
güvəndiyimdən, onların məni eşidəcəyinə inandığımdan dərin üzüntünun,
eyni zamanda, əqidə dostlarıma olan sarsılmaz inamın doğurduğu qarışıq
bir hiss içində bu kiçik müraciəti qələmə alıram.

Biz – Müsavatçılar və Cəbhəçilər azad və demokratik Azərbaycan
uğrunda verdiyimiz mücadilənin çox çətin sınaqlarından çıxmışıq, ağır və
məşəqqətli zamanlarda bir tikəmizi qardaş səxavəti ilə min yerə
bölmüşük. Xalqın gözü tərəzidir, məhz elə ona görə də Azərbaycan
xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişik. Ancaq illərlə
misqal-misqal qazandığımız bu Ümid yeri ünvanını, nə yazıq ki, indi
fərqinə varmadan, zalımcasına batman-batman xərcləyirik, demokratik
düşərgəni gərəksiz eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq.

Dəyərli dostlarım!
Bir daha Sizə səslənirəm,
bizə müstəqillik və demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş
Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolununun həqiqi
davamçılarına üz tuturam: Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da
qalib yoxdur, olsa belə, o Pir qələbəsi heç bir tərəfə lazım deyil! Bəs,
onda nədən bu “savaşı” dayandırmır, bu nifaq alovunu körükləyənlərə
“dur” demirik?!

Short URL: http://www.cumhuriyyet.net/?p=3471

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930