“Onlar iqtidar dəyirmanına su tökənlərdi”

21.01.2014 - 12:44

Milli Şura üzvləri Cəmil Həsənli və Rüstəm Ibrahimbəyova qarşı kampaniyanı pislədi

 

Son günlər “Yeni Müsavat” qəzetinin və Müsavat funksionerlərinin
hədəfində Milli Şuranın sədri Cəmil Həsənli və qurumun fəxri sədri
Rüstəm Ibrahimbəyovdur. Hər iki ziyalının açıqlamasındakı bir neçə kəlmə
kifayət etdi ki, düşmən elan edilsinlər, ittihamlara məruz qalsınlar.
Əvvəlcə
Rauf Arifoğlu Cəmil Həsənlini ağsaqqal kimi qəbul etmədiklərini
bildirdi. Daha sonra Müsavatın Divan üzvü Ikram Israfil bildirdi ki,
Cəmil Həsənli geri çəkilməli, tarixçi kimi öz missiyasına qayıtmalı və
tarixi araşdırmalıydı. Ikram Israfil daha sonra Rüstəm Ibrahimbəyovu
hədəf seçdi və onu siyasi keçmişinin qaranlıq olmasında, ziyalıya
yaraşmayan mövqe tutmaqda ittiham etdi. Ardınca isə Müsavat partiyası
Rüstəm Ibrahimbəyov haqqında bəyanat verdi və onun şər-böhtan
kampaniyasının iştirakçısı adlandırdı.
Hər iki ziyalıya qarşı ittihamların səsləndirilməsi Milli Şura üzvləri tərəfindən də etirazla qarşılandı.

Milli Şura üzvü Natiq Kərimov bildirdi ki, Milli Şuranın liderlərini
hədəf almaq, onları aşağılamaq yolverilməzdir və heç kimin buna haqqı
çatmır: “Adam bir yerdə fəaliyyət göstərib, külüng vurduğu insanlara
qarşı belə mövqe sərgiləməz və mən bu əməli qəbul etmirəm. “Yeni
Müsavat” qəzetinin, Müsavat partiyasının bu yanaşmasını qəbul etmirəm 
və buna son qoyulmasını istəyirəm. Bu ölkənin ləyaqətli insanlarına ləkə
atmaq xalqa qarşı xəyanətdir. Ziyalıları aşağılamaq nə yazara, nə
partiya funksionerinə hörmət gətirməz. Zaman hər kəsin qiymətini
verəcək. Xalqın dəyərli ziyalılarına qarşı kampaniya aparılması, bu
xalqın düşmənlərini sevindirir. Mən bu işə qoşulan hər kəsi qınayıram”.

Milli Şura üzvü Fuad Ağayev bildirdi ki, iqtidarın dəyirmanına su
tökənlərə enerji sərf etmək lazım deyil: “Ilk olaraq özümüzə sual
etməliyik: bütün bu baş verənlər, ziyalıların hədəf alınması kimə sərf
edir, kimin marağındadır? Bunun cavabı bütün sualların cavabı olacaq.
Mən bu istiqamətdə geniş müzakirə açılmasını istəməzdim. Ancaq, hesab
edirəm ki, bu tipli ittihamlar səngiməyəcək. Müxalifətin daxilində nifaq
salmaq istəyən qüvvələr var. Necə ki, uzun müddət mənasız mövzularla
Milli Şuranın fəaliyyətin zəiflətdilər, indi də bu məsələlərlə yenə də
diqqəti hədəfdən yayındırmaq istəyirlər. Milli Şura bu kənar
müdaxilələrə enerji sərf etməməli, iqtidarın dəyirmanına su tökən
qüvvələrə baş qoşmamalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3488

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031