Qubad İbadoğlu müxalifəti birliyə çağırdı
Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolunun həqiqi davamçılarına üz tuturam.
cəbhəçilərə müraciət edib. Müraciətdə deyilir: “Dəyərli müsavatçı və
cəbhəçi dostlarım! Müsavatçı və AXCP-çi dostlarıma güvəndiyimdən,
onların məni eşidəcəyinə inandığımdan dərin üzüntünün, eyni zamanda
əqidə dostlarıma olan sarsılmaz inamın doğurduğu qarışıq bir hiss içində
bu kiçik müraciəti qələmə alıram.
Biz – müsavatçılar və cəbhəçilər azad və demokratik Azərbaycan
uğrunda verdiyimiz mücadilənin çox çətin sınaqlarından çıxmışıq, ağır və
məşəqqətli zamanlarda bir tikəmizi qardaş səxavəti ilə min yerə
bölmüşük. Xalqın gözü tərəzidir, məhz elə ona görə də Azərbaycan
xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişik. Ancaq illərlə
misqal-misqal qazandığımız bu ümid yeri ünvanını, nə yazıq ki, indi
fərqinə varmadan, zalımcasına batman-batman xərcləyirik, demokratik
düşərgəni gərəksiz eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq.
Dəyərli dostlarım! Bir daha sizə səslənirəm, bizə müstəqillik və
demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadə
və Əbülfəz Elçibəy yolunun həqiqi davamçılarına üz tuturam. Gəlin bir
həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur, olsa belə, o Pirr
qələbəsi heç bir tərəfə lazım deyil! Bəs onda nədən bu “savaşı”
dayandırmır, bu nifaq alovunu körükləyənlərə “dur” demirik?!”
Short URL: http://www.cumhuriyyet.net/?p=3497