Prezidentlikdən imtina 1 milyard dollardır
Vitali Kliçko milyarder olacaqmı?
Alyans za Reformı) Partiyasının lideri, məşhur peşəkar boksçu Vitali
Kliçkoya 2015-ci ildə prezidentliyə namizəd olmaması üçün 1 milyard
dollar pul təklif ediblər. Bu barədə “Ukrainskaya pravda” qəzeti məlumat
yayıb. V. Kliçko başqa əməkdaşlıq təkliflərindən də imtina edib.
“Ukrainskaya pravda” yazır ki, V. Kliçkoya prezidentliyə namizədliyi
qeydə alınmazsa özünü loyal aparmasının müqabilində 1 milyard dollar
təklif olunub. Siyasətçi bundan imtina etdikdən sonra ona prezident
seçiləcəyi təqdirdə 2004-cü ilə qədər qüvvədə olmuş və baş nazirə geniş
səlahiyyətlər verən Konstitusiyanı geri qaytaracağı və Viktor Yanukoviçi
baş nazir təyin edəcəyi haqda vəd verməsi təklif olunub. Kliçko bundan
da imtina edib.
Qeyd edək ki, sosioloji rəy sorğularına əsasən V. Kliçko Ukraynada ən nüfuzlu müxalifət lideridir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3502