“Azərbaycanda vəziyyət pisləşib”

21.01.2014 - 18:32

"Azərbaycanda vəziyyət pisləşib"“Hakimiyyət onlarla siyasi fəalı qondarma ittihamlarla həbs
edib, tənqidçi jurnalistləri həbsxanaya salıb, dinc nümayişləri dağıdıb”

"Azərbaycanda vəziyyət pisləşib"“Hakimiyyət onlarla siyasi fəalı qondarma ittihamlarla həbs
edib, tənqidçi jurnalistləri həbsxanaya salıb, dinc nümayişləri dağıdıb”
 
“Human Rights Watch” təşkilatı Azərbaycanda insan haqları ilə bağlı
növbəti hesabatını yayıb. “Azərbaycan: İnsan haqlarına basqılar arasında
seçki” adlanan hesabatda 2013-cü ildə insan haqlarının durumu təhlil
edilib.

“QONDARMA İTTİHAMLARLA HƏBSLƏR”

“2014
Dünya Hesabatı” adlı tədqiqatın Azərbaycanla bağlı hissədə deyilir ki,
ötən il toplaşma, söz azadlığı, iqtisadi durumla bağlı vəziyyət daha da
pisləşib. Hesabatda vurğulanır ki, oktyabrda keçirilən prezident seçkisi
ərəfəsində vəziyyət xüsusilə dramatikləşib: “Azərbaycan hakimiyyəti
onlarla siyasi fəalı qondarma ittihamlarla həbs edib, tənqidçi
jurnalistləri həbsxanaya salıb, bir neçə dinc nümayişi dağıdıb.
Fundamendal azadlıqları məhdudlaşdıran qanunvericiliyi qəbul edib: Bütün
bu basqılar prezident seckisinə fon olub. Həmin seçkidə İlham Əliyev
üçüncü müddətə 84.5 faiz səslə prezident seçilib”.
Təşkilatın
Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib ki, ötən ildə
Azərbaycan hökuməti tənqidçilərə qarşı tayı-bərabəri olmayan tədbirlər
həyata keçirib.
Hesabatda deyilir ki, 2013-cü ildə Azərbaycan
hakimiyyəti azı 23 siyasi fəala, jurnalistə, bloqçuya, hüquq
müdafiəçisinə qarşı saxta narkotik, qanunsuz silah gəzdirmə, xuliqanlıq,
qızışdırıcılıq, hətta satqınlıq ittihamları irəli sürüb. HRW bildirir
ki hökumət onları azad etməli, insanları siyasi motivlərlə ittiham
etməyi dayandırmalıdır.
Hesabatda Azərbaycanda istintaq altında
olan və ya məhkəməyə çıxarılan faəlların adları sadalanır. Məsələn,
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar
Məmmədlinin, REAL-ın həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının
başqan müavini Tofiq Yaqublunun və başqalarının adları var. Hesabatda
onların hər birinin ittihamına ayrı-ayrılıqda toxunulub.

HÜQUQLAR QANUNLA DA MƏHDUDLAŞIB

HRW
icazəsiz aksiyalarda iştirakla bağlı qanunvericiliyin
sərtləşdirilməsini, internetdə böhtan və təhqirə görə cəza verilməsi ilə
bağlı müvafiq qanuna əlavəni  fundamental azadlıqların
məhdudlaşdırılması kimi qiymətləndirir.
Hesabatda deyilir ki,
hökumətin beynəlxalq tərəfdaşları Azərbaycanı insan haqlarının
vəziyyətinə görə tənqid etsə də, durumun yaxşılaşmasına nail ola
bilməyib:
“Aydındır ki, Azərbaycan liderləri beynəlxalq imicinin
qayğısına qalırlar, amma onlar əvvəlcə insan haqları ilə bağlı
öhdəliklərini yerinə yetirməlidirlər”. – G.Gogia deyir. Onun fikrincə,
Azərbaycanın beynəlxalq təfərdaşları rəsmi Bakının öz öhdəliklərinə əməl
etməsini istəyirlərsə, insan haqları kriteriyalarını qabartmalıdırlar.
Hesabatda
o da göstərilir ki, ötən ilin fevralında yazıçı Əkrəm Əylisli
Azərbaycan-Ermənistan müasir tarixi ilə bağlı yazdığı əsərə görə
hakimiyyətin sərt tənqidi ilə üzləşib. Prezident Əliyev yazıçıya verilən
prezindent təqaüdünü və “Xalq yazıçısı” adını geri alıb, Əkrəm
Əylislinin xanımı və oğlu iş yerlərini itiriblər

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031