Keçmiş nazirlər cinayətdə günahlandırılır
Türkiyədə korrupsiya qalmaqalına görə istefa verən üç keçmiş nazir “mütəşəkkil cinayətkar qruplaşma liderləri” elan olunacaq.
iddianamədə yer alır. Hələ hazırlanmaqda olan iddianamədə keçmiş
nazirlər Muammer Güler, Zəfər Çağlayan və Egemen Baxışın gəlir əldə
etmək məqsədi ilə qurulan, rüşvət, korrupsiya, çirkli pulların yuyulması
əməlləri ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın
iyerarxiyasında yer aldığına dair çoxsaylı dəlillər də yer alacaq. Adı
korrupsiya qalmaqalında hallanan dördüncü nazir Erdoğan Bayraktara qarşı
hələlik belə ittihamların irəli sürülüb-sürülməyəcəyi dəqiqləşməyib.
Məlum olub ki, prokuror keçmiş nazirlərin izlənilməsi nəticəsində
toplanan dəlilləri-fotoları və telefon danışıqlarını da iddianaməyə
əlavə edəcək. Xatırladaq ki, Celal Kara dekabrın 17-də aralarında üç
nazir oğlu da olmaqla onlarla məmur və iş adamının həbsinə sanksiya
verib. Bu rüşvət əməliyyatı Türkiyə hökumətini sarsıdıb və Ərdoğan
kabinetdə dəyişikliklər etməli olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=3539