Rəsul Quliyev hakimiyyətlə xain anlaşmada

23.01.2014 - 15:17

“Birləşmiş müxalifəti içindən dağıtmaq və
monolit qüvvəyə çevrilməsinə imkan verməmək”

Eks-spiker prezident seçkisindən 3 ay əvvəl
hakimiyyətlə razılaşıb

 

“Azərbaycan
parlamentinin sabiq sədri Rəsul Quliyev, 18 il əvvəl tərk etdiyi vətənəninə
dönmək üzrədir.” Bu sensasiyalı məlumatı AzPolitika.info-nun əməkdaşı ən azı
iki ciddi mənbə ilə dəqiqləşdirə bilib. Bu mənbələrdən biri (ilk mənbə)
hakimiyyətə, digəri R.Quliyevin özünə yaxındır.

Məlumata
görə, R.Quliyevlə hakimiyyətin emissarları arasında ilk təmaslar 9 oktyabr
prezident seçkisindən təxminən 3 ay əvvələ təsadüf edir. Bu ərəfələrdə
müxalifət ilk dəfə tam tərkibdə birləşərək dünyaca məşhur ziyalını – Rüstəm
İbrahimbəyovu Milli Şuranın sədri seçmiş, ardınca onu özünün prezidentliyə
vahid namizədi elan etmişdi. Milli Şuranın, bir qədər də konkretləşdirsək,
R.İbrahimbəyovun arxasında Rusiyanın durduğu, bu ölkənin prezidenti Vladimir
Putinin İlham Əliyevi devirmək niyyətində olduğu, Milli Şuranın namizədi rəsmən
qeydə alınarsa, Azərbaycanda hakimiyyətin istənilən halda dəyişəcəyi barədə
söz-söhbətlərə isə əksəriyyət, ən çox da hakimiyyət inanmışdı. Komanda
daxilində çox böyük təşviş var idi və bu narahatçılıq özünü açıq şəkildə biruzə
verməyə başlamışdı. Uzun illərdir Rusiyanın birbaşa himayəsi sayəsində
hakimiyyətdə qalan bir zümrə, bu dəfə özünü elə Rusiyadan qorumalı idi. Komanda
daxilində yaxşı başa düşürdülər ki, Moskvanın qərarı qətiləşəcəyi halda, bunun
qarşısında durmaq çox çətin olacaq. Rusiyadan hərtərəfli (ən əsası da maliyyə)
dəstək alacaq müxalifətin vahid namizədi çox qısa zaman ərzində real
alternativə çevrilə, 20 illik Əliyevlər hakimiyyətinə son qoya bilərdi.

Hakimiyyət
hadisələrin bu yöndə inkişafını dayandırmaq üçün, əsasən iki istiqamətdə iş
aparırdı:

1.
Rusiya prezidenti ilə danışıqlar aparmaq və prezident seçkilərində Rusiyanın,
ən azı neytrallığına nail olmaq.

2.
Birləşmiş müxalifəti içindən dağıtmaq və monolit qüvvəyə çevrilməsinə imkan
verməmək.

Birinci
istiqamət üzrə hakimiyyətin uğurları məlumdur – kritik dövrdə Putinin Bakıya
səfər etməsinə nail olundu, bu səfərin nəticəsində R.İbrahimbəyovun Rusiya
vətəndaşlığından çıxarılması məsələsi düyünə düşdü. Həmçinin, Moskvadan
Azərbaycanda ciddi əks-səda verən açıqlama və bəyanatların (Söyün Sadıqov,
Abbas Abbasov və digərlərinin dili ilə) arası kəsildi.

Hadisələrin
sonrakı gedişi, əldə olunan məlumatlar, seçkisonrası proseslərin təhlilindən
belə nəticə çıxarmaq mümkündür ki, hakimiyyətin İKİNCİ İSTİQAMƏT üzrə
fəaliyyətində də ciddi nailiyyətləri olub.

Bizə
verilən məlumata görə, seçkiöncəsi hakimiyyət üçün ən kritik period iyul ayının
sonları, avqustun əvvəllərinə təsadüf edib. Bu ərəfələrdə Rəsul Quliyev də
Moskva ilə (Şəxsən Abbas Abbasovla) sıx təmaslarda idi və hakimiyyət əleyhinə
aktiv iş aparırdı. R.İbrahimbəyovun vahid namizədliyi R.Quliyevi tam qane
edirdi. Eks-spikerin hesablamasına görə, hakimiyyət dəyişəcəyi halda,
prezidentin kimliyindən asılı olmayaraq, faktiki söz sahibi o olacaqdı. Lakin,
hələ ki, qeyri-müəyyənlik davam edirdi və heç nə təminat altında deyildi.
Hakimiyyətin Moskva ilə hər an anlaşma əldə edəcəyi ehtimalı real olaraq
qalırdı…

Belə
bir vaxtda Bakıda Müsavatla ciddi təmaslara keçən hakimiyyət, R.Quliyevə də müəyyən
təkliflər göndərir…

Eks-spiker
hakimiyyətə doğru ilk addımı Rüstəm İbrahimbəyovu, elan etdiyi kimi, iyulun
31-də Bakıya qayıtmaqdan çəkindirmək olur. Milli Şuranın sədrini ciddi-cəhdlə
Bakıda onu təhlükənin gözlədiyinə inandıran R.Quliyev, həmin vaxt elan etmişdi
ki, guya R.İbrahimbəyovu elə aeroportda həbs edəcəklər və ona bir neçə il iş
verəcəklər. Sitat:

“O,
31 iyulda Bakıya gələrsə onu qarşılamağa gedənləri amansızcasına dağıtmaq,
kimlərisə həbs etmək komandası artıq verilib. Bunun üçün inandıqları xüsusi
polis dəstələrində 2 mindən artıq komandos yaradılıb. R.İbrahimbəyovu isə
aeroportda həbs edib 2 gün ərzində açılmış “cinayət” işi ilə əlaqədar
həbsxanadan buraxmamaq istəyirlər. Düşünürəm ki, R. İbrahimbəyov Bakıya
gəlməmişdən öncə hansı isə bir ölkədə Milli Şuranın bir sıra üzvüləri ilə
görüşməli və dərindən müzakirə etməlidir.”

R.Quliyevin
bu təhdidləri öz işini gördü və R.İbrahimbəyov Bakıya 31 iyulda Bakıya
qayıtmaqdan imtina edərək, Milli Şuranın rəhbərlərini Tiflisə görüşə çağırdı.
Bu görüş baş tutsa da, real heç bir nəticəsi olmadı və hakimiyyət,
R.İbrahimbəyovun Bakıya gələcəyi halda üzləşəcəyi çətin situasiyadan yayına
bildi.

Az
sonra Rusiya prezidenti Bakıya səfər etdi, R.İbrahimbəyovun namizədliyi dalana
dirəndi, Milli Şura məcburiyyət qarşısında öz namizədini dəyişərək, Cəmil
Həsənlini qabağa verdi. Bu vaxtdan sonra R.Quliyev hədəfini tamamilə dəyişərək,
bütün fəaliyyətini Milli Şuraya, Cəmil Həsənliyə qarşı yönəltdi.

Avqustun
1-dən sonra ACP lideri bir dəfə də olsun İlham Əliyevin adını çəkmədi, əvəzində
dəfələrlə Cəmil Həsənlini təhqir etməkdən çəkinmədi. Bütün bunların məntiqi
nəticəsi olaraq, R.Quliyev seçkidən dərhal sonra İlham Əliyevin legitim
prezident olduğunu bəyan etdi.

Seçkidən
sonrakı fəaliyyətini isə, özünün də etiraf etdiyi kimi, Əli Kərimli və İsa
Qəmbərin siyasətdən getmələrinə nail olmağa həsr edib.  AzPolitika.info-nun etibar etdiyi mənbənin
iddiasına görə, bütün bunlar, həmçinin R.Quliyevin ACP-dən istefa verib rəsmi
siyasi fəaliyyətinə son qoyması təsadüfi olmayıb və Rəsul Quliyevlə
hakimiyyətin emissarları arasında danışıqlar və konkret razılaşmaların
təzahürləridir.

R.Quliyev
ard-arda 2 prezident seçkisində hakimiyyətə xidmətlərinin qarşılığında
Azərbaycana qayıtmasına şərait yaradılması tələbini də irəli sürüb. Eks-spikerə
bildirilib ki, seçkidən bir müddət sonra bu məsələni müzakirə etmək olar… Belə
bir razılaşmanın ola biləcəyini R.Quliyevə yaxın mənbələr də təsdiqləyir.


 

Rasim
ƏLİYEV, azpolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=3571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31