İlham Əliyevi taxtda saxlama planı

23.01.2014 - 16:32

İlham
Əliyevi taxtda saxlama planı



Proporsional
seçki sistemi ilə bağlı ideyanın pərdəarxası: ölkənin idarəetmə qurluşu dəyişir



“Plana əsasən, hakim Yeni Azərbaycan
Partiyası parlamentdə çoxluq təşkil edir və İlham Əliyev baş nazir olur. Format
dəyişir, amma mahiyyət dəyişmir”


Ölkədə
proporsional seçki sisteminin tətbiq edilməsi ilə bağlı məsələ son günlər
yenidən gündəmə gəlib.  Əldə etdiyimiz məlumatlara görə bir müddət öncə bu
istiqamətdə hakimiyyətin üst qatlarında başalan müzakirələr yenidən bərpa
olunub. Təklifin tərəfdarları və əleyhdarları var.

Tərəfdarlar
hakimiyyətdaxili müəyyən qədər Qərbə meylli şəxslər ollmaqla hakimiyyətin  uzadılmasının bəzi qanunauyğunluq
çərçivəsində, dünyanın sivil idarəetmə tələblərinə uğyun şəkildə həyata
keçirilməsini əsas götürərək proporsional sistemin tətbiq edilməsini təklif
edirlər.

Əleyhdarlar
isə daha çox “köhnə qvardiyanı” təmsil edən, yalnız öz vəzifələrini qorumağı və
həm də Yeni Azərbaycan Partiyasına təsir imkanlarını itirən qüvvələrdir. Onlar
yerli və beynəlxalq tələblərə baxmayaraq siyasi kursun davam etdirilməsinin,
növbəti prezident seçkilərində də ya İlham Əliyevin namizədliyinin 4-cü dəfə
irəli sürülüb qələbəsinin təmin edilməsini, ya da Rusiyada ugurla sınaqdan
çıxmış Putin- Medvedyev variantının tətbiq edilməsi təklifi ilə çıxış edirlər.
Hər iki tərəfin arqumentləri və israrları qarşısında İlham Əliyev hələ ki
susqunluq nümayiş etdirir. Amma verilən bilgilərə görə o getdikcə hakimiyyəti
əldə saxlamağın və idarə etməyin çətinliyini, yerli və beynəlxalq tələblərə
rəğmən müəyyən islahat görüntülərinə gedilməsinin tərəfdarıdır. O, 1918-20-ci
illərdə mövcud olmuş Azərbaycan xalq Cumhuriyyətinin idarəetmə modeli olan
Parlament üsul – idarəsinə keçidin tətbiq olunmasının, heç olmasa bu təşəbbüslə
tarixdə qalmaq istəyir. Digər tərəfdən İlham Əliyev fərqindədir ki, dünya
dəyişir. Dünyanın bir parçası olan Azərbaycan da dəyişir və artıq ölkəni
əvvəlki qayda da idarə etmək mümkün deyil. Eyni zamanda o fərqindədir ki,
atasından qalma komanda xalq və dövlət üçün deyil, özlərinə görə çalışırlar və
İlham Əliyev də onlara məhz buna görə lazımdır. Parlament üsul idarəsinə keçid,
proprosional sesçki sisteminin tətbiq edilməsi müəyyən qədər köhnə komandadan
qurtulmaq istəyən hazırkı dövlət başçısı ailəyə bağlı bəzi kadrlara üstünlük
verməyi, onları irəli çəkməyi düşünür. Həmin kadrların bir çoxu Paşayevlər
tərəfindən təqdim olunub.

Ötən
saylarımızda da qeyd etdiyimiz kimi hazırda 3-cü dəfə prezident kreslosunda
oturan İlham Əliyev amerikalı diplomatların təbrincə desək “qırmızı xətti”
keçib. O bu addımı ilə ən yumşaq şəkildə ifadə etsək dünyanın demokratiya
düzəninə, demokratik üsul idarə etmə mədəniyyətinə sayğısızlığını nümayiş
etdirib, hayqırı göstərib. 09 oktyabr seçkilərinin total şəkildə saxtalaşdırılması,
ölkədə korrupsiyanın ayaq tutub yeriməsi, sosial narazılığın böyüməsi,
həbsxanaların siyasi məhbuslarla doldurulması və s. bura əlavə etsək İlham
Əliyevin nəinki 4- cü dəfə öz namizədliyini irəli sürməsi, hətta onun yaxın 5
ildə prezidentlik vəzifəsini normal sürəcdə həyata keçirməsi sual altındadır.
Bütün bunları nəzərə alan iqtidar texnoloqları yerli və beynəlxalq təpkilərin
fonunda vəziyyətdən çıxmaq üçün idarə üsulunu dəyişməyi, prezident
idarəçiliyindən parlament quruluşuna keçməyi məqbul hesab edib. Artıq
hakimiyyətin üst qatında bu məsələ ilə bağlı ilkin qərar qəbul olunub.

Son
günlər hakimiyyətə yaxın siyasi partiyalar, ictimai qurumlar və mətbuat
orqanlarının Azərbaycanda dövlət idarəetmə quruluşunun dəyişdiriləcəyi haqda
mesajlar verməsi də bu qərarın tərkib hissədir. Bu mesajlarla bağlı cumhuriyyet.az-a
danışan mənbə bildirir ki, dəyişiklik niyyəti hazırkı dövlət başçısı İlham
Əliyevin dördüncü dəfə prezidentliyə namizədliyinin irəli sürməmək istəyi ilə
bağlıdır: “Hakimiyyət bir daha şahid oldu ki, iki dəfədən artıq prezident
seçilmək ölkənin imici və hakimiyyətin özü üçün müsbət hal deyil, başucalığı
gətirmir, problemlər yaradır. Ona görə də İlham Əliyevin dördüncü dəfə dövlət
başçısı seçilməsi arzu olunan deyil. Hakimiyyət güman edir ki, hazırkı sistemin
davam etməsi daha ağır nəticələr verə bilər. Vəziyyətdən çıxmaq üçün formatı
dəyişmək istəyirlər. Baş nazir postu gücləndirilir. Çünki dünya təcrübəsində
baş nazir vəzifəsi üçün məhdudiyyət yoxdur. Plana əsasən, hakim Yeni Azərbaycan
Partiyası parlamentdə çoxluq təşkil edir və İlham Əliyev baş nazir olur. Format
dəyişir, amma mahiyyət dəyişmir”.

Hakimiyyətin planı haqda cumhuriyyet.az-a danışan mənbəmiz prezident
seçkilərindən sonrakı situasiya ilə bağlı rəsmi Bakının mövqeyindəki tərəddüdlərin
həqiqiliyini söyləməklə yanaşı, bu gün bir neçə versiya üzərində də baş
sındırıldığını söylədi: “Doğrudur ki, Azərbaycanda da “Putin variantı” işə
salına bilər. Yəni kimsə başqa birisi prezidentliyə namizəd olub, kürsüyə
gətirilər, amma ölkənin idarəçiliyi yenə də İlham Əliyevin əlində qalar. Başqa
bir variant isə Azərbaycanın parlament üsul-idarəli dövlətə keçididir. Yəni
qəti qərar olmasa da, bu yöndə çox ciddi müzakirələr aparılır”.

Hakimiyyətin hazırladığı ssenaridə Artur Rəsizadə kimi amorf, varlığı-
yoxluğu bilinməyən bir adamı parlamentdə prezident “seçiləcək”. Onun elə
bir səlahiyyəti olmayacaq və ölkəni parlament çoxluğu tərəfindən baş nazir
seçilmiş şəxs idarə edəcək və bütün səlahiyyətlər ona veriləcək. Parlamentdəki
yerlərin sayı artırılacaq və seçkilərdə proparsional və mojaritar qarışıq seçki
sistemi tətbiq ediləcək. Təxminən Türkiyədəki vəziyyət kimi…

Kurşad Kaya

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3575

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031