Milli Şura İlham Əliyevin yalanın açdı

25.01.2014 - 02:25

“Azərbaycanda siyasi məhbus yoxdur” bəyanatı yanlışdır Azərbaycan siyasi
məhbusların sayına görə dünyada lider sayılacaq ölkələr sırasındadır

“Azərbaycanda siyasi məhbus yoxdur” bəyanatı yanlışdır Azərbaycan siyasi
məhbusların sayına görə dünyada lider sayılacaq ölkələr sırasındadır

 

Demokratik
Qüvvələrin Milli Şurasının Koordinasiya Şurası 22 yanvar 2014-cü ildə
Azərbaycanda siyasi məhbuslarla bağlı durumu müzakirə edib və siyasi
məhbusların azad edilməsini qurumun prioritet hədəflərindən biri kimi qəbul
edib. Koordinasiya Şurası İlham Əliyevin Avropaya səfəri zamanı “Azərbaycanda
siyasi məhbus yoxdur” bəyanatına etiraz edir və bildirir ki, əksinə, Azərbaycan siyasi məhbusların sayına
görə dünyada lider sayılacaq ölkələr sırasındadır.

Azərbaycan hakimiyyəti ictimai fəalları,
siyasiləri və onların yaxınlarını, gəncləri, dindarları, jurnalistləri və
internet istifadəçilərini siyasi motivlərlə həbs etməkdə davam edir və hazırda təkcə paytaxt Bakıda deyil, ölkənin
dörd bir yanında qondarma ittihamlar əsasında siyasi maraqlar güdən məhkəmə
proseslərinin getməsi bunun əyani sübutlarından biridir.

Çox nüfuzlu beynəlxalq hüquq müdafiə
təşkilatları və yerli hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslarla bağlı
durumun hədsiz ağır olması ilə bağlı həyəcanlı bəyanatlar və hesabatlar
yaymaqdadır. Bir il öncə siyasi məhbuslarla bağlı layihənin Avropa Şurasında
keçməməsi isə “kürü diplomatiyası”nın, bəzi avropalı deputatların “satın”
alınmasının nəticəsində mümkün olub və bu addım Avropa Şurasının özünün
nüfuzuna böyük zərbə olub. AŞPA-nın ötən ilin yanvar ayında keçirilmiş
sessiyasında Azərbaycanda siyasi məhbus problemi ilə bağlı K.Ştrasserin məruzəsinin
qəbul edilməməsi Azərbaycan hakimiyyətinə vətəndaşları siyasi mülahizələrə görə
təqib etməsi, həbsə alması, saxta məhkəmə prosesləri keçirməsinə əlavə imkanlar
verdi.

Bununla belə, AŞPA-nın həmin sessiyası
siyasi məhbus məsələsi ilə bağlı qətnamə qəbul etdi və Azərbaycan nümayəndə
heyəti də həmin qətnaməyə səs verdi. Lakin bu qətnamənin qəbul edilməsindən bir
il ötməsinə baxmayaraq onun həyata keçirilməsi istiqamətində hakimiyyət heç bir
addım atmamış, əksinə həmin sessiyada K.Ştrasser tərəfindən səsləndirilən
məruzədə Azərbaycanda siyasi məhbusların sayının 85 nəfər olduğu
göstərilirdisə, bir il sonra onların sayı 130 nəfəri keçmişdir. Bu gün
Azərbaycanda siyasi məhbusların olmaması haqqında Azərbaycan rəhbərliyinin
səsləndirdiyi fikirlərin ölkə reallıqları ilə heç bir əlaqəsi yoxdur, bu
beynəlxalq ictimai rəy azdırmaq, Azərbaycan qanunlarına, respublika
konstitusiyasına və Bakının qoşulduğu beynəlxalq konvensiyalara, habelə
vətəndaşların təməl hüquqlarına hörmətsizlik cəhdidir.

Milli
Şura Azərbaycan hakimiyyətindən özbaşınalıqlara son qoymağı və bütün siyasi
məhbusları azad etməyi tələb edir.

Bakı şəhəri, 24
yanvar 2014-cü il

Short URL: http://www.cumhuriyyet.net/?p=3604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930