Ramiz Mehdiyevə qarşı cinayət ittihamları

25.01.2014 - 02:44

“Gülərqeyt” cinayətinin əsas iştirakçısı və bu işin ört-basdır edilməsində maraqlı vəzifəli
şəxs Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevdir”

 

Fransada
mühacirətdə olan, fəaliyyəti dayandırılmış ABU rektoru Elşad Abdullayev 23
yanvar 2014 il tarixli Gülər Əhmədovanın Apelyasiya Məhkəməsindəki vəsatətləri
və bu məhkəmə prosesi haqda fikirlərin yayıb. Redaksiyamızın elektron poçtuna
göndərilən məktubda E.Abdullayev Gülər Əhmədovanın məhkəmə prosesini şou
adlandırır və bildirir ki, bu məhkəmə prosesi hərtərəfli aparılmayıb: “”Gülərqeyt”
cinayətinin əsas iştirakçısı və bu işin ört-basdır
edilməsində maraqlı vəzifəli şəxs Prezident Adminstrasiyasının rəhbəri Ramiz
Mehdiyevdir”.

ABU rektoru öz
məktubunda yazır ki, pulları Gülər Əhmədovaya məhz Ramiz Mehdiyevin tələbi ilə
verib, amma sonradan məsələnin üstü ictimaiyyətə açılanda həmin pulların
ödənilməsin sabiq deputatın boynuna qoyublar: Ramiz Mehdiyev Gülər Əhmədovaya
əmr vermişdirki səni 15 ildir deputat secdirmişəm pulu da apar öz hesbından
Elşad müəllimə ödə. Gülər Əhmədova da pulu öz hesabından qaytara bilmədiyi ücün
ölkədən qacmaq istədikdə Prokurorluğun müstəntiqi onu sərhəddə saxladı və ondan
yazılı ifadə alaraq bir daha mənim pulumu qaytarmaq ücün son şans verdi . Lakin, Gülər Əhmədova son
şansını dəyərləndirmək əvəzinə mənə qarşı şantaja-şərə əl atdı və həbs olundu.
Gülər Əhmədovanın pulun miqdarı haqqındadedikləridə həqiqətə uyğunolmayan quru şərdir”.

Məktubunda yüksək
dövlət vəzifəsində olan şəxslərə ağır ittihamlar irəli sürən E.Abdullayev
yazır: “Burada söhbət ağır dövləti cinayətdən gedir. Gizli video-ğörüntülərdə
Ramiz Mehdiyevin vasitəçisi Gülər Əmədovanın mənimlə apardığımız uzun-uzadı
söhbətin predmeti yalnız 3 problemin birgə həllindən ibarət olmuşdur:

Brincisi, MTN zabiti Mahir
Abdullayevin Ramiz Mehdiyevə vermək adı ilə külli miqdarda pulun müqablində
geri qaytarılması: Başda
Baş Prokuror Zakir Qaralov olmaqla Azərbaycanın Hüquq Mühafizə Orqanları MTN
zabiti Mahir Abdullayevi axtarıb tapmaq deyil, əksinə, Mahir Abdullayevi
axtaranlara qarşı mübarizə aparırmaq, onları təzyiq altında saxlamaqla
məşğuldur. Buna subut kimi,qardaşım oğlu Qarabağ şəhid atası Mübariz Abdullayevin Mahiri oğurlamaq böhtanı ilə
həbs olunmasını göstərmək olar. Ondan heçbir günahı olmadanişgəncələr altında saxtaifadələr alınıb 10(on) il müddətinəcinayət məsüliyyətinə cəlbolunub. Yaxud, bacım oğlu Qarabağ müharibəsi iştirakcısı, hüquqşünas
Azad Mürsəliyev Mahir Abdullayevin Müdafiə Komitəsini yaradan kimi prokurorluq
pulla tutulmuş, sifarişli, dizinə qədər cinayətin icində batmış şəxslərin əli
ilə, özlərinə yaxın qəzetlərin əli ilə müntəzəm olaraq bacım oglunun üstünə
gələrək ittiham edirdilərki Mahiri sən ogurlamısan. Azad Mursaliyev 22 yanvar
2014- cü il tarixdən aclıq aksiyasına başlamışdır.Mənimlə haqsızolaraq haq-hesab çürütməkarzusunda olan prokurorluq-məhkəmə orqanları,ilk növbədə, mənəyaxın olan insanlarınsırdan çıxarılmalarına dair cox
faktlar gətirmək olar.

İkincisi mənim Azərbaycan
Beynəlxalq Universitetinin təsisciliyindən imtina eməyim və bu təhsil
müəsisəsinin Mehdiyevin yaxın qohumu MTN polkovniki Fikrət Əliyevin adına
kecirilməsi: Ramiz Mehdiyev bir qardaşımı – MTN zabiti Mahir Abdullayevi
ogurladıb, diğər qardaşım – elmlər namizədi Eldəniz Abdullayevi “Qurd qapısı”
restoranında zəhərlətdirmiş, hər ay ABU-da aparılan qanunsuz yoxlamalarla mənə
təzyiq edərək Universiteti ələ keçirməyə çalışmışdır.

Ücüncüsü, deputat
seckilərilə bağlı Ramiz Mehdiyevin rəhbərlik etdiyi mandat bazarlığı: Gülər
Əhmədova şərt qoymuşdurki deputat
kecdikdən sonra Ramiz Mehdiyev 2-3 günə qardaşınızı qaytaracaqdır, əksinə,
onlar mənə hər cür mane olurdularki mən deputat kecməyim, cünki, mən deputat
kecdikdən sonra prokurorluqdan Konstitusiya Məhkəməsinə qədər bütün
instansiyalara şikayət edərək Ramiz Mehdiyevin başında durduğu cinayətləri ifşa
edəcəkdim.

Gülər Əhmədova
hər bir cinayəti mənimlə yüksək ali vəzifəli şəxsin Prezident İcra Aparatşnşn müdüri Ramiz Mehdiyevin
adı ilə aparmışdır.”

Bir
hüquq professoru kimi hesab edirəm ki, Gülər Əhmədovanın qanuna zidd
əməllərində hədə – qorxu gəlməklə rüşvət alma kimi cinayət tərkibi vardır
(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi).
Bu zaman, Gülər Əhmədovanın əməllərində AR Cinayət Məcəlləsinin 31-35-ci
maddələri qaydalrı əsasında cinayətdə iştirakcılıgı mövcuddur, cinayətin
başcısı, rəhbəri, təşkilatcısı və diğər iştirakcılarınında məhkəmə məsuliyyəti
müyyən edilməlidir, ancaq prokurorluq-hakimlər tərəfindən bu günə qədər
ört-basdır edilir. O, bü günə qədər vəzifəsibdən sui istifadə edərək bilə-bilə
Mahir Abdullayevin ogurluq cinayətini gizlədibdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=3607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031