Əliyevin Davos səfərinin pərdə arxası
“Bu gün Ukraynaya münasibətdə Avropa Birliyi hansı yanaşmanı
sərgiləyirsə, Azərbaycanla bağlı da eyni yanaşma müşahidə olunacaq”

sərgiləyirsə, Azərbaycanla bağlı da eyni yanaşma müşahidə olunacaq”
Birliyi ilə Assosiasiya Sazişini imzalamaq fikrində olmadığını bildirdi.
Ilham Əliyev deyib ki, Azərbaycanla Avropa Ittifaqı arasındakı
münasibətlər Assosiasiya Sazişindən də yüksək əməkdaşlıq forması tələb
edir.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru
Fərhad Məmmədov da “Hafta.az” saytına açıqlamasında bildirmişdi ki,
Azərbaycan rəsmiləri tərəfindən heç vaxt Avropa Birliyinə üzvlük və
NATO-ya qoşulmaq haqqında bəyanat səsləndirilməyib.
Məlumat üçün
bildirək ki, Avropa Birliyi Azərbaycana Assosiasiya Sazişi təklif etdiyi
halda, Azərbaycan hökuməti “Strateji əməkdaşlıq” variantının tətbiqində
israrlıdır. Bu, onunla bağlıdır ki, Assosiasiya Sazişinin imzalanacağı
təqdirdə Azərbaycanda geniş və dərin miqyaslı demokratik islahatlar
aparılmalıdır.
Ukraynada baş verən proseslərin fonunda Ilham
Əliyevin Assosasiya sazişindən imtina etməsi, strateji əməkdaşlıq təklif
etməsi ölkəmiz üçün nə vəd edir?
AXCP sədrinin müavini Fuad
Qəhrəmanlı bildirdi ki, “Ilham Əliyevin bu bəyanatı onu göstərir ki,
Azərbaycan hakimiyyəti avrointeqrasiyada maraqlı deyil. Bu həm də
Avropaya bir mesajdır ki, mövcud hakimiyyət qalacağı təqdirdə
Azərbaycanın assosiativ üzvlük məsələsi gerçəkləşməyəcək. Bu gün Ukrayna
hökumətinin Avropaya inteqrasiyada maraqlı olmaması ciddi gərginliklərə
gətirib çıxarıb və bunun analoji perspektivi Azərbaycan üçün də
keçərlidir. Azərbaycan hakimiyyəti strateji əməkdaşlığa tərəfdar
olduğunu bildirir. Bu o deməkdir ki, Avropayla münasibətlərimiz iqtisadi
alış-verişlərdən ibarət olmalıdır və Azərbaycan Qərb dəyərlərini özünə
yaxın buraxmaq fikrində deyil. Strateji əməkdaşlıq ifadəsini də ona görə
işlədirlər ki, Azərbaycan hakimiyyətinin birbaşa Avrointeqrasiya
əleyhdarı olması görünməsin. Əgər Azərbaycan strateji əməkdaşlıqda
maraqlıdırsa, məntiqlə Assosiativ üzvlüklə razılaşmalıdır. Çünki
strateji məqsədlər assosiativ üzvlükdə ifadə olunan istiqamətləri əhatə
etməlidir. Əgər Qərb Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını
istəyirsə, 2015-ci ildə Şərq tərəfdaşlığı ölkələrinin növbəti
toplantısını gözləməməlidir və Azərbaycan cəmiyyəti ilə ciddi əməkdaşlıq
etməlidir. Hesab edirəm ki, Ukraynada proseslər həll olduqdan sonra,
proseslər Azərbaycana doğru istiqamətlənəcək. Bu gün Ukraynaya
münasibətdə Avropa Birliyinin hansı yanaşması müşahidə olunursa,
Azərbaycana da eyni münasibət müşahidə olunacaq. Ancaq məsələnin həlli
daxili təzyiq faktorundan asılı olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3616