Eldar Namazov Milli Şuradan getdi

25.01.2014 - 19:56

Heydər Əliyevin keçmiş köməkçisi işlərinin çoxluğun bəhanə gətirib

 
“EL” Hərəkatının sədri Eldar Namazov Milli Şurada fəaliyyət
göstərib-göstərməyəcəyi haqda qərarını verib. Bu haqda Qaynar.info-ya
Eldar Namazovun özü bildirib. Onun sözlərinə görə, “EL” Hərəkatı ilə
Milli Şuranın münasibətinə bir müddət əvvəl aydınlıq gətiriblər: “Biz
Milli Şurada  iştirak edib-etməməklə bağlı qərarın fərdi qaydada
verilməsini düzgün hesab etmişdik. “EL” Hərəkatının Milli Şurada olan
üzvlərinin bəzisi bu qurumdan çıxdığını bildirib, bəzi üzvlərimiz isə
Milli Şurada fərdi qaydada fəaliyyətini davam etdirir. Mənim özüm də,
mətbuata açıqlamam zamanı bildirmişdim ki, gələcək fəaliyyətimi daha çox
hərəkatın təşkilatlanma məsələlərinə həsr etməyi planlaşdırıram.
Yanvarın 24-də hərəkatın İdarə Heyətinin toplantısı keçirilib, qurultaya
hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinə
sədrlik mənə həvalə olunub. Bizi qarşıda  kifayət qədər böyük təşkilati
işlər gözləyir. Eləcədə qurultayın keçirilməsi, hərəkatın rəsmən dövlət
qeydiyyatına alınması, qarşıdan gələn bələdiyyə və parlament
seçkilərində iştirak etmək kimi niyyətimiz var. Bütün bu işlərin
çoxluğunu nəzərə alaraq, mən Milli Şurada fərdi fəaliyyətimə xitam
verirəm”.
Eldar Namazov sonda Milli Şurada qalan, eləcə də bu
qurumdan çıxan və əvvəldən Milli Şuraya qoşulmayan dostlara uğurlar arzu
edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930