Azərbaycan hakimiyyəti ABŞ-a qarşı savaş açıb
Ukrayna hadisələrindən təşvişə düşən iqtidar yenə də Qərbi şantaj etməyə başlayıb
Ukraynada Avrointeqrasiya savaşının getdiyi bir ərəfədə “Freedom House”
təşkilatının Azərbaycan hakimiyyətini növbəti dəfə tənqid atəşinə
tutması iqtidarın ciddi narahatlığına səbəb olub. Hakmiyyətdaxili
mənbələrdən “Azadlıq”a sızan məlumatlarda bildirilir ki, Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun
timsalında “Freedom House” təşkilatına sərt cavab verilməsi məhz bu
narahatlığın təzahürüdür.
Məlumat üçün deyək ki, “Freedom House”
təşkilatının rəhbəri Devid Kremer ABŞ hakimiyyətinə yaxın şəxs sayılır.
Devid Kremer ABŞ dövlət katibinin köməkçisi vəzifəsində işləyib. Onun
açıqlamaları adətən ABŞ hakimiyyətinin mövqeyi, mesajları kimi qəbul
edilir. Bu baxımdan ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin
“Freedom House” təşkilatına hücumunun əslində ABŞ hakimiyyətinə
yönəldiyini söyləmək olar. “Üslində bu hücum “Turan” informasiya
agentliyinin direktoru Mehman Əliyevlə bağlı təxribatla başlayıb. Yəni
Ukrayna hadisələrindən narahat olan hakimiyyət qabaqlayıcı tədbir kimi
bu addımı atmışdı. Mehman Əliyevə qarşı bu təxribat Qərbi şantajdan
başqa bir şey deyildi. Bunun ardınca Qərbə qarşı açıq hücumun olacağı
gözlənilirdi”,- deyə ekspertlər bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3669