Məmurlar dəfnə ayrılmış pullara göz dikib

27.01.2014 - 21:35

Cənubi Afrika Respublikasında (CAR) bu ölkənin sabiq prezidenti
Nelson Mandelanın dəfninə ayrılan pulların necə xərclənməsinə dair
araşdırmalar başlayıb.

 
“The Times” nəşrinin verdiyi xəbərlərə görə, CAR mətbuatında yerli
məmurların həmin pulların böyük hissəsini oğurlamasına dair şübhələr
yayılıb.

CAR-da hakimiyyət başında olan Afrika Milli Konqresi (AMK) dəfn
mərasiminə ayrılan pulların hara və necə xərclənməsi məsələsini
araşdırmağı vəd edib.

Amma yerli mətbuat yazır ki, dəfnə ayrılmaış pulların bir hissəsi –
5,9 milyon CAR randı (532 min ABŞ dolları) elə hakim AMK partiyası
tərəfindən mənimsənilib. Hakim partiya həmin pulları məmurların birinə
bağlı olan nəqliyyat şirkəti vasitəsilə mənimsəyib.

Qeyd edək ki, hazırda CAR-da hakimiyyət başında olan
rejim dəfələrlə korrupsiyada ittiham olunub. O cümlədən hazırkı
prezident Ceykoba Zumunun paytaxtdan kənarda – Kvazulu-Natal vilayətində
özünə dövlət vəsaiti hesabına şəxsi ev inşa etdirməsi faktları üzə
çıxmışdı. Bu evin tikintisinə 18,5 milyon ABŞ dolları həsmində dövlət
xərclənib. Həmin malikanədə nəhəng hovuz, iki vertolyot meydançası,
yeraltı sığınacaqlar, polislər və mühafizəçilər üçün 20 ayrıca ev,
həmçinin prezidentin qohumlarının qalması üçün 14 rondavel (ənənəvi
Afrika evi) var.

CAR-ın keçmiş prezidenti Nelson Mandelanın dəfninə gəlincə isə bu
mərasim dekabrın 15-də onun doğma kəndi Kunuda həyata keçirilib. CAR-da
aparteid rejimi ilə fəal mübarizə apardığına görə 27 il həbsxanada yatan
və 1993-cü ildə Nobel Sülh mükafatı alan N.Mandelanın vəfatı ilə
əlaqədar ölkədə 10 günlük matəm elan olunmuş, silsilə tədbirlər
keçirilmiş və buna xeyli vəsait xərclənmişdi. İndi isə həmin pulların
bir qisminin korrupsioner məmurlar tərəfindən oğurlanmasına dair faktlar
ortaya çıxır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3737

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031