Baş nazir istefa verdi

28.01.2014 - 13:21

Ali Rada hökumətin tərkibinin dəyişdirilməsi məsələsinə baxacaq

 
Bu gün Ukrayna hökuməti üçün həlledici gündür. Ali Radanın saat 10.00-da
keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişdirilməsi
məsələsinə baxılacaq. “Regionlar Partiyası”nın parlament fraksiyası
liderinin müavini Mixail Çeçetov bildirib ki, Ukraynanın hakim partiyası
Nikolay Azarovun rəhbərlik etdiyi hökumətin istefasına səs verməyə
hazırdır. Onun sözlərinə görə, Rada N.Azarov hökumətinin istefasına səs
versə, baş nazir postu dərhal “Batkivşina” partiyasının lideri Arseniy
Yatsenyuka veriləcək.
Ukraynanın baş naziri Nikolay Azarov da məsələ ilə bağlı açıqlamasında
bildirmişdi ki, Ali Rada hökumətin istefasına səs verərsə, Nazirlər
Kabineti getməyə hazırdır. Onun sözlərinə görə, hökumətin istefası
məsələsi parlamentin səlahiyyətindədir. Parlament kifayət qədər səs
toplayacağı təqdirdə hökumət istefaya gedəcək: “Mən bundan əvvəl də
demişdim ki, belə prosedur mümkündür”.
Qeyd edək ki, Ukrayna müxalifəti eyni zamanda, daxili işlər naziri
Vitali Zaxarçenkonun istefasını, mitinqlərdə tutulanların buraxılmasını
və Maydanın dağıdılmasında iştirak edənlərin cəzalandırılmasını tələb
edir. Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis
arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan
yaralanıb. Iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərinin sayı isə
300-dən artıqdır.
Bu arada, Ukraynanın iqtisadi durumu da ürəkaçan deyil. 2013-cü ilin
dekabr ayında Ukraynanın dövlət borcu 6,31 faiz artaraq 73,078 mlrd.
dollara çatıb. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin rəsmi
saytında yerləşdirilib. Son bir ildə Ukraynanın dövlət borcu 13,31 faiz
artıb.
Ukraynadan gələn son xəbərlərə görə, Ukraynanın baş naziri Nikolay Azarov istefa verib. Bu barədə Nazirlər kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

İstefa ərizəsində
Azarov bildirib ki, ölkədə yaranmış konfliktli situasiya iqtisadi və
sosial inkişafa mane olur, Ukrayna cəmiyyətinə təhlükə yaradır.

Ukrayna mətbuatı baş nazir Nikolay
Azarovun Avstriyadakı daşınmaz əmlakı və ailəsinin biznesi barədə geniş
məlumat yayıb. Qəzetin yazdığına görə, ölkədə vəziyyət mürəkkəbləşsə,
Azarovun qaçmağa yeri var. Bu yer Avstriyanın paytaxtın Viyana
şəhəridir. Bu şəhərdə baş nazirin nəinki daşınmaz əmlakı. Eyni zamanda
geni biznes şəbəkəsi də var. Azarovun həyat yoldaşı da bu ölkədə daimi
yaşayış hüququna malikdir.

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3752

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930