Milli Şura AŞ PA üzvlərinə müraciət ünvanlayıb

28.01.2014 - 14:55

Azərbaycanın gerçək AŞ PA
dəyərlərinə – demokratiyaya, insan hüquqlarının qorunması, qanunun aliliyi kimi
dəyərlərə, Azərbaycan xalqının maraqlarına yaxınlaşmasını arzulayırıq

Azərbaycanın gerçək AŞ PA
dəyərlərinə – demokratiyaya, insan hüquqlarının qorunması, qanunun aliliyi kimi
dəyərlərə, Azərbaycan xalqının maraqlarına yaxınlaşmasını arzulayırıq

 

 

 

 

27 yanvar 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının qış
sessiyasının iştirakçılarına Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının
müraciəti yayılıb. Müraciət qurumun Koordinasiya Şurasının qərarı ilə
hazırlanıb. Müraciətdə AŞ-nın indiyədək olan yanlış qərarlarının və güzəştli mövqeyinin
ölkədə demokratiya və insan haqları ilə bağlı durumun pisləşməsinə, siyasi
məhbusların sayının hədsiz artmasına səbəb olması vurğulanır, Avropa Şurasına
Avropa dəyərləri, ümumi öhdəliklər və Azərbaycan xalqının maraqları naminə
prinsipallıq göstərməyə çağırış edilir.

Müraciətin
mətni aşağıdakı kimidir:

Azərbaycan Avropa Şurasına üzv olduğu
2001-ci ildən xalqımız demokratiya və tərəqqi ilə bağlı ümidlərini bu
təşkilatla bağladı. Vətəndaşlarımızın AŞ PA-da üzvlüyün ölkədə insan hüquqları
və azadlıqlarının təminatının daha yüksək və etibarlı mexanizmlərinin
formalaşmasına şərait yaradacağı ilə bağlı ciddi gözləntiləri vardı. Təəssüf
ki, ötən 13 il ərzində bu gözləntilər nəinki özünü doğrultmadı, əksinə, bu gün
AŞ PA bir funksional təsisat kimi öz nüfuzunu əhəmiyyətli dərəcədə itirmişdir.
Azərbaycanlıların bu Avropa insan hüquqları institutuna inamlarının azalmasında
2013-cü ilin yanvar sessiyasında cənab Ştrasserin Azərbaycanda siyasi
məhbuslarla bağlı qətnaməsinin Parlament Assambleyasında qəbul olunmamasının
müstəsna rolu olmuşdur. Bu, əslində, qətnamənin və cənab Ştrasserin deyil, AŞ PA-nın,
Azərbaycanın və ümumilikdə insan hüquqlarının məğlubiyyəti idi. Eyni zamanda,
bu avtoritarizmin demokratiya, “kürü” diplomatiyasının Avropa dəyərləri
üzərində qələbəsi idi. Təsadüfi deyil ki,
bu uğursuzluqdan sonra Azərbaycan iqtidarı özünü daha əmin hiss edərək
demokratik düşərgəyə, vətəndaş cəmiyyətinə qarşı basqıları gücləndirdi.
Nəticədə, siyasi və vicdan məhbuslarının
sayı əhəmiyyətli dərəcədə artdı. AŞ PA-dakı kürüsevər dostlarımızın da
sayəsində bu gün ölkəmizdə təqribən 140 siyasi və vicdan məhbusu var. Məhz
Strasburq “qələbəsindən” ruhlanan Azərbaycan hakimiyyəti öz
repressiv davranışlarını artıq AŞ PA-nın mövqeyi ilə əsaslandırmağa çalışır.
Belə ki, prezident İlham Əliyev Azərbaycanda siyasi məhbus olmadığını və bunu
AŞ PA-nın da məlum qətnaməyə səs verməməklə təsdiq etdiyini yazır.

Ötən 13 il ərzində Azərbaycanın
öhdəliklərinin icrası ilə bağlı qəbul edilmiş bütün qətnamələrdə ildən-ilə
təkrarlanan tələblər kağız üzərində qalmaqdadır. Azərbaycanda kütləvi
saxtakarlıqlarla müşahidə olunmasına, ATƏT və Avropa Birliyi tərəfindən kəskin tənqid
olunmasına baxmayaraq, AŞ PA-nın qısamüddətli müşahidəçiləri tərəfindən müsbət
dəyərləndirilən son prezident seçkiləri Azərbaycanda son 20 ildə baş verən
seçki saxtakarlıqlarının kulminasiya nöqtəsi oldu. Bu seçkilər müstəqil
Azərbaycanda keçirilən ən pis və saxta seçkilər kimi tarixə düşdü. Bu həm də
ona görə baş verir ki, Azərbaycan hakimiyyəti bu günədək AŞ PA-nın seçki
komissiyalarının tərkibi ilə bağlı təkliflərinə əhəmiyyət verməməkdədir.

Məhkəmə hakimiyyətinin disfunksionallığı
getdikcə daha ciddi xarakter alır və o, tamamilə nüfuzunu itirmişdir. Bu gün
Azərbaycanda insanlar milli məhkəmələrə yalnız Avropa Məhkəməsinə gedən yolda
zəruri bir mərhələ kimi müraciət edirlər. Gənc fəallar, bloggerlər,
jurnalistlər, siyasi liderlər və sadə insanlar saxta narkotika, qanunsuz silah
gəzdirmək, iğtişaş və s. ittihamlarla şərlənərək həbs edilir, fiziki və mənəvi
işgəncələrə məruz qalır, siyasi opponentlərə qarşı sifarişli diffamasiya
ittihamları ilə cinayət təqibi aparılır,
həmçinin Avropa Məhkəməsinin qərarları icra olunmur.

Parlament hakimiyyətinə olan etimad da,
eynilə məhkəmə hakimiyyətinə münasibətdə olduğu kimi yox səviyyəsindədir.
2012-ci ilin sentyabr ayında ortaya çıxan məşhur “Gülərgate” qalmaqalı
Azərbaycanda parlamentin necə formalaşması, deputat yerlərinin necə, neçəyə və
kimlər tərəfindən satılması suallarına təfsilatı ilə aydınlıq gətirdi. Məlum oldu ki, Azərbaycanda yalnız bir
“seçici” var və xalqın ali iradəsini də məhz o “formalaşdırır”.
Beləliklə, ölkəmizdə hakimiyyətin hər üç qolu – icra, məhkəmə və qanunvericilik
mexanizmlərinin disfunksionallığı göz önündədir.

Təəssüf ki, Azərbaycanın Avropa Şurası ilə
əməkdaşlığının 14-cü ilində biz bəzi parametrlərə görə hətta üzvlükdən öncəki
durumla müqayisədə daha pis vəziyyətlə üz-üzəyik. Məsələn, bu gün Azərbaycanda
müstəqil medianın durumu 2001-ci illə müqayisədə əhəmiyyətli dərəcədə pisləşib.
Ölkədə bir müstəqil televiziya kanalı yoxdur. Ölkənin iki ən böyük müxalifət
partiyalarının vaxtilə şəhərin mərkəzlərində olan ofisləri əlindən alınıb.
Günü-gündən daha da repressivləşən məhdudiyyətlərlə müstəqil QHT-lərin
fəaliyyəti demək olar iflic olunub. Siyasi fəallar işləmək imkanlarından
məhrumdur, onların nəinki özləri, ailələri də təqib olunur. Bu gün Azərbaycanda
hakimiyyətə qarşı tənqidi fikir səsləndirmək həyat üçün təhlükəyə çevrilmişdir.

Azərbaycan demokratlarının və vətəndaş
cəmiyyətinin geniş birliyi olaraq biz AŞ
PA-dan Azərbaycandakı insan hüquqlarının və azadlıqlarının pozulmasına
münasibətdə daha prinsipial və qətiyyətli mövqe gözləriyik. Biz AŞ PA-nın
Azərbaycan hakimiyyətinin “dəyərlərinə” yox, Azərbaycanın gerçək AŞ PA
dəyərlərinə – demokratiyaya, insan hüquqlarının qorunması, qanunun aliliyi kimi
dəyərlərə, Azərbaycan xalqının maraqlarına yaxınlaşmasını arzulayırıq. Biz
tezliklə AŞ PA-da demokratiya və azadlıqsevərlərin səsinin kürüsevərlərin
səsini üstələyəcəyini səbirsizliklə gözləyirik.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=3753

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930