Əli Həsənov məsuliyyəti beynəlxalq təşkilatların üzərinə atır

29.01.2014 - 14:16

Vətəndaşlarımızın Suriyaya göndərilməsində bəzi beynəlxalq təşkilatlar iştirak edir

Vətəndaşlarımızın Suriyaya göndərilməsində bəzi beynəlxalq təşkilatlar iştirak edir
 
“Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla
səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən
Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak
edirlər”. “Azərbaycanın müvafiq dövlət qurumları vətəndaşlarımızın
Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı məsələ ilə məşğuldur”. Bunu mətbuata açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə
yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də
bu işlə yaxından məşğuldurlar: “Xarici ölkələrdəki səfirliklərimiz bu
məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı
gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar
nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq
təşkilatlar da iştirak edirlər”. 

PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz
torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var:
“Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə
iştirak etmir və etmək niyyəti də yoxdur.  O zaman nəyə görə bizim
vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına
çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını
almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı
daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların
hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün
vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam
etdirir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3772

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930