Hakimiyyət ABŞ Konqresinu pulla ələ alır
ABŞ diplomatından çağırış: “bütün vətənpərvər
əhval-ruhiyyəli azərbaycanlılar və amerikalılar öz səslərini ucaldaraq buna son
qoyulmasını tələb etməlidirlər”
Amerikanın
aparıcı qanunvericilərindən və onların əməkdaşlarından ibarət qrup ötən payızın
sonlarında Bakıya ekskursiyaya gələrək dəbdəbəli otellərdə qaldılar, şəhərin
tarixi yerlərini gəzdilər və ikitərəfli münasibətlərə dair “brifinq”
keçirdilər. Nümayəndə heyətinə konqresmen-demokratlar Cim MakDermot və Donald
Peyn, respublikaçı Billi Lonq və digərləri daxil idi. Onlar Bakıda prezident
İlham Əliyevlə görüşdülər, Azərbaycanda “çevik inkişaf proseslərini”
təriflədilər. Səfər elə bir zamanda baş tutmuşdu ki, (21-16 noyabr) həmin ərəfədə
neftlə zəngin ölkənin rəhbərliyi prezident seçkilərini mənfi qiymətləndirdiyinə
görə Amerika administrasiyasını tənqid etmişdi. Belə ki, həmin seçkilərdə
üçüncü dəfə namizədliyini irəli sürmüş İ.Əliyev öz ailəsinin idarəçiliyini
uzatmaq üçün çox böyük qələbə qazanmışdı.
Tam
ödənilmiş səfər görünür, konqresmenlərin təkcə 2013-cü ildə Azərbaycana olan 36
səfərindən biri idi. ABŞ Ədliyyə Nazirliyinin qeydlərinə uyğun olaraq ümumi
xərclər 260 min dollar dollar təşkil
edib. Nyu-Yorkda Turan-ın Vaşinqton müxbirinə təqdim edilən rəsmi məlumatlara
görə, Humpty Dumpty Institute qrupu və AzpodMMC noyabrda konqresmenlərin səfəri üçün40 min dollara yaxın xərcləyib.
Bakıya
səfər edən konqresmenlər səfərin detallarını açıqlamırlar. Hələlik illik
maliyyə formaları haqda bildirilir ki, bu da iyundan tez buraxılmayacaq.
Konqresmenlərin ofisi bu mövzunun şərhindən imtina ediblər. Eyni zamanda
səfərdən xəbərdar olan bir vaşinqtonlu lobbiçi anonim olaraq Turan-ın müxbirinə
bildirrib ki, səfər azərbaycanlı vergiödəyicilərinə “səmərəli qiymətə” başa
gəlib. O əlavə edib ki, belə səyahətlərdə məqsəd “faktlarla tanışlıq” olub.
“Bu cür
xarici səfərlər əsasən xarici dövlətlərə
işləyən lobbiçilər tərəfindən təşkil edilir və bu əsasda müəyyən gündəliyə
malik olur”, – o bildirib. HələlikHumpty Dumpty Institute məmurları bu mövzuda KİV-ə məlumat verməkdən
imtina edirlər, Azpod MMC -ni isə tapmaq mümkün deyil. Konqresin məlumatlarını
toplayan LegiStorm saytının xəbərinə görə, Azərbaycan hökumətinin dəstəklədiyi
bu qrup Bakıda 2093, 5A, İ.Abışov
küçəsində yerləşir, azpod.az-ın veb-saytı isə İnternetdə tapılmayıb.
ABŞ
paytaxtından bu cür səfərləri tənqid edənlər deyirlər ki, reallıqları nəzərə
almadan, avtoritar ölkələrin maliyyələşdirdiyi səfərləri həyata keçirmək
Nümayəndələr Palatası və Senat üzvləri üçün “yolverilməzdir”. “Bu, Azərbaycan
hökumətinin Konqres və onun üzvlərini ələ almaq üçün neftdən istifadə etmək
cəhdlərindən başqa bir şey deyil”, – keçmiş amerikalı diplomat Turan-ın
müxbirinə bildirib. O əlavə edib ki, bütün vətənpərvər əhval-ruhiyyəli
azərbaycanlılar və amerikalılar öz səslərini ucaldaraq buna son qoyulmasını
tələb etməlidirlər”.
Bu arada
Humpty Dumpty Institute konqresmenlərdən ibarət nümayəndə heyətinin Azərbaycana
daha bir səfərini hazırlayır. Bu barədə Turan-a rəsmi mənbə bildirib. Səfər
martın 14-19-da baş tutacaq.Hələlik səfərin proqramı açıqlanmayıb. Lakin
əvvəlki səfərlərdən də görünür ki, qanunvericilər və onların əməkdaşları
Azərbaycanın neft dollarlarının sayəsində Bakıya daha bir səfərdən zövq almaq niyyətindədir.
“Turan”
Short URL: http://www.cumhuriyyet.net/?p=3780