PKK-dan Azərbaycana böyük təhdid
Separatçı kürd şəbəkəsi Naxçıvana iddiada
bulunacaq
Azərbaycanlı
gömrük məmurunun Türkiyədə həbsindən sonra bölücü kürdlərin terror təşkilatı
olan PKK-nın Azərbaycanda da dayaqlarının olması ilə bağlı məsələlər yenidən
gündəmə daşınıb. Məsələn, iddia olunur ki, Türkiyədə
həbsdə saxlanılan azərbaycanlı məmur artıq PKK-Azərbaycan əlaqələri ilə bağlı
mühüm bilgiləri qardaş ölkənin xüsusi xidmət orqanlarına çatdırıb.
Bununla
bağlı “Yeni Cumhuriyyət”ə daxil olan informasiyalar isə PKK-nın Bakıdakı
dayaqları ilə bağlıdır. Redaksiyamızın elektron ünvanına
göndərilən informasiyada əslində əksəriyyət üçün bəlli olan bir sıra faktlar
açıqlansa da, yeni məlumatlar da yetərincədir. Daxil olan xəbərdə deyilir: “Bu
gün Azərbaycanda PKK terror təşkilatı çox ciddi dayaqlara malikdir. Dövlətin
üst qatında bu təşkilata dəstək verən simalar var. Bu dəstək həm pul
formasındadır, həm də siyasi baxımdan verilir. Məsələn, son on ildə Azərbaycana
25 minə yaxın kürd əsilli şəxs köçürülüb və onların hamısına Azərbaycan
vətəndaşlığı verilib. Onlar bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində
məskunlaşdırılırlar. Onların əsas sıx yaşadıqları yerlər Lənkəran, Qazax,
Samux, Xaçmaz və digər rayonlardır. Adları
çəkilən rayonlarda isə onlar üçün ayrıca yaşayış massivləri salınıb. Məsələn,
Lənkəranda artıq gəlmə kürdlərin iki kəndi var və onlar sürətlə Azərbaycan
dilini öyrənirlər. Onların bu şəkildə Azərbaycana yerləşdirilməsində başlıca
maraq himayədarlarının özlərinə güvənli məntəqələr formalaşdırma niyətiylə
əlaqədardır. Yəni ictimai-siyasi proseslərdə məhz həmin
adamlar önə çəkilir. Artıq gəlmə kürd ailələrinin birinin yetirməsi bu gün çox
ciddi biznesmen kimi tanınır. Bu haqda mətbuat az məlumatlıdır”.
Mənbə iddia edir ki, gəlmə kürd ailələrinin
adları və soyadları Azərbaycan ad və soyadlarına uyğun olaraq dəyişdirilir:
“Bütün bu işlərin isə dövlətin nüfuzlu simalarının dəstəyi olmadan həyata
keçirilməsi imkansızdır. Onlar dərhal işlə təmin olunurlar. Əsasən İrandan,
İraqdan və Türkiyədən köçürülən bu ailələr türk dilini, Azərbaycan türkcəsini
bildiklərindən onlara Şimali Azərbaycan türkcəsinin özəlliklərinə də yiyələnmək o
qədər də çətin olmur. Ona görə də qısa müddət içində
cəmiyyətimizə qaynayıb-qarışa bilirlər”.
Mənbə bildirir ki, onların bu şəkildə
yerləşdirilmələrinin bir səbəbi də Azərbaycanda ayrıca olaraq kürd toplumunun
formalaşdırılmasıdır: “SSRİ-nini son statistik rəqəmlərinə görə, Azərbaycanda
18 minə yaxın kürd əsilli vətəndaş yaşayıb. Qərbi Azərbaycandan köç düşəndə isə
daha 3 min kürd əsilli şəxs Azərbaycan vətəndaşlığını aldı. Yəni ermənilər
onları da Azərbaycan türkləri ilə birgə Ermənistan adlanan ərazidən qovdu. Yəni
sonuc olaraq Azərbaycanda SSRİ dağıldığı ərəfədə 21 min kürd əsilli vətəndaş
var idi. Və ən yaxşı halda bu gün onların saylarının 30 min olmalı olduğu
təqdirdə isə hazırda gəlmələrlə bir yerdə 60 minə yaxın kürd əsilli vətəndaş
var. Bu isə ciddi rəqəmdir”.
Mənbə iddia edir ki, bir qrupu böyük biznes
imkanlarına malik olan kürd əsillilərin müəyyən bir qrupu da vəzifə başında,
ayrı-ayrı güc strukturlarında yerləşiblər: “Onlardan müxtəlif dönəmlərdə
istifadə olunur. Amma ən əsası odur ki, həmin imkanlar bu gün PKK-ya və Şimali
İraqa dəstək üçün yönəldilir. Doğrudur, artıq Şimali İraqda ciddi şəkildə
möhkəmlənən kürdlərin Azərbaycandan veriləcək hər hansı dəstəyə ehtiyacları
yoxdur. Amma Azərbaycandakı gücləri bu gün birbaşa olaraq PKK-ya yönəldilir”.
Xatırladaq ki, bu günlərdə kürdlərə məxsus
telekanalların birində Azərbaycanın Naxçıvan ərazisi qondarma Kürdüstan dövlətinin
torpağı kimi göstərilmişdi. Bunu xatırladan mənbə bildirir ki, Azərbaycanda
yaxın gələcəkdə Naxçıvan ərazisində kürd topluluğunun ən sıx yaşayış mərkəzinin
yaradılması da planlaşdırılır: “Bu dəhşətli plana məlumatı olan məmurlarımız –
türk əsilli məmurlarımız göz yumur. Amma nahaq yerə. Çünki söhbət Azərbaycanın
dövlət və milli maraqlarından gedir. Belə olan təqdirdə susmaq yox, müdaxilə
etmək lazımdır”.
Onu da bildirək ki, redaksiyamıza göndərilən
materialda daha ciddi məqamlara toxunulub və bu gün bölücü kürdlərə dəstək
verən məmurların kimlikləri, habelə onlara məxsus obyektlərlə bağlı da
informasiyalar qeyd olunub. Həmin faktları da yaxın vaxtlarda diqqətinizə
təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
“Siyasət
şöbəsi”
Short URL: http://www.cumhuriyyet.net/?p=3814