Cəmil Həsənlidən İlham Əliyevə xəbərdarlıq

31.01.2014 - 03:16
“Bu yanğın dalğası
prezident aparatına çatana qədər İlham Əliyev analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq”

Milli Şuranın sədri Cəmil Həsənli  son zamanlar insanların özlərini nümayişkarənə şəkildə yandırmasına münasibət bildirib. O Facebook səhifəsində yazır:     

“Bu gün Məleykə Bayramlı adında daha bir Azərbaycan vətəndaşı şəhərin
mərkəzində od vurub özünü yandırdı. Artıq biz hər gün insanların özünü
yandırması haqqında məlumatlar alırıq. Qarabağ qazilərinin alov bürümüş
bədənlərinin saçdığı atəş az qala ekranları da yandırsın. Bunları
görməyən, özünü alova bürümüş insanların odununa qızındıranlar ölkəni bu
vəziyyəti salmalarından utanmalıdırlar, bu atəşin onları da
bürüyəcəyinin fərqində olmalıdırlar. Ölkənin dövlət idarəsində,
məhkəməsində, polisində prokurorluğunda qanun görməyən, ədalət tapmayan
insanlar çıxış yolunu oda tapınmaqda görürlər.
Bu dəhşətli faciədir. Belə getsə ölkəmizi alov bürüyəcək. Heç kəs özünü
bu yanğın dalğasından uzaq hesab etməsin. Korrupsioner, kriminal
idarəçiliyin yeritdiyi siyasətin tüstüsü bütün ölkəni bürüyür, alovu
ərşü-əlayə qalxır. Yanan insanlardır. Görünür bu yanğın dalğası
prezident aparatına çatana qədər İlham Əliyev dözümlülük göstərəcək,
analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq. Xalqdan səlahiyyət
almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir
iqtidarın siyasətidir yanan, indi insan qoxulu tüstüsü hər tərəfi
bürüməkdədir. Azərbaycan vətəndaşının Azərbaycan neftindən nəsibi özünü
alova bürüyəcək bir butulka benzin qədərdir”, Həsənli qeyd edir.
Xatırladaq ki, yanvar ayında ölkədə iyirmidən çox intihar edib. Onların
bəziləri nümayişkaranə şəkildə etiraz olaraq özünü yandırıb

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031