AŞ PA Əliyev rejiminə ciddi zərbə vurdu
9 oktyabr seçkilərinin total
saxtakarlığından sonar dünya ictimaiyyəti, o cümlədən AŞPA daha əvvəlki kimi
Əliyevlərə sıcaq münasibət sərgiləmir
Bir neçə gündür Strasburqda davam
edən Avropa Şurası Parlament Assambleyası Azərbaycan hökümətini məyus edən qərarlar
qəbul etməkdədir. Sessiyanın ilk günündə Lüksemburq parlamentarı Ann Brassor
(Anne Brasseur) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti
seçilib. O, bu vəzifəyə yanvarın 27-də AŞPA-nın qış sessiyasının plenar
iclasında alternativ seçkilər zamanı layiq görülüb. Səsvermədə iştirak edən 290
deputatdan 165-i Brassorun lehinə səs verib.
Əliyevə
“hə” deyənlərə, AŞPA- da “yox” deyildi
Digər namizəd, britaniyalı Robert
Valteri cəmi 125 deputat dəstəkləyib. Qeyd edək ki, mövcud ənənəyə əsasən bir
qayda olaraq AŞPA siyasi qrupları tərəfindən irəli sürülən namizədlər növbə ilə
assambleyanın prezidenti olur. Lakin bu dəfə Brassoru irəli sürən Liberal
Demokratlar Alyansının növbəsi gəlsə də, müxtəlif fraksiyalardan olan bir qrup
parlamentari britaniyalı Valterin namizədliyini irəli sürüb. Maraqlıdır ki,
müstəqil müşahidəçilər Valteri AŞPA-da Azərbaycan hakimiyyətinin fəal lobbiçilərindən
və qızğın tərəfdarlarından biri hesab edirlər. O, 9 oktyabr 2013-cü il
prezident seçkilərinə müsbət qiymət verən AŞPA müşahidəçilər missiyasına rəhbərlik
edib. Bu mövqe seçkilər zamanı kütləvi pozuntuları tənqid edən ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının
qiymətləndirməsinə zidd olub.
Avropa İttifaqı, Aİ-nin aparıcı ölkələri və ABŞ
hökuməti ATƏT DTİHB-nin daha səlahiyyətli və peşəkar missiyasının rəyini rəhbər
tutublar.
Valter həmçinin 2013-cü ilin yanvarında
Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsəinin qəbul
edilməsinə fəal şəkildə etiraz edənlərdən olub.
Belə ki, Valter Ştrasserin məruzəsini tənqidi
qiymətləndirib. “Bu məruzə bloqlara və QHT-lərin hesabatlarına əsaslanır. Hesab
edirəm ki, bu, bizim işimizi nüfuzdan salır. Biz Ştrasserin məruzəsini rədd edəcəyik”,
deyə Valter müzakirələr zamanı bildirmişdi. Maraqlıdır ki, həmin məruzələr
zamanı AŞPA-nın hazırda seçilmiş yeni prezidenti Brassor əksinə, Ştrasserin məruzəsini
dəstəkləmişdi. O, AŞPA məruzəçisinə missiyasını yerinə yetirməsi üçün viza
verilməməsinin qəbuledilməz olduğunu bildirib. “Biz məhbusların bir qisminin
azad edilməsini alqışlayırıq, amma siyahıya yeni məhbuslar əlavə edilib.
İnsanların əqidələrinə görə həbsi yolverilməzdir”, deyə Brassor bildirib.
An Brasser kimdir?
Liberal-Demokrat Alyansı fraksiyasının
rəhbəri An Brasser AŞPA-nın iclaslarında Azərbaycan hökumətini kəskin tənqid edən
deputat kimi tanınıb. AŞPA-dakı
liberal-demokrat alyansı Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasını
(LDAP) təmsil edir. Bu quruma Avropa Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən
liberal və liberal-demokratik yönümlü partiyalar daxildir. Partiya 2004-cü ildə
Avropa Parlamentində liberal-demokrat alyans formalaşdırıb. Partiya Avropa
Parlamentində 75 deputatla üçüncü yer tutur. AŞ PA-da bu partiyanın fraksiyası
fəaliyyət göstərir. LDAP-ın AŞ PA-dakı fraksiyasına adıçəkilən Ann Brasser rəhbərlik
edir. Lüksemburqdan olan bu xanım deputat Demokrat Partiyasını təmsil edir.
AŞPA- dan
insan haqlarının pozulmasına sərt reaksiya…
AŞPA- nın qış sessiyasında daha bir diqqət çəkən məsələ
bir qrup azərbaycanlı QHT- lərin quruma ünvanladığı müraciətə parlamentarilərin
dəstək verməsi olub. Müraciətdə insan haqlarının durumu kəskin pislənilir və
Anar Məmmədli, İlqar Məmmədov başda olmaqla qanunsuz həbsdə olan şəxslərin
qeyd- şərtsiz azadlığa buraxılması tələb olunur.
Görünən odur ki, Əliyev rejiminin xarici siyasəti
suquta ugramaqdadır. 9 oktyabr seçkilərinin total saxtakarlığından sonar dünya
ictimaiyyəti, o cümlədən AŞPA daha əvvəlki kimi Əliyevlərə sıcaq münasibət sərgiləmir.
Əksinə onun istək və arzularına, yürütdüyü siyasətə əks mövqe sərgiləyir. Avropa Şurasının Parlament Assambleyası (AŞPA)
Ukraynadakı mövcud durmla bağlı qətnamə də qəbul edib. Sənəddə Ukraynada insan
haqlarının pozulması
halları qınanır. Qətnamədə həmçinin
deyilir ki, Ukrayna xalqının aksiyası güc yolu ilə dağıdılarsa Viktor Yanukoviç
hökumətinə qarşı sanksiyalar tətbiq oluna bilər. Bu qərardan Azərbaycan hökümətinə
ünvanlanan mesaj var. İnsanların sərbəst toplaşmaq və söz azadlığına hörmətlə yanaş, əks təqdirdə
sanksiyalar tətbiq oluna bilər…
Hakimiyyətin
“Maqnitski qadağası” qorxusu gerçəkləşdi
Artıq siyasi
terminə çevrilmiş bu qadağa Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr
Komitəsi tərəfindən “Maqnitski qanunu” adı il tanınan qanun layihəsini təsdiq
etməsindən sonra populyarlaşıb. Xatırladaq ki, “Sergey Maqnitski-qanunun
aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey
Maqnitskinin həbsxanada ölümülə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə
qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.
Xarici
Əlaqələr Komitəsində səsvermə nəticəsində qəbul edilmiş qanun layihəsi ilə
Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza
verilməsi qadağa edilir və onların ABŞ-dakı hesabları dondurulur. Xarici
Əlaqələr komitəsindən sonra qanun Nümayəndələr Palatasında tam tərkibdə
səsverməyə qoyulmazdan öncə daha iki komitədə təsdiq edilməlidir.
Qeyd edək ki, məlum qadağanın tətbiqi özündə həm siyasi, həm də isqisadi
məhdudlaşdırmanı nəzərdə tutur. Elə bu səbəbdən də adıçəkilən qadağanın tətbiqi
haqda söhbətlər bir qayda olaraq diktatura ilə yönəldilən dövlətlərdə böyük
maraqla qarşılanır. Bu günə qədər sözügedən qadağa bir sıra dövlətlərin rəsmilərinə
şamil edilib və təhlilçilərin qənaətinə görə, qadağanın tətbiqi digər
sanksiyalarla müqayisədə daha böyük faydalar verir. Çünki bu həm həmin qadağaya
məruz qalan məmurların xaricə çıxışını, rəsmi səfərlər etməsini əhəmiyyətli şəkildə
məhdudlaşdırır, həm də onların Qərb banklarındakı pul hesablarına böyük təhlükə
törədir.
Elə bu yaxınlarda Ukraynada bir sıra məmurlara tətbiq edilən qadağadan
sonra Yanukoviç hakimiyyətinin davranışlarındakı yumşalma da buna əyani
sübutdur. Təsadüfi deyil ki, “Maqnitski qadağası”nı həm də diktatorların
qorxunc röyası adlandırırlar. Elə Azərbaycan hakimiyyəti də sözügedən qadağanın
tətbiqində ciddi şəkildə əndişə keçirən rejimlər siyahısındadır. Hər halda bir
müddət öncə AŞPA-da “Maqnitski qadağa”sının tətbiqiylə bağlı keçirilmiş məlum səsvermədə
azərbaycanlı deputatların sərgilədiyi mövqe də həmin qorxunun nümayişindən
başqa heç nə deyildi.
AŞPA-da “Maqnitski qadağası” ilə bağlı qətnamə qəbul
olunsa da burada diqqət çəkən əsas məqamlardan biri də qətnamənin əleyhinə
hansı ölkənin təmsilçilərinin çıxması olub. Məlumdur ki, AŞPA-da səsvermə
adbaad olub, odur ki, kimin necə səs verdiyi də bilinir. “Yeni Cumhuriyyət” qəzeti olaraq səsvermənin rəqəmsal nəticələrini
oxucularımızın diqqətinə çatdırırıq: 151 səs – leyhinə, 25 səs – əleyhinə və 10
səs – bitərəf. Maraqlıdır ki, məsələnin əleyhinə səs verənlərin 16-ı Rusiya
deputatlarıdır, qalan 9 nəfərin 5-i isə Azərbaycan deputatları. Buna deyirlər
“like-minded states” (yəni, “eyni düşüncəli dövlətlər”). Bu məsələdə Rusiya
hakimiyyətinin Azərbaycandakı rejimin “düşüncə babası” olduğu özünü bir daha təsdiqləyib.
“Maqnitksiy məsələsi”- nin AŞPA- da qəbul
olunması yaxın gələcəkdə qanunları pozan bir sıra azərbaycanlı korrupsioner məmurlara
qarşı viza verilməməsi, onların xarici ölkələrdə olan bank hesablarına yasaq
qoyulması və ölkədən çıxmalarına sanksiyalar tətbiq edilə bilər. Məhz bu
qorxudan başda Səməd Seyidov olmaqla deputatlarımız qətnamənin əleyhinə səs
verməklə “torbada pişik” məsələsini yada salırlar. Yəni adama sual edərlər ki,
soğan yeməmisən, için niyə göynəyir?
Ştrasser Ombudsman vəzifəsində…
Bu arada
Azərbaycan hökümətinin “perona- non- qrata” (arzu olunmaz şəxs) elan etdiyi,
ölkəyə buraxmadığı AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristofer
Ştrasser Almaniyanın insan haqları üzrə müvəkkili (ombudsman) olur. Virtualaz.org saytı bu barədə alman mənbələrinə
istinadən xəbər verir. Məlumatda bildirilir ki, Sosial-Demokratlar
Partiyasından (SDP) olan 64 yaşlı deputat ölkəsinin yeni ombudsmanı olacaq və
bu postda Markus Löninqi əvəzləyəcək. Onun namizədliyi keçmiş xarici işlər naziri
Frank-Valter Ştaynmayer tərəfindən təqdim olunub.
O bu vəzifəyə layiq görüləcəyi təqdirdə Azərbaycana gəlişini əngəlləmək mümkün
olmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3871