İlham Əliyev diktatorlarla bir sırada…
Statistika
göstərir ki, son 7 ayda İlham Əliyev beynəlxalq birliklər, xüsusən dünyanın
demokratik dövlətləri və həmin ölkələrin prezidentləri tərəfindən qismən, son 4
ayda isə açıq- aşkar boykot olunur. Və diplomatik blokadaya alınıb.
Əliyev yalnız
beynəlxalq diplomatik blokadaya məruz qalmış diktatorlar Bəşər Əsəd, Kim Çen, Lukoşenko ilə müqayisə oluna bilər
“Yeni Cumhuriyyət” qəzetinin ötən sayında
“İlham Əliyev seçim qarşısında” adlı yazı dərc edilmişdi. Yazıda qeyd olunmuşdu
ki, İlham Əliyevin atası hesabına, zor və neftin gücünə
qurduğu səltənət, taxt-tac sona çatmaq üzrədir. Ərəb ölkələrində baş verən
inqilabi dəyişikliklərdən sonra qonşu Gürcüstanın ardınca Ukraynada baş
verənlər əlsində sıradan bir məsələ olmayıb demokratiya ilə avtoritarizmin,
Rusiya müstəmləkəsi ilə Avropaya İnterqrasiya arasında gedən ölüm- dirim
savaşıdır.
İlham Əliyev seçim qarşısındadır…
Bütün dünyanın gözünün bu gün Ukraynada olmasının həm də səbəbi odur ki,
orda 2 böyük və antiqonist qütbün, yanaşmanın müqəddəratı həll olunur. Bu
davanın sonucunun nə olmasından asılı olmayaraq bir şey qətidir ki, dünyanın
sivil yaşam və demokratik üsul idarəsi inkişafa və qələbəyə, avtoritarizmə
söykənən hər cür əsarəti, asılılığı, müstəmləkəçiliyi qoruyan mübarizə isə iflasa məhkumdur. Bir az da sadə
dillə desək Qərbin, Avropa Birliyinin inteqrasiya siyasəti öz sərhdələrini və
coğrafiyasını genişləndirməyə doğru davam etməkdədir.
Yazıda daha sonra qeyd olunurdu ki, Azərbaycandakı
vəziyyət son illərdə pisləşməyə doğru yön alsa da dünyanın ümumi düzəni pozitiv
istiqamətdə getməkdədir. Belə ki, ərəb ölkələrində baş verən inqilablar, avtoritar
rejimlərin süquta uğraması, Avropa Birliyinin öz sərhdələrini genişləndirməsi,
sosial şəbəkələrin virtual aləmə nüfuz etməsi və s. pozitiv məqamlardır.
Dünyanın demokratik düzəninin inkişaf etməsi, avtoritarizmə və korrupsiyaya,
çirkli pulların yuyulmasına, narkobiznes və insan alverinə qarşı mübarizənin
kəskin xarakter alması zor üzərində qurulan hakimiyyətlərin laxlamasına, xalqların
öz taleyini özlərinin iradəsi ilə həll etməsinə imkanları artırır. Necə
deyərlər diktaturanın və avtoritarizmin sonunu gətirir. Artıq İlham Əliyev
seçim qarşısındadır; o ya dünyanın demokratik düzəninə qoşulub ümumbəşəri
dəyərlərə hörmət etməli, həmin dəyərlərə sayqı göstərib Avropaya interqasiyaya
“hə” deməli, ya da bu dəyərləri qarşısına alıb diktatorlar- Bəşər Əsəd, Kim
Çen, Lukoşenko kimi dünyadan təcridolma yolunu tutub faciəli sonunu
gözləməlidir.
Atalardan oğullara qalan hakimiyyətlərə son…
Artıq
İlham Əliyev kimi hakimiyyəti atasından qəbul edib, 3 dəfə özünü prezident elan
edən dövlət başçılarının qara günləri gəlməkdədir. Dünya birliyi bu cür
hakimiyyəti əldə saxlamağı və idarə etməyi ikrahla, ironiya ilə qarşılayır və
qəbul etmir. Para, neft və ikili oyunlar hesabına öz xalqına yumruq göstərməyi
ölkə avtoritarlarına bağışlamaq və onların əməllərinə göz yummaq fikrində
deyil. Artıq dünya düzəni hakimiyyəti zorla, silah
gücünə, eləcə də seçkiləri saxtalaşdıraraq əldə saxlamağa çalışan dövlət
başçılarına qarşı etinasız münasibətini sərgiləməkdədir. Apardığımız
araşdırmalar maraqlı bir faktı ortaya çıxarır. 09 oktyabr seçkilərini
saxtalaşdıraraq hakimiyyəti zor gücünə əldə saxlayan İlham Əliyevlə ötən 4 ay
ərzində görüşən və təmasda olan, Bakıya təşrif buyuran rəsmi qonaqların
siyahısı çox məhdudur. İlham Əliyev 9
oktyabr seçkiləri ilə bağlı ölkəmizdə səfərdə olmuş, seçkilərə saxta rəy vermiş
müşahidə missiyasının rəhbərlərini, daha sonar isə heç bir səlahiyyəti olmayan
simvolik qonaqlar- Ruminiya, Estoniya, Serbiya, Latviya, Xorvatiya, AŞPA,
Bolqarıstannın keçmiş prezidentlərini, BP və Statoyl şirkətlərinin rəhbərlərini,
Avropa Olimpiya Komitəsinin sədrini qəbul etmiş, Qvineya, Zambiya, Cibuti,
Anqola, Yeni Zellandiya və s. ölkələrin səfirinin etimadnaməsini ümumi protokol
qaydasında qəbul edib, bir neçə ölkənin biznesmen depuataları ilə görüşüb.
Vilnüsdə Şərq Tərəfdaşlıq Sammitində və Davos Forumunda iştirak edib və formal
şəkildə bəzi rəsmi şəxslərlə görüşüb. Ötən müddət ərzində Bakıya səfər edən,
İlham Əliyevin qəbul etdiyi ən yüksək dövlət rəmsiləri isə Dağıstanın
qubernatoru, Gürcüstanın, Albaniyanın, Bolqarıstanın və Xorvatiyanın baş
nazirləri olub. Vəssalam! Düşünmək üçün bu kiçik də olsa çox önəmli və maraqlı
faktdır. İlham Əliyevə aid olan bu statistikanı ancaq beynəlxalq diplomatik
blokadaya məruz qalmış Suriyanın prezidenti Bəşər Əsədlə, Şimali Koreyanın dövlət başçısı Kim Çenlə, Belorusiya
prezidenti Lukoşenko ilə müqayisə etmək olar…
Dünyanın demokratik düzəni İlham
Əliyevdən üz döndərir…
Və
ya ötən 7 aydakı rəsmi qəbulların
siyahısı
Deyilən
fikirləri ətraflı araşdırmağa başladıq. Məlum oldu ki, 7 aya yaxındır- təxminən
2013- cü ildə ölkədə keçiriləcək prezident seçkilərinin hazırlıq mərhələsindən
başlayaraq Bakıya xarici ölkə rəhbərlərinin gəlişi səngiməyə, sonradan isə
kəsilməyə başlayıb. Dediklərimizi araşdırmaq üçün Azərbaycan respublikası Prezidentinin
rəsmi internet səhifəsinə nəzər saldıq. Apardığımız araşdırmalar və prezidentin
qəbul etdiyi şəxslərlə bağlı rəsmi prezident.az saytında yerləşdirilmiş
məlumatlarda dediklərimiz bir daha öz təsdiqini tapır. Sayta qoyulan məlumatlar
rəsmi məlumatlar olmaqla prezidentin qəbulunda olan rəsmi və qeyri- rəsmi
şəxslərin tam siyahısını əhatə edir. Beləliklə, 20 iyul 2013- cü ildən 03
fevral 2014- cü ilə qədər olan 7 aya yaxın müddət ərzində həyata keçirilmiş
prezidentin qəbulundakı ən mühüm qonaqların siyahısına baxaq;
01 fevral 2014, 13:45
İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
17 yanvar 2014, 15:50
İlham Əliyev Əfqanıstanının Azərbaycandakı səfirini diplomatik
fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
26 dekabr 2013, 16:40
İlham Əliyev Dağıstan Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
25 dekabr 2013, 15:15
İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul etmişdir
17 dekabr 2013, 19:00
İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul
etmişdir
17
dekabr 2013, 18:55
İlham Əliyev ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkindi qəbul
etmişdir
17 dekabr 2013, 18:45
İlham Əliyev İtaliyanın xarici işlər naziri Emma Boninonu qəbul etmişdir
17 dekabr 2013, 18:40
İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanı qəbul etmişdir
17 dekabr 2013, 18:35
İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı
Günter Ottingeri qəbul etmişdir
17
dekabr 2013, 18:30
İlham Əliyev Bolqarıstanın Baş naziri Plamen Oreşarskini qəbul etmişdir
17 dekabr 2013, 12:30
İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir
16 dekabr 2013, 14:15
İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
16 dekabr 2013, 13:15
Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul
etmişdir
27 noyabr 2013, 13:00
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
26 noyabr 2013, 11:45
İlham Əliyev Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi
əməkdaşlıq komissiyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
25 noyabr 2013, 13:00
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin
İhsanoğlunu qəbul etmişdir
04 noyabr 2013, 17:00
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə
olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
04 noyabr 2013, 16:35
İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının
prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
02 noyabr 2013, 12:30
İlham Əliyev bp şirkətinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
31 oktyabr 2013, 16:50
İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini
qəbul etmişdir
28 oktyabr 2013, 16:40
İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini və Avropa Olimpiya
Komitəsinin icraedici komitəsinin üzvünü qəbul etmişdir
23 oktyabr 2013, 13:40
İlham Əliyev Statoil şirkətinin prezidentini qəbul etmişdir
21 oktyabr 2013, 12:10
İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədrini qəbul etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
10
oktyabr 2013, 17:00
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən
prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul
etmişdir
10 oktyabr 2013, 16:40
İlham Əliyev MDB-nin müşahidə missiyası rəhbərinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
23 sentyabr 2013, 12:30
İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidentini və
Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etmişdir
21 sentyabr 2013, 11:00
İlham
Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul etmişdir
16 sentyabr 2013, 15:50
İlham
Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul
etmişdir
20 iyul 2013, 20:10
İlham
Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı
səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir…
7 ay qismən, 4 ay isə açıq
boykot…
Göründüyü
kimi ötən 7 aya yaxın vaxt ərzində hər hansı ölkənin dövlət başçısı və ya
prezidenti Azərbaycana rəsmi, işgüzar səfər edib İlham Əliyevlə görüşüb hər
hansı müzakirələr aparmayıb. Anlaşma sənədləri, müqavilələr imzalanmayıb. Azərbaycandakı
rejim rəhbərinin görüşdüyü ən böyük vəzifəli rəsmi dövlət adamları bir neçə ölkənin
baş nazirləridir. Bu görüşlərin əksəriyyəti isə simvolik xarakter daşıyıb. Ötən
7 ayda İlham Əliyevin Bakıda görüşdüyü yeganə dövlət başçısı Rusiyanın
prezidenti Vladimir Putin olub. Maraqlıdır ki, 13 avqust 2013- cü ildə həyata
keçirilən bu görüş barədə prezidentin rəsmi internet səhifəsində hər hansı
məlumat yerləşdirilməyib. Həmin vaxt bəzi dairələrdə və mətbuat orqanlarında
bildirilirdi ki, Putin böyük güzəştlər çərçivəsində İlham Əliyevin 3- cü dəfə
qeyri- qanuni prezidentliyinə razılıq və xeyr- dua vermək üçün Bakıya gəlib.
Xatırlayırsınızsa o ərəfədə Milli Şuranın prezidentliyə namizədi Rüstəm
İbrahimbəyov idi və ona Rusiyanın dəstək verəcəyi barədə böyük söz- söhbətlər
gəzirdi.
9 oktyabr
seçkilərindən sonra İlham Əliyevə ünvanlanan “təbriklər” isə yalnız onun prezident “seçilməsi” üçün deyil, bu vəzifəyə başlaması
üçün edilən məcburi və formal təbriklər idi.
Statistika
göstərir ki, son 7 ayda İlham Əliyev beynəlxalq birliklər və xüsusən dünyanın
demokratik dövlətləri və həmin ölkələrin prezidentləri tərəfindən qismən, son 4
ayda isə açıq- aşkar boykot olunur. Və diplomatik blokadaya alınıb. Onunla son
zamanlar hər hansı bir dövlət başçısının görüşməsi və ya anlaşma əldə etməsi,
müzakirələr aparıb ənənəvi müqavilələr imzalaması üçün Bakıya səfərdə
bulunmayıblar. Son 50 gündə isə heç bir ölkənin hətta naziri səviyyəsində belə
Bakıya rəsmi səfəri olmayıb. Bu isə dünya birliyinin açıq- aşkar 9 oktyabr
prezident seçkilərini total və kobud şəkildə saxtalaşdıraraq hakimiyyəti qanunsuz
və zorakı yolla ələ keçirən qeyri- legitim şəxsdən uzaq durması və onu boykot
etməsini göstərir.
Araşdırmalarımız
davam edəcək.
“Yeni Cumhuriyyət” qəzetinin araşdırma qrupu
Short URL: http://www.cumhuriyyet.net/?p=3895